İcma: "BMT TŞ-nin iclası Ermənistanın və onun havadarlarının siyasətlərinin iç üzünü göstərib"

İcma: "BMT TŞ-nin iclası Ermənistanın və onun havadarlarının siyasətlərinin iç üzünü göstərib""BMT Təhlükəsizlik Şurasının sentyabrın 21-də keçirilmiş iclası Ermənistanın və onun bəzi havadarlarının beynəlxalq hüquqa zidd, ikiüzlü və Azərbaycanafob siyasətlərinin iç üzünü göstərib".

"Report"un xəbərinə görə, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı açıqlamada bildirilib.

Qeyd olunub ki, Azərbaycanın öz ərazisində apardığı antiterror tədbirləri ilə bağlı Ermənistanın və Fransanın BMT Təhlükəsizlik Şurasının iclasını çağırmaları onların beynəlxalq hüququn norma və prinsiplərinə, ilk növbədə isə dövlətlərin ərazi bütövlüyü, suverenliyi və daxili işlərinə qarışmama prinsiplərinə ziddir: "Ermənistanın baş nazirinin Azərbaycanın öz ərazisində apardığı tədbirlərə müdaxilə etməyəcəyini bəyan etməsi ilə məsələnin beynəlxalq təhlükəsizlik aspekti və bununla da BMT Təhlükəsizlik Şurasının bu mövzuda iclas keçirməsinin nəzəri əsasları belə aradan qalxmışdı. Ermənistanın baş nazirinin sözügedən antiterror tədbirlərinin Qarabağda yaşayan ermənilərin həyatı üçün təhlükə törətmədiyini və mülki əhali arasında kütləvi tələfat barədə iddiaların əsassız olduğunu bildirməsi fonunda bu ölkənin xarici işlər nazirinin BMT Təhlükəsizlik Şurasında Qarabağda mülkilərə qarşı guya təhdidlərin olmasını iddia etməsi bu dövlətin siyasətində səbatsızlığı və ikiüzlülüyü bir daha nümayiş etdirir. Almaniya, Fransa və Avropa İttifaqının iclasda və ondan əvvəl nümayiş etdirdikləri mövqe bu qüvvələrin bir tərəfdən regionda davamlı sülhün bərqərar olması perspektivinin yaxınlaşmasından narahat olduqlarını, digər tərəfdən isə onların Azərbaycana və azərbaycanlılara qarşı dini və etnik nifrət əsasında ayrı-seçkiliklərini göstərir".

"Biz Ermənistanın və onun havadarlarının insan hüquqları və beynəlxalq humanitar hüquq məsələsində nümayiş etdirdikləri riyakar və destruktiv yanaşmanı sərt şəkildə qınayırıq. Xatırlatmaq istərdik ki, hazırda Qarabağın erməni sakinlərinin dinc reinteqrasiyasına başlamış Azərbaycanı "etnik təmizləmə" niyyətində ittiham edənlər, Ermənistanın bir milyondan artıq azərbaycanlını öz yurdundan qovmasına, on minlərlə mülki azərbaycanlını qətliama məruz qoymasına, Azərbaycanın minə yaxın şəhər və kəndini dağıtmasına, Azərbaycan ərazilərini minalarla çirkləndirərək məcburi köçkünlərin qayıtmasını əngəlləməsinə rəhmsizcəsinə göz yumurlar. Bu gün Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Tələm-tələsik leksikona "öz vətənində təhlükəsiz şəkildə və ləyaqətlə yaşamaq" ifadəsini gətirən Avropa İttifaqı, Almaniya və Fransa nədənsə Ermənistandan qovulmuş azərbaycanlıların öz vətənlərinə təhlükəsiz şəkildə və ləyaqətlə qayıtmağa dair hüququnu görməzdən gəlirlər. Bu qüvvələr öz ərazisindən qovduğu azərbaycanlıları evlərinə qayıtmasına imkan yaratmaqdan imtina edən və mina xəritələrini verməkdən boyun qaçırmaqla məcburi köçkünlərin işğaldan azad edilmiş Azərbaycan ərazilərinə qayıtmasını əngəlləyən Ermənistanı dəstəkləməklə, faktiki olaraq onun bu əməllərinə şərik olublar. Biz Avropa İttifaqından və bu təşkilatın siyasətinə yön verən əsas dövlətlər olan, tarixləri faşizm, Holokost, soyqırımı, müstəmləkəçilik, o cümlədən, Əlcəzairdə və Namibiyada tayfaların kütləvi şəkildə qırılması kimi utanc doğuran səhifələrlə dolu olan Almaniyandan və Fransadan Azərbaycana qarşı etnik və dini zəmində qərəzi dayandırmağı, Ermənistan və Azərbaycan arasında sülhə və iki xalq arasında barışığa maneə olmamağı tələb edirik. Biz Ermənistan hökumətini Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə təkcə sözdə deyil, əməldə də hörmət etməyə, başqa dairələrin əlində alət olmaq kimi zərərli vərdişindən əl çəkməyə, qovulmuş azərbaycanlıların Ermənistana qayıtmasına şərait yaratmağa və bununla davamlı sülh və rifah yolunu seçməyə çağırırıq", - açıqlamada vurğulanıb.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 787   Tarix: 22 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr