Ermənistanın puç olan növbəti layihəsi - TƏHLİL

Ermənistanın puç olan növbəti layihəsi - TƏHLİLİşğalçılıq siyasəti Ermənistanı regionda həyata keçirilən qlobal layihələrdən kənarda qoyub. Neft, qaz ixracı marşrutları, dəmiryol xətləri, nəqliyyat dəhlizləri onun ərazisindən yan keçir. Bir sözlə, Ermənistan bu sahədə də özünü çıxdaş ölkəyə çevirib.

Mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edirik.

Ermənistan hakimiyyətinin növbəti layihəsi faktiki olaraq uğursuzluqla üzləşib. Rəsmi İrəvanın 10 ildən artıqdır inşa etdiyi, ölkə tarixinin ən iri avtomobil yolu layihəsi sayılan "Şimal-Cənub"u reallaşdıra bilməyəcəyi xəbərləri yayılıb. Bəlli olub ki, layihə ilə bağlı işlərin cəmi 10 faizi görülüb. Ölkənin şimalını cənubu ilə birləşdirəcək avtomobil yolu ilə bağlı bədbin proqnozda bu barədə bildirilib. Layihənin nə vaxt reallaşacağı ilə bağlı nə konkret müddət var, nə də vəsait. "Muştuluq" xəbərini erməni mediasının sorğusuna cavab olaraq Ermənistan ərazi idarəetməsi və infrastruktur nazirliyi yayıb. Nazirlik "Sputnik Ermənistan"ın sorğusuna verdiyi cavabda bildirib ki, İran sərhədindən Gürcüstan sərhədinə qədər yolun tikintisi 2030-cu ildə başa çatacaq. O da yalnız bir şərtlə - bütün beş tranş üzrə tikinti işləri vaxtında başa çatdırılmalıdır. Hətta proqnozlaşdırılan bu tarix də son deyil. Nazirlikdən bildiriblər ki, layihənin yekun qiymətləndirilməsi prosesi uzun çəkəcək.

Beynəlxalq banklar gözləmə mövqeyində

Ermənistanın İranla sərhəddə "Şimal-Cənub" layihəsinə bu il başlanacağı bildirilsə də, bu da real görünmür. Yolun Qacaran-Aqarak hissəsinin inşasına da bu il başlanılması nəzərdə tutulub. O da vəsait tapılsa. Bu yolda işlər ötən yayda başlanılmalı idi. Lakin erməni tərəfi vaxtında işləri başa çatdırmağa müvəffəq olmayıb.

Xatırladaq ki, "Şimal-Cənub" avtomobil yolu layihəsi müstəqil Ermənistanın tarixində ən böyük layihələrdən biri hesab edilir. Bu yol (qismən yeni, qismən mövcud olanların genişləndirilməsi) İrandan Gürcüstan sərhədinə qədər olan məsafəni 550 km-dən 490 km-ə qədər azaltmalıdır. Onun tək Ermənistanın deyil, həm də İranın Qara dənizə çıxışını asanlaşdıracağı ehtimal edilir. Ermənistan maliyyələşdirmə üçün Avropa İnvestisiya Bankına, Avropa Yenidənqurma və İnkişaf Bankına, Asiya İnkişaf Bankına müraciətlər təqdim edib və hesab edir ki, bütün marşrut altı il ərzində tikilə bilər. Lakin hər hansı bir bank və yaxud dövlət investisiya, kredit ayırmağa tələsmir.

Populist "iqtisadi inqilab" proqramı

Beləliklə, erməni rəhbərliyin bəh-bəhlə cəmiyyətə yeritdiyi növbəti layihə hələ uzun müddət kağız üzərində qalmış olacaq. Ölkəyə investisiya qoyan tapılmır, banklar kredit ayrılması barədə müraciətləri ciddiyə almırlar. Səbəb də bəllidir. Ölkədə beş ildən artıqdır hakimiyyət dəyişikliyi baş versə də, iqtisadi sahədə hər hansı bir irəliləyiş hiss edilmir. Nikol Paşinyanın hakimiyyətin ilk vaxtlarında verdiyi vədlərin yerinə yetirilmədiyini erməni iqtisadçılar da təsdiq edirlər. Onların qənaətincə, Nikol başa düşmür ki, sistemi dəyişmək gərəkdir.
Komandasında ideya, intellekt olmadığı qabardılır. Ölkədə informasiya texnologiyalarının inkişafı iqtisadiyyat üçün əsas ola bilməz. Çünki ölkədə proqressiv informasiya texnologiyaları mövcud deyil. Serj Sarqsyan dövründə olduğu kimi, indi də iqtisadiyyat inkişaf etmir, heç bir fərq yoxdur. Yük daşımaları göstəricisi 54 faizə qədər enib, bu o deməkdir ki, iqtisadi yüksəliş blef, yalan üzərində qurulub. Dəmir yolları, nəqliyyat şirkətləri bildirirlər ki, yük daşınmasında artım yoxdur. Belə vəziyyətdə ümumdaxili məhsulun artması da yalandır. Paşinyanın populist "iqtisadi inqilab" proqramı da uğursuzluğa düçar olub.

İqtisadi Təşəbbüslərin İnkişafı Mərkəzinin rəhbəri İşxan Karapetyan hesab edir ki, iqtisadi siyasət, dövlət idarəçiliyi sektorunda transformasiyalar, iqtisadiyyatın inkişafı üzrə qlobal proqramların olmaması hakimiyyətin elan etdiyi iqtisadi inqilabla üst-üstə düşmür. Kənd təsərrüfatında 13, inşaat sektorunda 9, ixracda 20, idxalda 33, enerji istehsalında isə 7 faiz enmə müşahidə olunub. Bundan əlavə, ölkədən pulların çıxarılması göstəricisi 5 dəfə yüksəlib.

Ermənistandan İran da üz döndərir

Sirr deyil ki, İran illər uzunu İrəvan üçün nəfəslik rolunu oynayıb. Bu ölkənin ayaq üstə durmasında molla rejiminin oynadığı rol bəllidir. Lakin Ermənistanın son vaxtlar İranın əzəli düşməni hesab edilən ABŞ ilə hərbi əməkdaşlığı Tehranı özündən çıxarıb. İran sərhədləri yaxınlığında Birləşmiş Ştatlar hərbçilərinin olmasını çox güman ki, ermənilərə bağışlamayacaq. Ermənistanın ABŞ ilə birgə hərbi təlimlərinin siyasi təsirləri ilə yanaşı, iqtisadi tərəfləri də ola bilər. Ermənistanın yer almağa çalışdığı "Fars körfəzi-Qara dəniz" beynəlxalq nəqliyyat dəhlizi və "Şimal-Cənub" yol dəhlizi layihələrində iştirakı da baş tutmaya bilər. Xatırladaq ki, rəsmi Tehran əsasən 2016-cı ildən bəri irəli sürdüyü "Fars körfəzi-Qara dəniz" dəhlizi layihəsinin İran, Ermənistan, Gürcüstan, Bolqarıstan və Yunanıstanla yanaşı, Azərbaycanın da iştirakı ilə yaradılacağını dəfələrlə bəyan edib. Tarix göstərib ki, indiyə qədər ermənilərə beynəlxalq layihələrlə bağlı çox vədlər verilib. Məsələn, götürək elə "Fars körfəzi-Qara dəniz" beynəlxalq nəqliyyat dəhlizini. Bu dəhliz Tehranın Avropa ilə İrəvan və Tbilisidən keçərək, tranzit imkanlarını artırmalı idi. Lakin layihə olaraq da qaldı. Məsələnin başqa tərəfi də ondadır ki, İran da bu layihələri mümkünsüz sayır. Yəni rəsmi Tehran daha mənfəətli layihələrə üstünlük verir. Eyni zamanda Ermənistanın İran və Hindistanla birgə multimodal kəsintisiz nəqliyyat dəhlizinin baş tutması da şübhə altına düşür.

Ermənistan çıxdaş ölkəyə çevrilib

Beləliklə, işğalçılıq siyasəti Ermənistanı regionda həyata keçirilən qlobal layihələrdən kənarda qoyub. Neft, qaz ixracı marşrutları, dəmiryol xətləri, nəqliyyat dəhlizləri onun ərazisindən yan keçir. Bir sözlə, Ermənistan bu sahədə də özünü çıxdaş ölkəyə çevirib.

Azərbaycan isə həmin dövrdə dünya əhəmiyyətli nəhəng layihələr həyata keçirib və bu istiqamətdə işləri uğurla davam etdirir.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 983   Tarix: 23 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr