QHT-lərin fəaliyyətində YENİ MƏRHƏLƏ: "Dövlət bu addımı ilə bir daha nümayiş etdirdi ki..."

QHT-lərin fəaliyyətində YENİ MƏRHƏLƏ: "Dövlət bu addımı ilə bir daha nümayiş etdirdi ki...""Layihələrin icrasına media nəzarətinin gücləndirilməsinə imkan verən hüquqi bazanın yaradılması diqqəti xüsusilə cəlb edir".

Bakupost.az xəbər verir ki, bu fikirləri Nazirlər Kabineti tərəfindən təsdiqlənən "QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi, icra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılması Qaydası"nı dəyərləndirən "Yeni Çağ" Media Qrupunun Baş direktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Aqil Ələsgər deyib.

Aqil Ələsgərin fikrincə, son dövrlərdə ölkənin QHT sektorunda həyata keçirilən müsbət dəyişikliklər bu sahədə fəaliyyəti əhəmityyətli dərəcədə optimallaşdırıb:

"Öncə qeyd etmək istərdim ki, ölkə həyatının ən müxtəlif sahələrində gerçəkləşdirilən pozitiv dəyişikliklər konkret istiqamətlər üzrə fəaliyyəti stimullaşdırmaqla yanaşı, cəmiyyət tərəfindən də rəğbətlə qarşılanır. Çox əlamətdar haldır ki, həyata keçirilən dəyişikliklər QHT sektorunu da əhatə edir və bununla dövlət maraqlarının, ictimai maraqların əsas götürüldüyü layihələrin icrası ilə qarşıya qoyulan məqsədlərə daha effektli şəkildə nail olunur. O baxımdan, QHT-lərin fəaliyyətinin tənzimlənməsində istər hüquqi bazanın təkmilləşdirilməsi, istərsə də fəaliyyət mühitinin sağlamlaşdırılması öz müsbət təsirlərini göstərməkdədir. Əlbəttə, bütün bunlar QHT-lərin fəaliyyətini optimallaşdırmaqla bərabər, onların məsuliyyətini də xeyli artırır".

O, hesab edir ki, Nazirlər Kabineti "QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi layihələrin əlaqələndirilməsi və icrasına nəzarətin həyata keçirilməsi, icra olunan layihələrin monitorinqinin və qiymətləndirilməsinin aparılması Qaydası"nı təsdiq etməklə, bu sahədə fəaliyyətin yeni keyfiyyət mərhələsinə adlamasına yol açıb:

"Açıq danışsaq, Agentliyin elan etdiyi qrant müsabiqələri nə qədər obyektiv keçirilsə də, qaliblərin sırasından kənarda qalan bir sıra QHT-lər öz narazılıqlarını davamlı şəkildə ictimailəşdirməkdədirlər. Eyni zamanda, maliyyələşdirilən bəzi layihələrin aktuallığı, dövlət və ictimai maraqlara uyğunluğu, ayrılan qrantların məbləği, layihələrin icra prosesinin qeyri-şəffaflığı və hesabatlılığın yetərsizliyinə dair şikayətlərin şahidi oluruq. Doğrudur, müsabiqəyə təqdim olunan layihələrin qiymətləndirilmə meyarları narazı QHT-lərə detallı izah edilsə də, bu, vəziyyəti dəyişmirdi.

Lakin Nazirlər Kabinetinin qrantların verilməsi və layihələrin icrası ilə bağlı təsdiqlədiyi qaydalar bu məsələdə əsaslı dönüş yaradılmasına xidmət edən addım olaraq qiymətləndirilməlidir. Sənədin adından da göründüyü kimi, artıq QHT-lərə Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşdiriləcək layihələrin icrasına yönəlik yeni tələblər və yanaşmalar qüvvəyə minib. Bütün bunlar o deməkdir ki, layihələrin maliyyələşdirilməsindən tutmuş, onların icrası və qiymətləndirilməsinə qədər ictimai nəzarət mexanizmi yaradılır. Bu çərçivədə əlbəttə ki layihələrin icrasına media nəzarətinin gücləndirilməsinə imkan verən hüquqi bazanın yaradılması diqqəti xüsusilə cəlb edir. Dövlət bu addımı ilə bir daha nümayiş etdirdi ki, QHT sektorunun inkişafında sona qədər maraqlıdır və bu sahədə həyata keçirilən fəaliyyətin şəffaflığının təmin olunması üçün gərəkən addımları atmaq əzmindədir. Əminliklə deyə bilərəm ki, təsdiqlənən qaydaların praktik faydası artıq növbəti qrant müsabbiqəsində özünü qabarıq göstərəcək".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 855   Tarix: 17 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Azərbaycanda Dövlət Suverenliyi Günü qeyd olunur

Sentyabrın 20-si Azərbaycanda Dövlət Suverenliyi Günü kimi qeyd olunur. xatırladır ki, bununla bağlı Prezident İlham Əliyev 2024-cü il sentyabrın 19-da Sərəncam imzalayıb. Ermənistanın ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbayca

20 sentyabr
.

İlham Əliyevin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib - Foto

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar paylaşım edilib. paylaşımı təqdim edir:

19 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"

"Azərbaycan-Türkiyə bu gün dünyada və bölgəmizdə vahid bir məkan kimi çox önəmli amildir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Bizim birgə fəaliyyətimiz bölgəmizdə və dünyad

17 sentyabr
.

"Köhnə avtomobillə yorğan-döşək gətirmişdi" - Prezident Sərvərdən danışdı+Video

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Okay Memişi ilə görüşü zamanı 2023-cü ildə Türkiyədə baş verən dəhşətli zəlzələ zamanı Türk dövlətlərinin göstərdiyi dəstəkdən danışılıb. "Qafqazinfo" xəbər verir ki, söhbət əsnasında 2023-cü ild

18 sentyabr
.

Prezident: "Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir"

"Ölkələrimiz böyük təbii ehtiyatlara malikdir və bu da böyük üstünlükdür. Bu təbii ehtiyatlar dövlətlərimizin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə xidmət edir, həmçinin bütün dünya üçün mühüm rol oynayır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliye

17 sentyabr