Azərbaycanın BMT-dəki nümayəndəsi Fransanın dənizaşırı ərazilərinin təmsilçiləri ilə görüşüb - FOTO
Qoşulmama Hərəkatının sədri statusunda Azərbaycanın BMT-dəki Daimi nümayəndəsi Yaşar Əliyev Fransanın dənizaşırı ərazilərinin təmsilçiləri ilə görüşüb.
Bakı Təşəbbüs Qrupunun 22 sentyabrda BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında təşkil etdiyi "Dekolonizasiya: Sakit inqilab" konfransının iştirakçıları olan bu şəxslər Fransa müstəmləkəçiliyinə qarşı mübarizədə Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın atdığı addımları və həyata keçirdiyi tədbirləri yüksək qiymətləndiriblər.
Yeni Kaledoniya, Martinika, Fransız Qvianası, Fransız Polineziyası, Qvadelupa müstəqillik və millətçi hərəkatlarının nümayəndələri, həmçinin Melaneziya Təşəbbüs Qrupunun katibi xüsusilə vurğulayıb ki, təmsil etdikləri siyasi partiyalar və hərəkatlar uzun illər Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparsalar da, BMT kimi nüfuzlu təşkilatın çərçivəsində ilk dəfədir dekolonizasiyaya dair belə konfransda iştirak etdilər. İştirakçılar səslərinin artıq BMT tribunalarında eşidilməsinin onları ruhlandırdığını və bu xüsusda konfransın təşkilatçısı Bakı Təşəbbüs Qrupunun fəaliyyətini təqdir etdiklərini bildiriblər.
Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparan Sakit və Atlantik okeanı regionunda yerləşən dənizaşırı ərazilərin təmsilçiləri rəsmi Parisin müasir metodlarla həyata keçirtdiyi müstəmləkə siyasi, habelə bu ərazilərin etnik tərkibinin süni şəkildə dəyişdirilməsi üçün qeyri-qanuni immiqrasiya siyasəti yürütdüyünü, əhalinin etnik tərkibinin süni dəyişdirilməsi üçün bir çox ölkədən, xüsusilə Suriyadan insanların buraya köçürüldüyünü diqqətə çatdırıblar.
Görüşdə, həmçinin, BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin (C24) fəaliyyəti, dənizaşırı ərazilərlə komitə arasında əməkdaşlığın qurulması imkanları ətrafında fikir mübadiləsi aparılıb, C24-ün mütəmadi təşkil etdiyi regional tədbirlərdə Fransanın yürütdüyü müstəmləkəçilik siyasətinə diqqətin artırılması, dənizaşırı ərazilərin problemlərinin dünya ictimaiyyətinə çatdırılması üçün mümkün bütün platformalardan istifadənin zəruriliyi qeyd olunub.


Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb