"Tarix boyu Azərbaycan və erməni xalqları bir yerdə yaşayıb" - Kamilə Əliyeva

"Tarix boyu Azərbaycan və erməni xalqları bir yerdə yaşayıb" - Kamilə Əliyeva"Prezident cənab İlham Əliyev Qarabağdakı erməniəsilli Azərbaycan vətəndaşlarına azərbaycanlılarla birlikdə xoşbəxt, firavan yaşamaları üçün fürsət verdi.Tarix boyu Azərbaycan və erməni xalqları bir yerdə yaşamışdır. Ermənistandakı separatçılar və millətçilər erməni xalqında azərbaycanlılara qarşı nifrət toxumu səpmişdilər. Azərbaycan dövləti və xalqı isə öz tolerantlığı ilə dünyaya örnək olub. Azərbaycan çoxmillətli bir dövlətdir və ölkəmizdə yaşayan xalqlar arasında heç vaxt ayrıseçkilik olmamışdır".

Bu sözləri Milli Məclisin deputatı Kamilə Əliyeva Sonxeber.az-a bildirib.

Deputat qeyd edib ki, Cənubi Qafqazda sülhün bərqərar olmasını istəməyən Qərbdəki bəzi dövlətlər Ermənistandan alət kimi istifadə etdilər:

"Azərbaycan Silahlı Qüvvələrinin sentyabrın 19- da Qarabağda həyata keçirdiyi antiterror tədbirləri öz bəhrəsini verdi. Qarabağdakı separatçı rejimin və Ermənistan dövlətinin silahlı dəstələri 24 saat belə Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilmədi. Ordumuz ermənilərin hərbi texnikalarını dəqiq atəşlə sıradan çıxartdı və ermənilər təslim olduqlarını bildirərək ağ bayraq qaldırdı. 20 sentyabr 2023-cü il Azərbaycan tarixinə şanlı bir səhifə kimi yazıldı. Prezident, Ali Baş Komandan cənab İlham Əliyev başda olmaqla Azərbaycan xalqı tarixi qələbə əldə etdi. Bu qələbə münasibəti ilə əlaqədar xalqa müraciətində Prezident cənab İlham Əliyev Qarabağdakı erməni separatçılara, eləcə də orada yaşayan sadə ermiəsilli Azərbaycan vətəndaşlarına önəmli mesajlar ünvanladı.
2020-ci il Vətən Müharibəsindəki qələbəmizdən sonra Prezident cənab İlham Əliyev dəfələrlə Ermənistan rəhbərliyinə Cənubi Qafqazda sülhün, əmin-amanlığın yaranması, bölgənin rifahı, iqtisadi və siyasi cəhətdən inkişaf etdirilməsi naminə sülh sazışl bağlamağı təklif etdi. Çox təəssüf olsun ki, Cənubi Qafqazda sülhün bərqərar olmasını istəməyən Qərbdəki bəzi dövlətlər Ermənistandan alət kimi istifadə etdilər. Ermənistanın Baş Naziri Paşinyan Qərbdəki dövlətlərin diktəsi ilə hərəkət etməyə və Qarabağdakı separatçıları dəstəkləməyə başladı.
Prezident cənab İlham Əliyev Ermənistan rəhbərliyinin dəstəklədiyi Qarabağdakı separatçı rejimin nümayəndələrinə dəfələrlə xəbərdarlıq etmişdir ki, silahı yerə qoyub tərk-silah olsunlar və Azərbaycan cəmiyyətinə inteqrasiya olunsunlar. Bundan sonra onlar Azərbaycan qanunlarına uyğun firavan həyat sürə bilərlər. Qarabağdakı cinayətkar xunta isə orada yaşayan sadə erməniləri də qorxu altında saxlamağa başladılar. Antiterror tədbirləri başa çatdıqdan sonra Qarabağdakı sadə ermənilər də bu rejimdən xilas oldular".

Kamilə Əliyeva bildirib ki, Prezident cənab İlham Əliyev çıxışında erməniəsilli sakinlərin də Azərbaycan cəmiyyətinin bir hissəsi olduğunu, onların öz dilini, dinini, mədəniyyətini qoruyub saxlamaları üçün hər cür şərait yaradılacağını və seçib seçilmək hüququnun da olacağını xüsusi vurğuladı:

"Prezident cənab İlham Əliyev Qarabağdakı erməniəsilli Azərbaycan vətəndaşlarına azərbaycanlılarla birlikdə xoşbəxt, firavan yaşamaları üçün fürsət verdi. Tarix boyu azərbaycan və erməni xalqları bir yerdə yaşamışdır. Ermənistandakı separatçılar və millətçilər erməni xalqında azərbaycanlılara qarşı nifrət toxumu səpmişdilər. Azərbaycan dövləti və xalqı isə öz tolerantlığı ilə dünyaya örnək olub. Azərbaycan çoxmillətli bir dövlətdir və ölkəmizdə yaşayan xalqlar arasında heç vaxt ayrıseçkilik olmamışdır. Azərbaycanda bütün xalqların nümayəndələri dostluq və qardaşlıq şəraitində yaşayırlar.
Prezident cənab İlham Əliyev çıxışında erməniəsilli sakinlərin də Azərbaycan cəmiyyətinin bir hissəsi olduğunu, onların öz dilini, dinini, mədəniyyətini qoruyub saxlamaları üçün hər cür şərait yaradılacağını və seçib seçilmək hüququnun da olacağını xüsusi vurğuladı.
Bu gün Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur və ermənilərin reinteqrasiyasınsan sonra Xankəndi və bütün ətraf rayon və kəndlərimizdə də böyük quruculuq və abadlıq işləri aparılacaq. Ümüd edirəm ki, Prezident cənab İlham Əliyevin erməniəsilli Azərbaycan vətəndaşlarına verdiyi bu tarixi fürsəti onlar dəyərləndirəcək və vətəndaşı olduqları Azərbaycan dövlətinin tərəqqisi və inkişafında iştirak edəcəklər".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2024   Tarix: 22 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr