"Bu gün ABŞ ədalət və azadlıq simvolu deyil, özünün arbitr rolunu çoxdan itirib"

"Bu gün ABŞ ədalət və azadlıq simvolu deyil, özünün arbitr rolunu çoxdan itirib""Bu gün ABŞ ədalət və azadlıq simvolu deyil. ABŞ özünün arbitr rolunu çoxdan itirib. Bu, Azərbaycan torpaqlarının 30 illik işğalı dövründə ABŞ-nin ATƏT-in keçmiş Minsk qrupunun həmsədri kimi yarıtmaz fəaliyyətində daha aydın özünü büruzə verib".

Bunu "Report"a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, siyasi şərhçi Elçin Mirzəbəyli deyib.

Onun sözlərinə görə, ABŞ-nin davranışı, əslində, 30 il ərzindəki ənənəvi siyasətindən qətiyyən fərqlənmir:

"Bu təkcə Azərbaycana münasibətdə deyil, ümumilikdə, Türk-İslam dünyasına münasibətdə ABŞ-nin sərgilədiyi ənənəvi mövqedir. Ermənistan öz ənənəsinə uyğun olaraq gah bu qütbün, gah da digər qütbün yanında dayanmaqla indiki dövrdə geosiyasi qarşıdurmalar fonunda öz mövqelərini bölgədə qismən də olsa gücləndirməyə çalışır. ABŞ-nin mövcud yanaşması Vaşinqtonda aparılan müzakirələrdəki mövqeyinə qətiyyən uyğun gəlmir. Bu isə ABŞ-nin ikili standartlardan çıxış etdiyini açıq şəkildə göstərir".
E.Mirzəbəyli bildirib ki, bu, açıq-aşkar missioner davranışıdır və səlib yürüşlərinin elementlərini xatırladır:

"Hazırda Ermənistanı müdafiə etmək üçün ABŞ-nin hər hansı bir formada əsası yoxdur. Çünki 30 ilə yaxın bir zaman kəsiyində Azərbaycan torpaqlarının işğalına Vaşinqtonun birmənalı mövqeyi olmayıb. Azərbaycan torpaqlarının işğalı ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri qəbul olunan zaman da Vaşinqtonun riyakar mövqeyinin şahidi olmuşduq. Vaşinqtonda keçirilən xarici işlər nazirlərinin görüşlərində məsələ ABŞ-nin dövlət katibi Antoni Blinkenin vasitəçiliyilə məhz ərazi bütövlüyü çərçivəsində və Qarabağda yaşayan ermənilərin Azərbaycan cəmiyyətinə reinteqrasiyası nəzərə alınaraq həll olunmalı idi. Amma göründüyü kimi, bu yanaşma tərzi rəsmi İrəvanın son dövrlərdə qütbdəyişmə meyillərinin kontekstində dəyişikliyə uğrayıb".

Siyasi şərhçi vurğulayıb ki, Vaşinqtonun Azərbaycan haqqında, xüsusilə də Azərbaycanın suveren hüquqları ilə bağlı mövzularda hər hansı bir məsələyə münasibət bildirməyə nə hüquqi, nə də mənəvi haqqı var:

"ABŞ özünün arbitr rolunu çoxdan itirib. Bu, özünü dünyada baş verən digər proseslərdə də göstərib. Bunu rəngli inqilab ssenarilərində, xalqlara fəlakət gətirən müharibələrdə müşahidə etmişik. Bu gün ABŞ ədalət və azadlıq simvolu deyil. Onun elan etdiyi liberal dəyərlər özünü nədənsə cinsi azlıqlara münasibətdə büruzə verir. İnsan hüquqları və azadlıqlar ilə bağlı məsələdə, bir milyon insanın bu günə qədər tapdalanan hüquqlarında ABŞ-nin hər hansı mövqeyinin şahidi olmamışıq. İşğalçıya, təcavüzkara, soyqırımı həyata keçirənə isə açıq şəkildə dəstək verdiyini görmüşük".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 725   Tarix: 16 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr