Arzu Nağıyev: "Xankəndi üzərində də Azərbaycan bayrağı ucaldılacaq" - FOTO

Arzu Nağıyev: "Xankəndi üzərində də Azərbaycan bayrağı ucaldılacaq" - FOTO"Azərbaycan Ordusu tərəfindən həyata keçirilən antiterror tədbirləri başa çatıb. Bu barədə rəsmi məlumatlar artıq dünəndən yayılıb. Bu gün isə, bildiyiniz kimi, Yevlax şəhərində erməni sakinlərin təmsilçiləri ilə Azərbaycan mərkəzi hökumətinin nümayəndələrinin dialoqu baş tutub".

Bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.

O bildirib ki, danışıqların əsas məqsədi reinteqrasiya prosesidir:

Arzu Nağıyev: "Xankəndi üzərində də Azərbaycan bayrağı ucaldılacaq" - FOTO"Burada bir sıra başqa müddəalar da var. Onlardan biri Ermənistanın Qarabağ ərazisində olan, yerdə qalan hərbi birləşmələrinin çıxarılması, silahların təhvil verilməsi və iriçaplı silahların utilizasiya üçün təqdim edilməsidir. Əsas məsələ odur ki, biz bir daha dünyaya bəyan etdik ki, həqiqətən də, Qarabağda Ermənistan ordusunun texnikası var. Separatçıların təxribat törətdikləri və əraziləri minaladıqları aşkarlandı. Dinc əhali üçün danışıqlar təklif edildi. Bu və digər məsələlər barədə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev ötən gün xalqa müraciətində də qeyd etmişdi".
A.Nağıyev qeyd edib ki, son vaxtlar sözügedən ərazilərdə minalanma prosesi pik həddə çatmışdı:

"Separatçı qüvvələrin mina terrorunu davam etdirməsinin qarşısı alındı. Bu gün də müzakirələrin əsas predmeti bu istiqamət olub. Basdırılan minalar 2021-ci il istehsal olub. Bu da onu göstərir ki, minalar əraziyə sonradan daşınıb. Artıq Rusiya sülhməramlı qüvvələri də bu proseslərdə işi yenidən başladacaqlar. Bütün bu proseslərdə Rusiya sülhməramlıları da iştirak etməlidirlər.

Əsas məqamlardan biri də mina xəritələrinin Azərbaycana verilməsi məsələsidir. Kütləvi məzarlıqlarla bağlı da məlumatları onlardan bu və ya digər şəkildə almaq lazımdır. Azərbaycan öz müstəqilliyini tam bərqərar etdi. Xankəndi üzərində də Azərbaycan bayrağı ucaldılacaq".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2338   Tarix: 21 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İlham Əliyev DTX-yə yeni səlahiyyət verdi

"Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində əməliyyat-axtarış subyektlərinin səlahiyyət bölgüsü haqqında" fərmanda dəyişiklik edilib. -a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikasının Strateji Obyektləri

30 iyun
.

"Cənubi Qafqazın ortaq rifah zonasına çevrilməsi prosesi geri dönməz xarakter alıb" - AÇIQLAMA

Türkiyə Azərbaycan və Ermənistan arasındakı sülh və normallaşma prosesində əldə olunan irəliləyişdən məmnundur. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla Moskvada birgə mətbuat konfransında deyib. Onun sözlərinə görə, Lavrovla Cənubi Qafqazdakı son prosesləri d

16 iyun
.

"Bəyannamə regionda sülh və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir" - DEPUTAT

"2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının mədəniyyət paytaxtı Şuşa şəhərində imzalanmış "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi" təkcə iki qardaş dövlət arasında münasibətlərin inkişafında deyil, bütövlükd

11 iyun
.

"Milli Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir" - DEPUTAT

Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətdən getməsindən sonra ölkədə problemlər yaşanmağa başladı. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq tutduğu vəzifələrdə

10 iyun
.

Ramiz Fətəliyev Prezidentin fəxri diplomu ilə təltif edildi

Ramiz Məmməd oğlu Fətəliyev Prezidentin fəxri diplomu ilə təltif edilib. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. R.Fətəliyev Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə mükafatlandırılıb

8 iyun
.

"Şuşa Bəyannaməsi" böyük zəfərin təntənəsidir" - DEPUTAT

"2021-ci il iyunun 15-də "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi"nin imzalanmasının beş ili tamam olur. Şuşa Bəyannaməsi İkinci Qarabağ Müharibəsində Azərbaycanın Ermənistan üzərində əldə etdiyi qələbəsindən sonra regiond

11 iyun
.

"Bakının Türk dünyasının əsas siyasi və mədəni platformalarından birinə çevrilməsi təsadüfi deyil" - AÇIQLAMA

Birinci Türkoloji Qurultay Türk dünyasının taleyini müəyyənləşdirən addım olub. Bunu TÜRKSOY-un Baş katibi Sultan Raev Bakıda keçirilən Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmuş "Türk Dünyası Həftəsi" çərçivəsində "Türk dünyası bir ailə kimi: ortaq məqsədlər namin

29 iyun
.

Korrupsiya ilə bağlı məlumat verən şəxs və yaxınlarına təzyiq QADAĞAN EDİLDİ

"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 150-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilib. -a istinadən xəbə

30 iyun
.

"Gənclər bilməlidirlər ki, müstəqillik təkcə əldə edilən deyil, həm də qorunub saxlanılan dəyərdir" - AÇIQLAMA

"15 İyun - Milli Qurtuluş Günü Azərbaycan dövlətçiliyinin taleyini müəyyən edən ən mühüm tarixi mərhələlərdən biridir. Məhz 1993-cü ilin iyununda ölkədə dərin siyasi böhran, vətəndaş qarşıdurması təhlükəsi və dövlət idarəçiliyində yaranmış xaos fonunda xalqın tələbi ilə Ümummilli Lider Heydər Əliyevi

9 iyun