Türkiyə XİN başçısının müavini: "Bölgədəki bütün problemlər həllini tapa bilər"
"Regiondakı bütün dövlətlər bilməlidirlər ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasının digər bölgə dövlətlərinə də böyük faydası var".
Bunu Türkiyə xarici işlər nazirinin müavini Mehmet Kamal Bozay "Report"un Ankara bürosuna açıqlamasında bildirib.
O deyib ki, Birinci Dünya müharibəsindən başlayaraq indiyədək dünyada çözülməyən məsələlər var:
"Qarabağ münaqişəsini də bunlardan biri hesab etmək olar. Amma bu münaqişənin həllini istəməyənlər həm də öz əleyhlərinə addım atmış olurlar. Azərbaycanın haqlı mübarizəsində Türkiyənin mövqeyi bəllidir. Biz azərbaycanlı qardaşlarımızın hər zaman yanındayıq. Bu məsələnin ən ədalətli variantı Azərbaycanın ərazi bütövlüyünün tam şəkildə bərpa olunmasıdır. Bölgədəki bütün problemlər bundan sonra həllini tapa bilər. Biz bu variantı dəstəkləyirik. Amma əslində bunu regiondakı bütün dövlətlər istəməlidirlər. Çünki bu məsələ bütün bölgə dövlətlərinin xeyrinədir. Bir-birinə söykənən domino daşlarını düşünün, birinə toxunduqda digərləri necə yıxılırsa, bu problem də həll olunacağı təqdirdə, bütün məsələlər öz həllini tapacaq".
M.K.Bozay söyləyib ki, Azərbaycan Türkiyə üçün "İki dövlət, bir millət" prinsipi ilə dostdan başqa, həm də iqtisadi baxımdan ən yaxın müttəfiqdir:
"Eyni zamanda mədəniyyətlərimizin, adət-ənənələrimizin, coğrafiyamızın yaxınlığı da bizim əməkdaşlığımızı, müttəfiqliyimizi daha da gücləndirməyə rəvac verir. Odur ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası Türkiyənin ən böyük istəyi idi və bu reallaşdı".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb