Jirayr Liparityan: Ermənilər İlham Əliyevin təklifini qəbul etməlidirlər
"Əslində, BMT Təhlükəsizlik Şurasından tutmuş, Minsk Qrupu və ATƏT başda olmaqla, Rusiya, Fransa, İran, Yunanıstan və Kipr kimi dostlarımız da daxil olmaqla beynəlxalq ictimaiyyət həmişə Qarabağın müstəqil olmayacağını,onu tanımadıqlarını, yalnız Azərbaycanın tərkib hissəsi kimi gördüklərini bildiriblər. Biz yalnız özümüzü dinləyirik, heç kim bizə kömək etməyəcək".
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın keçmiş müşaviri Jirayr Liparityan Massaçusetsdəki Erməni Araşdırmaları Mərkəzində çıxışı zamanı bu sözləri söyləyib.
"Qarabağda nə baş verdiyini görə bilərsiniz. BMT Təhlükəsizlik Şurasının dördü Rusiya, Fransa, ABŞ və Böyük Britaniya olmaqla beş üzvü hər gün Qarabağın "blokadası"ndan narahat olduqlarını deyirlər, amma Azərbaycanı məcbur edən qətnamə belə qəbul edə bilmirlər. Bizim (ermənilərin-red.) "mən bunu istəyirəm, onu istəyirəm" demək lüksümüz yoxdur. Hesab edirəm ki, Azərbaycanla sülh müqaviləsinin imzalanması mümkündür. Biz hər dəfə özümüzə qeyri-real məqsədlər qoyuruq və daha çox itirməyə meyl edirik. Müharibəni qazandıqdan sonra İlham Əliyevin bir çox variantı var idi. Amma biz özümüzü elə aparırdıq ki, sanki müharibədə məğlub olmamışıq. O vaxt təklif olunanlar indikilərdən qat-qat yaxşı idi. Onun indiki təklifləri də hazırkı anda həyata keçirilə bilər", - deyə Liparityan bildirib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb