Qərbin vicdanındakı LƏKƏ – "Ermənilərin reinteqrasiyasını da öz uğurları kimi təqdim edəcəklər"

Qərbin vicdanındakı LƏKƏ – "Ermənilərin reinteqrasiyasını da öz uğurları kimi təqdim edəcəklər""Laçın dəhlizi", "Humanitar fəlakət" və "Bakı ilə Qarabağ erməniləri arasında beynəlxalq dialoq formatı" mövzularında Ermənistanın və Azərbaycana antipatiya bəsləyən ünsürlərin böhtan kampaniyası iflasa uğradı. Lakin, avropalılar və amerikalılar hələ də "Qarabağ ermənilərinin etnik təmizlənməsi" mövzusunu davam etdirirlər".

Bu fikirləri Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin şərhində qeyd olunub.

"Ermənistan əsassız olaraq hələ də Azərbaycanın Qarabağ ermənilərinə qarşı etnik təmizləmə aparacağını deyir. ABŞ və Aİ də erməni nağılları ilə birmənalı şəkildə razılaşır və Azərbaycana qarşı tələblər irəli sürür, bəzənsə hədələyici tonda danışırlar. Halbuki, Azərbaycan bəyan edir ki, etnik təmizləmə aparmayıb, aparmaq niyyətində də deyil.

Bəs, bu səs-küy nəyə lazımdır?

Artıq Azərbaycan dinc yolla reinteqrasiya prosesinə başlayıb. Buna görə də ermənilərin və Qərbin əvvəlki tezisləri öz əhəmiyyətini itirib. Ona görə də Qərb yeni tezislər hazırlayır. Bu dəfə isə onlar reinteqrasiyanı özlərinin uğuru kimi təqdim edəcəklər. Və bunu da iddia edəcəklər ki, "Qarabağ ermənilərinin etnik təmizlənməsi"nin qarşısını biz aldıq.

Qərbin "etnik təmizləmə" ittihamı niyə iflas etdi?

Bunun bir sıra səbəbləri var:

- 25 ildir ki, Azərbaycan ərazi bütövlüyünün bərpası, azərbaycanlıların işğal olunmuş ərazilərə qaytarılması və Qarabağ erməniləri ilə Azərbaycanın tərkibində birgə yaşamağa hazır olduğunu göstərmək məqsədi ilə səbirlə danışıqlarda iştirak edir.

- 44 günlük müharibədən sonra Azərbaycan azad olunmuş ərazilərdə müvafiq infrastruktur olmadığından Ermənistandan resurs təminatına göz yumaraq, ermənilərin Qarabağa qayıtmasına şərait yaratdı. Lakin, Azərbaycan 2021-ci ilin lap əvvəlindən müvəqqəti vəziyyətin uzun sürməyəcəyini və mərhələli şəkildə reinteqrasiyaya başlanmalı olduğu bəyan etdi.

Yəni Azərbaycan zəruri infrastruktur yaratdıqdan sonra Ermənistandan Qarabağa göndərilən yüklər məsələsini gündəmə gətirdi. Və erməni əhalisinin Qarabağda qalması üçün şərtlərini açıqladı.

Antiterror tədbirlərində Azərbaycan hədəfini açıq göstərdi

2023-cü ilin sentyabrında 2 gün davam edən antiterror tədbirləri zamanı Azərbaycan sübut etdi ki, hədəf mülki şəxslər deyil, hərbi infrastrukturdur. Yəni, Bakının "etnik təmizləmə" aparmaq imkanı var idi, lakin bunu etmədi. Çünki azərbaycanlılar Ermənistanın həyata keçirdiyi etnik təmizləmənin qurbanı olsalar belə Azərbaycan xalqı və dövləti bu yolu seçmədi.

Beləcə, həm də Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə aparan işğalçı ölkənin damğası ilə yaşamaq məcburiyyətində qaldı.

ABŞ, Aİ və Rusiyanın vicdanındakı ləkə

ABŞ, Aİ və Rusiya Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinə və qanlı cinayətlərinə 30 il ərzində göz yumdu. Bu reallıqsa onların vicdanında qara ləkəyə çevrildi. Ən dəhşətlisi odur ki, ABŞ, Rusiya və Aİ üçün etnik təmizləmənin normal bir təcrübə olduğu sübut olundu. Üstəlik, Ermənistandan nümunə götürərək bunu bacardıqca təşviq etdirdilər. Fikir verin, azərbaycanlılara qarşı etnik təmizləmə faktı göz qabağındadır. Bu dəhşətli fakt BMT və digər beynəlxalq təşkilatlar tərəfindən təsdiq edildi.

Əvəzində nə oldu?

Cəza əvəzinə Ermənistana mükafatlar verildi, himayə olundu, imkan düşdükcə iqtisadi və siyasi dəstək verildi. Hətta, 20 il ərzində Qarabağ ermənilərinə ermənilərin özlərinin basdırdıqları əraziləri minalardan təmizləmək üçün pul da verildi.

Artıq zaman dəyişib. Azərbaycan öz suveren hüquqlarına sahib çıxır və Qarabağda Azərbaycan qanunlarının işlək mexanizmi üzərində çalışır. İndiki halda Bakının əsas hədəfi qısa müddətdə tərksilahı, Ermənistan silahlı qüvvələrinin qalıqlarının ərazidən çıxarılmasınına nail olmaqdır. Eyni zamanda, Qarabağda infrastruktur və humanitar məsələlərin həlli də prioritetdir.

Nəzərə alaq ki, ABŞ və Aİ bu proseslərdə kömək etmək etməyəcək. Əvəzinə yeni təhdidlər üzərində baş sındıracaq. Lakin, əminliklə deyə bilərik ki, biz bundan da xilas olacağıq. Və azərbaycanlıların ermənilər qədər qaniçən və vəhşi olmadığını bütün dünyay sübut edəcəyik.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 856   Tarix: 23 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr