Xarici ölkələrin Baş prokurorları Şuşa və Füzuliyə səfər ediblər - FOTO

Xarici ölkələrin Baş prokurorları Şuşa və Füzuliyə səfər ediblər - FOTOBakıda keçirilən MDB Dövlətlərinin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının (BPƏŞ) 33-cü iclasında və İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvətilə ölkəmizə gəlmiş Özbəkistan, Qazaxıstan və Qırğız Respublikasının Baş prokurorları Niqmatılla Yuldaşev, Berik Asılov və Zuluşev Toktoralyeviç, Türkmənistan Baş prokurorunun müavini Allanazar Nyazlıevin rəhbərlik etdiyi nümayəndə həyətləri, eləcə də İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibin müavini Jandos Asanov və Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinin nümayəndəsi İqor Malaşeviç Şuşa və Füzuliyə səfər ediblər.

Bu barədə Baş Prokurorluq məlumat yayıb.

Məlumata görə, səfər iştirakçıları Şuşa şəhərində Cıdır düzü, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Qala divarları, Gəncə qapısı və bir sıra tarixi-mədəni abidələri ziyarət edib, erməni vandalizminin ağır nəticələrini təəssüf hissi ilə müşahidə edib, mədəniyyət paytaxtımızda görülmüş bərpa-quruculuq işləri ilə yaxından tanış olublar.

Səfər iştirakçıları həmçinin Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəlləri yerləşən Şuşa şəhər mərkəzi meydanında olub, onlara güllələnmiş heykəllər barədə məlumat verilib. Bildirilib ki, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Ermənistandan alınaraq Azərbaycana gətirilən, Şuşa işğaldan azad olunduqdan sonra Ali Baş Komandan İlham Əliyevin təşəbbüsü ilə öz əvvəlki yerlərinə qaytarılan heykəllər bizim tarixi zəfərimizin, böyük qayıdışımızın simvoludur.
Qonaqlar həmçinin Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində ulu öndərin Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf sahələrindəki xidmətlərini əks etdirən nadir fotoşəkillər, sənədlər və videomaterialların nümayiş etdirildiyi "Heydər Əliyev və Qarabağ" sərgisinə baxıb, Şuşaya səfərlərinin ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ilinə təsadüf etməsinin xüsusi əhəmiyyətindən danışıblar.

Səfər çərçivəsində, həmçinin Füzuli rayonuna gedən qonaqlar orada aparılan yenidənqurma işləri, həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr, o cümlədən yeni salınmış yaşayış massivləri və digər sosial təyinatlı obyektlərin onlarda böyük təəssürat yaratdığını, dövlət başçısının quruculuq işinə verdiyi böyük önəmi işlərin sürət və keyfiyyətində hiss etdiklərini qeyd edib, o cümlədən Füzuli şəhərində qardaş Özbəkistan dövləti tərəfindən inşa edilən Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə olublar.
Xarici ölkələrin Baş prokurorları Şuşa və Füzuliyə səfər ediblər - FOTOXarici ölkələrin Baş prokurorları Şuşa və Füzuliyə səfər ediblər - FOTOXarici ölkələrin Baş prokurorları Şuşa və Füzuliyə səfər ediblər - FOTOXarici ölkələrin Baş prokurorları Şuşa və Füzuliyə səfər ediblər - FOTOXarici ölkələrin Baş prokurorları Şuşa və Füzuliyə səfər ediblər - FOTOXarici ölkələrin Baş prokurorları Şuşa və Füzuliyə səfər ediblər - FOTOXarici ölkələrin Baş prokurorları Şuşa və Füzuliyə səfər ediblər - FOTOXarici ölkələrin Baş prokurorları Şuşa və Füzuliyə səfər ediblər - FOTOXarici ölkələrin Baş prokurorları Şuşa və Füzuliyə səfər ediblər - FOTOXarici ölkələrin Baş prokurorları Şuşa və Füzuliyə səfər ediblər - FOTOXarici ölkələrin Baş prokurorları Şuşa və Füzuliyə səfər ediblər - FOTOXarici ölkələrin Baş prokurorları Şuşa və Füzuliyə səfər ediblər - FOTOXarici ölkələrin Baş prokurorları Şuşa və Füzuliyə səfər ediblər - FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 823   Tarix: 16 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr