Snup Doqqun Ermənistandakı qalmaqallı konserti baş tutacaq?
Sentyabrın 23-də Ermənistanın paytaxtında amerikalı reper Snup Doqqun stadionda konserti planlaşdırılır.
Axşam.az xəbər verir ki, Ermənistan hökuməti reperin konsertinə külli miqdarda sərmayə sərf edib. Erməni KİV-lərinin yazdığına görə, 2,3 milyard dramdan, yəni 6 milyon dollardan çox pul ayrılıb. Bura Snupun qonorarı, təhlükəsizlik tələblərinin təmin edilməsi, sığorta xərcləri, yüksək səviyyəli texniki təchizat və tanıtım tədbirlərinə verilən pullar daxildir.
Snup bir müddət əvvəl İrəvanda konsertini elan edərkən Qarabağ bölgəsini "Artsax" adlandıraraq təxribat xarakterli mesaj yayımlayıb, Azərbaycana qarşı hörmətsizlik edib.
Konsertə sayılı günlər qalmış reper ermənilərin qəzəbinə tuş gəlib. Belə ki, ermənilər Snupun paylaşımlarına Ermənistandakı konsertini təxirə salmasını yazıblar. Buna səbəb isə hazırda İrəvanda Qarabağdakı vəziyyətlə (sentyabrın 19-da Azərbaycan Qarabağda antiterror tədbirlərinə başlayıb və bu gün lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olunub - red.) bağlı etiraz aksiyaları keçirilməsi olub.
İnstaqram istifadəçiləri baş verənlərin fonunda reperin ölkədə çıxış etməsini istəmədiklərini qeyd ediblər. Bir çoxları tədbirin 99 faiz baş tutmayacağını yazıb. Tədbirin təşkilatçıları isə hələ rəsmi açıqlama verməyiblər.
Qeyd edək ki, Doqqla birlikdə İrəvanda keçiriləcək konsertdə 2020-ci ilin oktyabrında öz izləyicilərini mövcud olmayan "Artsax"ın ehtiyacları üçün vəsait ayırmağa çağıran reper Xzibit də iştirak edəcək.


Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1772 Tarix: 20 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Almaniyanın keçmiş kansleri Rusiyada yeni vəzifəyə təyin olundu
Almaniyanın keçmiş kansleri Gerhard Şröder Rusiyada fəaliyyət göstərən "Globus" hipermarketlər şəbəkəsinin müşahidə şurasının üzvü olub. O, şirkətin Rusiyadakı biznesinin strateji inkişafına dəstək verəcək. "Kommersant" nəşrinə istinadən xəbər verir ki, bu barədə "Giperglobus"
4 oktyabr327 gün dənizdə qaldı: Britaniyalı səyyah iki okeanı təkbaşına fəth etdi
Britaniyalı səyyah Deyv Bell Sakit və Hind okeanlarını təkbaşına və fasiləsiz avar çəkərək keçib. O, 327 gün 16 saat ərzində 15 500 dəniz mili (təxminən 28 700 kilometr) məsafə qət edib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 54 yaşlı keçmiş hərbi dəniz piyadası səyahətinə 2025-ci il noyabrı
3 oktyabrİranda dənizçilik fəaliyyətləri müvəqqəti qadağan edilib
İranda dənizçilik fəaliyyətləri qadağan edilib. "Report" bu barədə "Fars" agentliyinə istinadən xəbər verir. Məlumata görə, hava şəraiti ilə əlaqədar bazar ertəsinə qədər dənizində üzmək və balıqçılıq qadağan olunub
4 oktyabr"Bloomberg": Pentaqon hərbi kibermütəxəssislərin maaşını azaldacaq
Pentaqon bəzi hərbi kibermütəxəssislərin həvəsləndirici ödənişlərini ildə 12 min dollar azaltmağı planlaşdırır. "Report" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrə və ABŞ ordusunun sənədlərinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ kiberkomandanlığının baza ixtisa
4 oktyabrKonqoda 6 yeni Ebolaya yoluxma halı qeydə alınıb
Konqo Demokratik Respublikasının şərqində üsyançı AFC/M23 qruplaşmasının nəzarətində olan ərazilərdə Ebola virusuna 6 yeni yoluxma halı aşkarlanıb. "Report" xəbər verir ki, bu barədə "Reuters" qruplaşmanın bəyanatına istinadən məlumat yayıb. Şimali Kivu əyalətinin Kayna səhiyyə zonasınd
4 oktyabr