"Bu gedişlə Fransa kimi ABŞ də bölgəyə kənardan baxmaqla kifayətlənməli olacaq"

"Bu gedişlə Fransa kimi ABŞ də bölgəyə kənardan baxmaqla kifayətlənməli olacaq""Amerika Birləşmiş Ştatları Vətən müharibəsində Azərbaycanın qələbəsindən sonra Cənubi Qafqazda dayanıqlı sülh və sabitlik mühiti üçün yaranan tarixi şansı özünün maraqlarına təhdid hesab edir. Çünki strateji coğrafi mövqeyə malik, yaxud təbii sərvətlərlə zəngin regionlarda ABŞ maraqlarını yalnız münaqişələr hesabına təmin edir".

Bu fikirləri Oxu.Az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Onun sözlərinə görə, yaxın tarixdən bəllidir ki, dünyanın ayrı-ayrı bölgələrinə "sülh və demokratiya" adı altında fəlakətlər daşıyan ABŞ, həmin ölkələr və toplumlar artıq müqavimət göstərə bilməyəcək duruma düşdükdən sonra həmin regionu nəzarətə alaraq talan etməyə başlayır:

"Bir milyondan artıq insanın məhv edildiyi İraq və soyqırımına məruz qalan Əfqanıstanın timsalında aydın şəkildə müşahidə edə bilirik ki, dünyada bütün gərginlik nöqtələri ABŞ-nin istəyi və planlarına uyğun yaradılır.

Azərbaycan və Ermənistan arasında 30 ildən artıq davam etmiş münaqişənin gedişatında da Vaşinqton eyni ssenariyə sadiq qalmış, münaqişənin dondurularaq yekun həllə nail olunmaması üçün bütün vasitələrdən istifadə olunmuş, hətta bu məqsədlə işğal faktorunun legitimləşdirilməsinə çalışmışdır. İstər siyasi, istər iqtisadi cəhətdən tam müstəqilliyə nail olan, ciddi ordu quruculuğu həyata keçirən Azərbaycanın güclənməsinin qarşısını almaq üçün ABŞ ölkəmizdə dəfələrlə hakimiyyət çevrilişi edərək özünün marionetlərindən birini iqtidara gətirmək üçün cəhdlər edib. Ölkədə özünü "əsas siyasi müxalifət" elan edən antimilli ünsürlər də bu prosesdə məmnuniyyətlə Vaşinqtonla əməkdaşlıqdan çəkinməyərək illər ərzində davamlı şəkildə okeanın o tayından gələn təlimatlar ilə çoxsaylı xəyanətlərə imza atıb, ABŞ-nin maliyyə yardımları hesabına ayaqda qalıblar.

Lakin ABŞ Azərbaycan xalqının Heydər Əliyev yoluna və İlham Əliyev iqtidarına bağlılığını düzgün hesablaya bilmədiyi üçün hər dəfə fiaskoya uğrayıb. İlham Əliyevin regionda işğal və təcavüzə, o cümlədən separatizmə ən böyük zərbəsi hesab olunan 44 günlük savaşdakı qələbəmizdən sonra isə artıq Vaşinqton qeyri-ənənəvi üsullara əl atmaq məcburiyyətində qalıb. 30 ilə yaxın bir periodda xaltası Vaşinqtonun əlində olan siyasilərdən fayda görməyən ABŞ bu gün Azərbaycanın ən böyük üstünlüklərindən biri olan ailə və milli dəyərlərini hədəfə alıb. LGBT, "feminist" və "NO WAR"çıları maliyyələşdirməklə ABŞ Azərbaycanı daxildən parçalama planına start verib. Bu prosesin icrası isə antiislam və antitürk mövqeyini gizlətməyən radikal-terror təfəkkürlü xüsusi xidmət zabiti Samanta Pauer və onun rəhbərlik etdiyi USAID-ə tapşırılıb. Baxmayaraq ki, bu çirkin məqsədlərlə hər il USAID-ə ayrılan vəsaitlər hesabına regionu mina təhlükəsindən xilas etmək olar, yaxud ən azı yüz mindən çox insanın işğaldan azad olunmuş torpaqlara ləyaqətli qayıdışını təmin etmək mümkündür. Təbii ki, bəşəri dəyərlərin qlobal müdafiəçisi adına iddia edən ABŞ-ni əslində bu amillər maraqlandırmır. Nəticə etibarilə qeyri-ənənəvi üsulların da effekt vermədiyini görərək ABŞ ənənəvi metoda, yenidən vasitəçilik instituna üz tutub. Artıq münaqişə olmadığı üçün isə Vaşinqton bir müddət öncə yekun sülh müqaviləsinin hazırlanması istiqamətində platforma təşkil edərək proseslərə "töhfə"sini vermək niyyətini bəyan etdi. Bütün dialoqəsaslı platformalardan faydalı formada yararlanmağın mümkünlüyü xəttini tutan Azərbaycan da Vaşinqton prosesinə müsbət yanaşdı. Lakin ilk vaxtlar pozitiv meyillər müşahidə olunsa da, Vaşinqtonun maskası cırıldı və artıq ABŞ tədricən özünün çirkin, riyakar və ikiüzlü simasını daha gizlədə bilməyir".
Bəhruz Məhərrəmov vurğulayıb ki, regionda sülh və təhlükəsizlikdən danışan ABŞ istər Dövlət Departamentində, istərsə də qanunverici orqanlarında açıq formada separatçılara dəstək verməyə, Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik ruhunda mühit formalaşdırmağa başlayıb:

"Baxmayaraq ki, paralel olaraq Vaşinqton elə ərazi bütövlüyü və suverenlik prinsiplərini rəhbər tutaraq Ukrayna, Gürcüstan və Moldovaya münasibətdə "alovlu" bəyanatlar verir, separatizmin yolverilməzliyindən danışır. Azərbaycana münasibətdə isə separatçıların ən böyük dəstəkçilərindən biri kimi məhz Vaşinqton özü çıxış edir. Təsəvvür edin, ABŞ separatçı rejimin terrorçu koordinatorlarını okeanın o tayına səfərə dəvət edib görüşlər keçirərək, cinayətkar rejimin ofisini yaradaraq separatizmə bütün mümkün dəstəyi verib. Eyni zamanda Dövlət Departamentinin birbaşa dəstəyi ilə fəaliyyət göstərən fondlardan "Qarabağa yardım", habelə mina təmizləmə adı altında milyonlarla dollar yardım verərək separatizmin maliyyə dayaqlarından birini təşkil edib. Belə olan halda Vaşinqton Ukraynada, yaxud Gürcüstanda separatizmlə mübarizədə səmimi ola bilməz. Çünki ABŞ üçün Ukrayna və Gürcüstanın suverenliyi və ərazi bütövlüyü yox, oradakı münaqişəli vəziyyətin özü maraqlıdır və əslində 40 milyard dollardan artıq vəsait ayırmaqla Vaşinqton Kiyevin haqlarını yox, münaqişənin davamlılığını təmin edib. Məhz bu səbəbdən Vaşinqton bu günə qədər bir dəfə də olsa, Rusiya və Ukraynanı sülhə çağırmayıb, əksinə müharibəni daha da körükləyib.

Azərbaycanda da eyni ssenari rəhbər tutulsa da, xalq-iqtidar birliyi Vaşinqtonun planlarını uğursuz cəhdlərə çevirib və bundan sonra da bu kimi ikiüzlü niyyətlərin realizə şansı yoxdur. Əksinə, Vaşinqton özü regionda maraqlarını təhlükəyə atır və bu gedişlə artıq regiondan təcrid olunmuş Fransa kimi ABŞ də bölgəyə kənardan baxmaqla kifayətlənməli olacaq".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1309   Tarix: 16 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr