Separatçılar təşvişdə: Azərbaycanın amnistiya verməyəcəyi şəxslər var

Separatçılar təşvişdə: Azərbaycanın amnistiya verməyəcəyi şəxslər var"Hazırda silahı təhvil verib təslim olan qanunsuz erməni yaraqlılarına tətbiq edilən amnistiya qondarma rejimin keçmiş rəhbərlərinə şamil edilməməlidir".

Ermənişünas alim, Türkiyənin Erciyes Universitetinin professoru Qafar Çaxmaqlı Cebhe.info-ya açıqlamasında belə deyib.

Onun sözlərinə görə, həm terrorçu rejimin nümayəndələri, həm də Ermənistan hakimiyyəti çaşqınlıq içindədir və yeni situasiyada hansı addımları atacaqlarını bilmirlər:

"Azərbaycanın əsas tələblərindən biri separatçılığın ləğv olunması və qondarma rejimin özünü buraxmasından ibarətdir. Amma uydurma qurum hələ özünü buraxmayıb.

Qarabağda separatçılıq ləğv olunmasa, gələcəkdə Azərbaycan yeni təhlükələr, münaqişələrlə üzləşə bilər. Ermənilərin orada qalması Azərbaycan üçün təhdiddir. Biz onlara reinteqrasiya təklif edirik. Bu proses həyata keçirilsə, ermənilər Bakıya və Azərbaycanın digər bölgələrinə gəlib-gedəcəklər. Əgər onlar separatçılıq düşüncəsindən imtina etməsələr Azərbaycan üçün təhlükə törədə bilərlər. Ona görə də Azərbaycan ilk növbədə, qondarma rejimin ləğvinə çalışmalıdır.

Əlbəttə, Xankəndidən Yevlax şəhərinə nümayənlər gəldi. Amma onların kimi təmsil etdiyi tam aydın deyil. Buna aydınlıq gətirməlidir. Qarabağ iqtisadi rayonunun ermənilər yaşayan hissəsində Azərbaycanın dövlət strukturları yaradılmalı və inzibati idarəetmə orqanları fəaliyyətə başlamalıdır.

Azərbaycan separatçı, etnik bölücülük aradan qalxsın. Bu tələb hələ yerinə yetirlməyib. Ermənistan da yeni siyasi vəziyyətə uyğun şərtlərin necə olacağını təsəvvür edə bilmirlər. Ermənistan hökuməıtinin özündə Qarabağa dair hansı siyasəti yürüdəcəkləri barədə bitkin fikir yoxdur. YalnızBaş nazir Nikol Paşinyan Qarabağın Azərbaycanın ərazisi olduğunu elan edib və münaqişədən uzaqlaşmaq siyasətini yürüdür.

Onlar Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı siyasəti beynəlxalq müstəvidə yürütməkdə davam edəcəklər. Bundan kənarda Ermənistanın Qarabağa aid siyasəti yoxdur. Yəni qondarma rejimin özünü buraxması məsələsində qeyri-müəyyənlik var".

Qeyd edək ki, rəsmi Bakı qondarma rejimin hazırkı və keçmiş rəhbərlərinin Azərbaycana təhvil verilməsini tələb edir. Cinayətkar qurum bu şərtə əməl etməsə, o zaman Azərbaycanın ərazi bütövlüyü və suverenliyi üçün təhlükə mənbəyi qalamaqda davam edəcək. Belə olan halda Azərbaycan həmin terrorçuların saxlanılması üçün xüsusi əməliyyat keçirmək məcburiyyətindədir.

Qafar Çaxmaqlı hesab edir ki, Azərbaycan xalqına qarşı soyqırım, işğalçılıq və etnik təmizləmə prosesində iştirak etmiş həmin adamlara amnistiya tətbiq etmək olmaz:

"Azərbaycan əvvəldən bəyan edib ki, silahı yerə qoyub təslim olan qanunsuz erməni hərbi birləşmələrinin üzvlərinə amnistiya tətbiq olunacaq. Amma bunlar Azərbaycan Prezidentinin səlahiyyətlərinə daxildir. Hələ belə bir fərman yoxdur.

Ermənistanda onların taleyinin necə olacağı ilə bağlı müzakirələr gedir. Hesab edirəm ki, Azərbaycana qarşı ağır cinayətlər, soyqırım törətmiş adamlar konstitusiyamızın tələblərinə uyğun şəkildə cəzalandırılmalıdır. Bako Saakyana, Arkadi Qukasyana amnistiya necə tətbiq oluna bilər?

Onlar Azərbaycan ərazilərinin işğalına, etnik təmizləmə siyasətinə rəhbərlik ediblər. Sonra isə işğal olunmuş Azərbaycan torpaqlarında separatçı xunta rejimi yaradıblar. Eləcə də, Birinci Qarabağ müharibəsində iştirak etmiş Robert Köçəryan, Serj Sarkisyan, Seyran Ohanyan, Samvel Babayan Xocalıda dinc əhaliyə qarşı soyqırım həyata keçiriblər.

Samvel Babayan və Vitali Balasanyan Şuşanın və digər ərazilərin işğalında birbaşa iştirak edib. Yaxud Araik Arutunyan və digərilərinin əlləri Azərbaycan xalqının qanına batıb. Onların adları Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan cinayətkarlardır.

Həmin canilər məsuliyyətə cəlb edilməlidir ki, bir daha belə hadisələr təkrar olmasın. Lakin silahı yerə qoyub Azərbaycana təslim olan erməni əsgərlər əfv edilə bilər.

Qarabağda separatçılığı tamamilə məhv edib dinc erməni əhalisinin reinteqrasiyasına nail olmaq üçün müəyyən yollar tapılmalıdır".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2041   Tarix: 23 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Prezident İlham Əliyev Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Nəsimi Bağları" kompleksi ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov dövlətimizin başçısına və birinci xanım

17 sentyabr
.

TDT məkanında Azərbaycanın tranzit və enerji imkanları genişlənir

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin yerləşdiyi geniş coğrafi məkan enerji və nəqliyyat dəhlizləri baxımından strateji əhəmiyyət daşıyır. Bu coğrafiyadan keçən mühüm enerji və nəqliyyat marşrutları yalnız üzv dövlətlər arasında əlaqələrin inkişafına deyil, daha geniş regionda iqtisadi əməkdaşlığı

18 sentyabr
.

Azərbaycanın TDT-də birləşdirici mövqeyi yüksəlir

Son bir neçə gün ərzində Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin dini liderlərinin, ardınca isə TDT Təhlükəsizlik Şuralarının katiblərinin Bakıda toplaşması Azərbaycanın bu müstəvidə münasibətlərinin yüksək səviyyədə, sistemli və çoxşaxəli olduğunu ortaya qoydu. Qısa müddət ərzində həm dini, hə

18 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Tariximizə qızıl hərflərlə yazılan gün - 20 sentyabr

Vətən müharibəsində misilsiz şücaət göstərən Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2023-cü il sentyabr ayının 19-20-də lokal xarakterli antiterror tədbirləri keçirməklə düşmənə növbəti dəfə hünərini göstərdi. Birgünlük hərbi əməliyyatlar nəticəsində Qarabağdakı qanunsuz hərb

17 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr