Tramp həbsxanaya düşməkdən qorxmur

Tramp həbsxanaya düşməkdən qorxmurABŞ-nin keçmiş prezidenti, respublikaçı Donald Tramp ona qarşı aparılan cinayət işlərinə görə həbsxanaya düşməkdən qorxmadığını və bütün ittihamları siyasi hesab etdiyini bildirib.

"Narahat olmayın, bu barədə düşünmürəm, mən başqa cür adamam. İnsanlar yanıma gəlib bunu necə etdiyimi soruşdular. Mən heç düşünmürəm. Mən ölkəmizi məhv edən korrupsionerlərlə məşğul oluram. Mən sadəcə ABŞ-ni yenidən necə möhtəşəm etmək barədə düşünürəm. Bunlar siyasi, banan respublikası üslubunda olan və üçüncü dünya ölkəsinə yaraşan ittihamlardır", - eks-prezident bəyan edib.

Xatırladaq ki, ABŞ-nin xüsusi prokuroru Cek Smit avqustun 1-də Trampın dörd maddə üzrə ittiham olunduğunu açıqlayıb. O, faktiki olaraq 2020-ci il seçkilərində məğlub olmasına baxmayaraq, hakimiyyəti qanunsuz olaraq saxlamağa cəhddə ittiham olunur. Siyasətçiyə qarşı irəli sürülən cinayətlərdən ən ağırına görə maksimum cəza 20 il həbsdir.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1060   Tarix: 17 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

"Betmen" trilogiyasının ulduzu Con Nolan vəfat edib

Britaniyalı aktyor Con Nolan 88 yaşında vəfat edib. "Report" bu barədə "Herald" qəzetinə istinadən xəbər verir. Nəşrin məlumatına görə, aktyor aprelin 11-də dünyasını dəyişib. Onun ölüm səbəbi açıqlanmayıb. Nolan 1960-cı illərin sonlarından başlayaraq onlarla filmin çəkilişində iştira

12 aprel
.

Rusiyada qorxunc mənzərə: Sahillərdə yüzlərlə ölü delfin tapıldı

Rusiyanın Krasnodar diyarı sahillərində 100-dən çox ölü delfin aşkarlanıb. "Mash"a istinadən xəbər verir ki, Taman yarımadasından Siriusadək sahilboyu 132 ölü dəniz məməlisi tapılıb. Bildirilib ki, onlardan 82-si aprelin ilk ongünlüyündə tələf olub. Delfa Mərkəzinin mütəxəssisləri əsas səbə

12 aprel
.

Tramp Hörmüz boğazını blokadaya almağı əmr etdi

ABŞ Hörmüz boğazından keçməyə cəhd edən bütün gəmiləri dayandırmağa başlayacaq. xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb. Onun sözlərinə görə, blokada tezliklə başlayacaq və burada digər dövlətlər də iştirak edəcəklər. Bununla belə, o, hansı dövlətləri

12 aprel
.

İnternet fenomeni olmuş "Punch" adlı meymuna görə Yaponiyada zooparka gələnlərin sayı rekord həddə çatıb

Anasını yumşaq oyuncağın əvəz etdiyi "Punch" ləqəbli makakaya görə Yaponiyadakı zooparka gələnlərin sayı rekord həddə çatıb. xəbər verir ki, bu barədə parkın rəhbəri Takasi Yasunaqa "RIA Novosti" agentliyinə açıqlamasında bildirib. "Fevral ayından etibarən ("Punch"ı

12 aprel
.

ABŞ kəşfiyyatı: Çin İrana HHM vasitələri tədarük etməyi planlaşdırır

Çin yaxın bir neçə həftə ərzində İrana yeni hava hücumundan müdafiə (HHM) sistemləri tədarük etməyə hazırlaşır. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ABŞ kəşfiyyatı məlumat yayıb. Bildirilib ki, Pekin HHM təchizatını mənşəyini gizlətmək üçün üçüncü ölkələr vasitəsil

11 aprel
.

Pakistan İranla ABŞ-yə Hörmüz boğazında birgə patrul xidməti göstərməyi təklif edib

Pakistan İslamabadda keçirilən İran-ABŞ danışıqları çərçivəsində Hörmüz boğazında gəmiçiliyin tənzimlənməsi ilə bağlı birgə patrul xidmətinin təşkilini nəzərdə tutan təşəbbüs təqdim edib. "Report" xəbər verir ki, bu barədə Pakistan hökumətindəki mənbəyə istinadən "Al Jazeera" telekanal

12 aprel
.

Gələn həftə Zelenski və Meloni arasında Romada görüş keçiriləcək

İtaliya Baş naziri Ciorcia Meloni aprelin 15-də Romada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. "Report"un məlumatına görə, bu barədə İtaliya hökumətinin saytında bildirilib. Qeyd olunub ki, görüş günorta saatlarında "Palazzo Chigi" sarayında baş tutacaq

12 aprel
.

Vens: ABŞ və İran İslamabadda keçirilən danışıqlarda razılığa gələ bilməyib

Amerika tərəfi İslamabadda İran nümayəndə heyəti ilə görüşdə yekun razılığa gələ bilməyib. "Report"un məlumatına görə, bunu ABŞ-nin Vitse-prezidenti Cey Di Vens İslamabadda İran nümayəndə heyəti ilə danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında bildirib. "İranlılarla bi

12 aprel
.

Pakistan ABŞ-İran dialoqunda vasitəçiliyini davam etdirəcək

"İslamabad ABŞ və İran arasındakı dialoqda vasitəçilik rolunu yerinə yetirməyə davam edəcək və tərəflərin atəşkəs üzrə öhdəliklərini yerinə yetirməyə davam edəcəklərinə ümidvardır". TASS-a istinadən xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. "Bi

12 aprel