Macarıstan Aİ-nin Azərbaycan əleyhinə bəyannaməsinə veto qoyub
MacarıstanQarabağdakı əməliyyatla bağlı Avropa İttifaqının hazırladığı anti-Azərbaycan bəyannaməsinə veto qoyub.
Sonxeber.az xəbər verir ki, Avropa İttifaqının (Aİ) Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosep Borrell tərəfindən Azərbaycanın Qarabağda apardığı antiterror əməliyyatı ilə bağlı hazırlanan bəyannamə Macarıstan tərəfindən rədd edilib.
Bəyannamədə Azərbaycanın öz sərhədləri daxilində Qarabağ bölgəsində həyata keçirdiyi hərbi əməliyyat pislənilib, tərəflər ermənilərin də iştirak etdiyi şəffaf dialoq prosesinə dəvət olunub.
Bəyannamədə Aİ-nin Ermənistanın demokratik yolla seçilmiş nümayəndələrini dəstəkləməyə hazır olduğu qeyd edilib, həmçinin Azərbaycanı Ermənistanın ərazi bütövlüyünə hörmətlə yanaşmağa çağırıb.
Macarıstan bəyannamədə Azərbaycan əleyhinə və qərəzli bəyanatların yer aldığını əsas gətirərək ona veto qoyub. Nəşr edilməsi üçün 27 AB üzvünün hamısının dəstəkləməsi lazım olan birgə bəyanat Macarıstanın vetosuna görə qəbul edilməyib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb