Yüzlərlə vətəndaşın aldadıldığı "lotoreya əməliyyatı" - Milyonlar manat pul mənimsənilib
"Yardımlaşma kampaniyası" adı altında vətəndaşları aldadaraq onların külli miqdarda pulunu məniməsəməkdə ittiham olunan Tənzilə Kərimova barəsindəki cinayət işinin ibtidai istintaqı bitib.
Sonxeber.az xəbər verir ki, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Eldar İsmayılov iş üzrə hakim təyin edilib. Məhkəmə prosesinin vaxtı barədə məlumat yoxdur.
Tənzilə Kərimovanın işi üzrə 81 nəfər zərərçəkən var. Onun mənimsədiyi pullar isə milyon manatlarla ölçülür.
Tənzilə Kərimova bu əməlini "WhatsApp"qrupları vasitəsi ilə həyata keçirirmiş. Onun nəzarətində 11 "WhatsApp" qrupu olub.
Zərəçəkənlərdən biri bu barədə media orqanlarına etdiyi müraciətdə bildirib: "Məndə olan məlumata görə, belə qrupların sayı isə 11-dir. Qoşulduğum qrupun adı "Lotoreya 4"dür. Qrupun 3 nəfər admini var. 3 aydır qrupa qoşulmuşam. Amma deyilənə görə, 7 aydır fəaliyyət göstərir. Məni də tanışım dəvət etdi. Dedi ki, belə bir qrup var, 100 manat pul qoyursansa, ayın axırı 500 manat götürürsən. Yəni, qoyduğun pul 3, 5, hətta bəzən 8 qat artaraq özünə qaytarılır.
3 ay ərzində qrup adminlərinin bank hesablarına 2980 manat pul göndərmişəm. Tanıdığı başqa şəxsər də var. Onlar Tənzilə adlı qadına inanaraq verdikləri 23 min, 110 min, hətta 200-300 min manata qədər pullarını geri ala bilmirlər.
Qrupda belə söhbət gedir ki, guya Tənzilə ümumilikdə 5-6 milyona qədər pul mənimsəyib. Elə təkcə mənim tanıdığım qızlardan 300 min manat pul alıb. Bizim "WhatsApp" qrupumuza gün ərzində 10 min manata qədər vəsait gəlirdi. Bəs bu qədər pul hara getdi? Lotoreya adı ilə ölkənin hər yerindən adamlar aldadılıb, aralarında həkimlər, qazilər də var".
Tənzilə Kərimova Cinayət Məcəlləsinin 178.4-cü (Dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. Bu maddədə 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə turulur.
Qaynarinfo
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 3036 Tarix: 17 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?
Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu
18 sentyabrBakıda 27 yaşlı oğlan öldürüldü - Qardaşı saxlanıldı
Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə saat 23 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. 199-cu il təvəllüdlü Hikmət Əlipaşa oğlu Quluzadə bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1995-ci il təvəllüdl
22 avqustAzərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı
Abşeron rayonunun Masazır qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib. Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarınd
19 avqustHavvaxanım Rüstəmovaya hökm oxundu
"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, ev dustaqlığınd
16 sentyabrQubada qəzada 5 nəfər yaralandı, biri uşaqdır - Foto
Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Mercedes" markalı minik avtomobil ilə "İveco" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb
17 avqustBakıda 1 ildir yoxa çıxan qadın qətlə yetirilibmiş - Oğlu tutuldu
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə və koordinasiyalı şəkildə aparılmış kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il itkin düşmüş, 1954-cü il təvəllüdlü Timofeyeva Lyudmila Veniaminovnanın qəsdən öldürülməsi müəyyə
11 avqustDaha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı ilə cinayət məsuliyyətinə cəlb edilən daha üç vəzifəli şəxsin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub. İş üzrə Qaradağ Rayo
2 sentyabrXırdalanda ailə faciəsi - Kişi öldü, qadının vəziyyəti ağırdır-Yenilənib
Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib. "Report"a istinadən xəbər verir ki, ər-arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb. Nəticədə, kişi aldığı xəsarətlərdən evdə ölüb, qadın is
3 avqustƏvvəl bacısını, sonra özünü bıçaqladı
Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunç
2 sentyabr