Moskvanın manevri Qərbin regiondakı təsir zəncirlərini qırmağa yönəlib - "KASPİ"nin TƏHLİLİ

Moskvanın manevri Qərbin regiondakı təsir zəncirlərini qırmağa yönəlib - "KASPİ"nin TƏHLİLİİstər antiterror əməliyyatları, istər Qarabağ İqtisadi Rayonundakı və Şərqi Zəngəzurdakı bərpa-quruculuq işləri, iqtisadi layihələr, Laçında sərhəd postunun qurulması həm Ermənistanın, həm də erməni separatçıların boğazına keçirilən ip oldu.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib

Rusiya Qızıl Xaç Komitəsinin Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan ermənilərə yük çatdırması Azərbaycan üçün əhəmiyyətli irəliləyişdir. Çünki rəsmi Bakı Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində suveren hüquqlarını bərpa etməyə bir addım da yaxınlaşdı.

Separatçıların boğazına keçirilən ip

Döngəni bir qədər genişdən götürüb hərəkət nizamına böyük rakursdan baxmaq lazımdır, 2020-ci ilin 10 Noyabr Bəyanatı imzalanandan sonra Azərbaycan tədricən məqsədlərini reallaşdırdı.

Burada statistika sadalamaq yox, Azərbaycanın ali məramının mahiyyətini önə çıxarmaqla prosesləri dərk etmək vacibdir.

Azərbaycan Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti xidmət zonasındakı fəaliyyətini elə şəkildə qurdu ki, təbii şəkildə suverenlik hüququ bərpa olunsun.

İstər antiterror əməliyyatları, istər Qarabağ İqtisadi Rayonundakı və Şərqi Zəngəzurdakı bərpa-quruculuq işləri, iqtisadi layihələr, Laçında sərhəd postunun qurulması həm Ermənistanın, həm də erməni separatçıların boğazına keçirilən ip oldu.

Geniş strateji kontekstdə Azərbaycan Qarabağdakı hadisələrlə Ermənistanla sərhəddəki prosesləri regionda özünün maraqlarının təmini şəklində əlaqəli şəkildə inkişaf etdirdi və yaranan reallıqları danışıqların predmetinə gətirdi.

Qarabağ erməniləri üçün yeganə nicat

Ağdam-Xankəndi yolunun Qarabağ erməniləri üçün yeganə nicat olması prinsipinin formalaşdırılması əldə olunan razılıqların və Azərbaycanın Ermənistan üzərində diktələrinin məntiqi davamı kimi ortaya çıxır.

Yada salaq ki, Ağdam-Xankəndi marşrutunun açılması barədə razılıq Qərb mərkəzli danışıqların nəticəsində əldə edilmişdi, ancaq Rusiya sonradan prosesləri əlində cəmləşdirmək üçün həmin gündəliyə, necə deyərlər, barmaq etdi.

Rusiya Azərbaycanın maraqlarına yaxın olan manevrlərinin davamını Ağdam-Xankəndi yoluna TIR salmaqla gətirdi, hərçənd ki, regionda Moskvanın imperiya ambisiyalarının sonu gəlməyib.

Yəni Rusiya bunu birbaşa Azərbaycanın strateji yanaşmasının təminedici funksiyası kimi həyata keçirmədi, Moskvanın manevri Qərbin regiondakı təsir zəncirlərini qırmağa yönəlmişdi.

Ankara-Moskva tandemi

Düzdür, Kremlin tempi Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Soçidə keçirilən görüşündən sonra artdı.

Yəni ki, daha bir Rusiya-Türkiyə yaxınlaşması fonunda İrəvanla Moskva arasındakı körpülər yandırılır, Ermənistan regionda baş verən hadisələrin gedişatında Qərbi proseslərə cəlb etməyə çalışır.

Elə baş nazir Nikol Paşinyan administrasiyasının Qərblə Rusiyaya qarşı oynamaq cəhdləri kifayət edir ki, Rusiyanın əlinə İrəvanı hədəf gətirməyə bəhanələr düşsün.

Yeri gəlmişkən, İrəvanla Moskva arasında gərginliyin yüksələn xətlə davam etməsi Ağdam-Xankəndi yolunda cərəyan edən hadisələrin işığında diqqət çəkir.
Rusiyanın Ermənistana qulaqburması vermək üçün seçdiyi metod və üsulların praktiki təzahürləri yaxın zamanlarda üzə çıxa bilər, hələlik Moskva bu mövqeyini Qarabağdakı vəziyyət üzərindən vurğulayır.

Ağdam-Xankəndi yolunun Rusiya xətti ilə açılmasından sonra baş verə biləcək mümkün hadisələr Kremlin regionu şəkilləndirmək üçün növbəti cəhdlərinin yeni əlamətləri ilə müşayiət ediləcək.

Azərbaycan üçün iki məqam

Zaman kəsiyi vacibdir, Azərbaycan həmin intervalda Rusiya ilə razılaşmaların ruhunu bir neçə istiqamətdə öz xeyrinə inkişaf etdirmək çağırışı ilə üz-üzədir.

Birinci, Azərbaycan Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Qarabağda açıq qalan məsələləri sürətlə həll etməyi bacarmalıdır. Hər açıq qalan məsələnin qapadılması sülhməramlıların regiondakı əməliyyat çərçivələrinin daraldılması deməkdir. Yəni problem yoxdursa, sülhməramlıların da qalmasına ehtiyac yoxdur.

Rusiya bundan fərqli olaraq regional iştirak səviyyəsini Qərbin qarşısında məğlub duruma salmamaq üçün sülhməramlıların Qarabağdakı mandatının uzadılmasında maraqlı tərəf kimi çıxış edə bilər.

İkinci, Azərbaycan Rusiya ilə əlaqələrin mahiyyətini elə şəkildə tərtib etməlidir ki, Qərbin regionla bağlı Bakının xeyrinə olan çalarları zədə almasın.

Hər halda, Ağdam-Xankəndi yolunun qeyd olunan səviyyədə açılması Rusiyaya bu imkanı da yaradır ki, o, bundan sonra Azərbaycanla Qarabağ erməniləri arasında təmasların moderatoru olsun.

Rusiyanın bu təşəbbüsdən xüsusi lisenziya əldə etmək cəhdi Moskvanın 10 Noyabr Bəyanatı üzrə müəyyən manipulyasiyalarına səbəb ola bilər.

Çünki Rusiya regionda iştirakını 10 Noyabr Bəyanatı ilə möhkəmləndirməkdə çox maraqlıdır. Bununla belə, diqqətə alınmalıdır ki, Rusiya Bəyanatın bəndlərinin icrası üçün Ermənistanın üzərinə ağır yük qoyan çağırışlarını artırır.

Qərb-Rusiya sövdələşməsi ehtimalı

Qərbə gəlincə, o, Ağdam-Xankəndi marşrutunun Rusiya Qızıl Xaç Komitəsinin üzünə açılmasından doğan itkiləri bərpa etmək üçün Laçın yolundan humanitar yükləri Qarabağa keçirməyə cəhd edəcək.

Bu məsələ sanki Rusiya-Qərb sövdələşməsi üçün də açardır, çünki Qərb dairələrindən Ağdam-Xankəndi yolunun açılması ilə əlaqədar müsbət bəyanatlar eşidilməkdədir.

Belə müsbət ton Qərbi Rusiya ilə sövdələşməyə girməyə vadar edən əlamətlərin nişanəsidir, hərçənd geniş ölçüdə tərəflər arasında dərin məzmunlu strateji rəqabət mövcuddur.

Türkiyə amili nəzərə alınır

Ümumi tabloda isə həm Qərb, həm də Rusiya qurduğu planlardan asılı olmayaraq bunu Türkiyədən yan keçirməyə nail olmaqda çətinlik çəkəcək. Buna görə də onlar Ankara ilə danışıqlar aparmaq məcburiyyətini hiss edirlər.

İran da Türkiyənin saldığı kölgəni nəzərə alır, bu səbəbdəndir ki, Ankara-Tehran danışıqlarının nəticəsi olaraq ikinci Azərbaycana qarşı ritorikasını yumşaltmağa can atır.

Hər bir halda Ermənistan çətin vəziyyətlə üzləşir, çünki onunla bağlı, daha doğrusu əleyhinə real addımların atılacağı günlər çox uzaqda görünmür.

Həmin praktiki hərəkətlərdə hərə özünə bir mövqe seçəcək, məsələn, Azərbaycan üçün sərhədlərin təhlükəsizliyi prioritetdirsə, Rusiyaya, İrana, Qərbə görə məsələ fərqli rəngdədir. Türkiyə Azərbaycanla strateji müttəfiqliyin xarakterindən irəli gələn yanaşmalarla regionda payını artırmağa çalışacaq.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 809   Tarix: 16 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr