Hikmət Hacıyev: "Ermənistan 30 il ərzində işğal siyasəti aparsa da, Azərbaycan səhifəni çevirməyə hazırdır"
"Ermənistan 30 il ərzində Azərbaycana və Azərbaycan xalqına qarşı işğal siyasəti aparıb. Lakin Azərbaycan qarşıdurmanın səhifəsini çevirməyə hazırdır və sülh gündəminə sadiqdir".
"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev "BBC News"a müsahibəsində deyib.
O, Qarabağ ərazisində erməni separatçılarının mövcudluğunun qanunsuz olduğunu vurğulayıb: "Azərbaycanın bu qeyri-qanuni rejimin ləğvinə yönəlmiş bütün hərəkətləri tamamilə qanunidir və bu, beynəlxalq hüquq normaları çərçivəsindədir".
H.Hacıyevin sözlərinə görə, Azərbaycan Qarabağın erməni sakinlərini cinayətkar erməni oliqarxlarından azad etməyə və normal reinteqrasiya prosesini təmin etməyə hazırdır: "Ölkəmiz həmişə bəyan edib ki, biz konstitusiyaya, eləcə də beynəlxalq öhdəliklərə uyğun olaraq erməni sakinlərin hüquq və təhlükəsizliyini təmin etməyə hazırıq".
Prezidentin köməkçisi onu da vurğulayıb ki, ölkəmizdə müxtəlif etnik qrupların və dini konfessiyaların nümayəndələri birgə yaşayır və buna görə də Azərbaycan erməni əhalinin dini, mədəni və humanitar ehtiyaclarını Konstitusiya çərçivəsində təmin etməyə hazırdır.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1332 Tarix: 21 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabrTDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı
18 sentyabrAzərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir
Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə
18 sentyabrTariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr
Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb
17 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabr