"İlham Əliyev ermənilərin 200 illik "Böyük Ermənistan" planlarını darmadağın etdi"

"İlham Əliyev ermənilərin 200 illik "Böyük Ermənistan" planlarını darmadağın etdi""Prezident İlham Əliyev ermənilərin 200 illik "Böyük Ermənistan" planlarını darmadağın etdi".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O söyləyib ki, Azərbaycan Ordusu Qarabağda antiterror tədbirləri həyata keçirməklə ermənilərin "Böyük Ermənistan" yaratmaq planlarına nöqtə qoyub:

"Ermənilərin "Böyük Ermənistan" planları son 200 ildə regionda sabitliyin yaranmasına imkan verməyib. Onlar zaman-zaman qonşu ölkələrin ərazilərini müxtəlif yollarla işğal edib və özlərinə dövlətçilik quraraq ərazilərin genişləndirilməsinə nail olublar. 100 il əvvəl Azərbaycanın Qərbi Zəngəzur ərazilərini özününküləşdirən Ermənistan bu illər ərzində qonşuları Türkiyə və Gürcüstana qarşı da ərazi iddiaları irəli sürürdü. Amma bu dövlət Azərbaycan əraziləri üzərində qurulub".

Deputatın sözlərinə görə, Ermənistanın 60-70 il əvvəlki toponimlərini araşdıranda məlum olur ki, bütün ərazi və yaşayış məntəqələrinin adları azərbaycanlılara məxsusdur:

"Ermənistan bəzən azərbaycanlı adları dəyişdirərək erməniləşdirib. Ermənistan 90-cı illərin əvvəlində Azərbaycan torpaqlarını işğal edəndə bu ərazilərdəki yaşayış məntəqələrinin adlarını yenə dəyişərək erməniləşdirmiş, məqsədlərinin isə dənizdən-dənizə qədər "Böyük Ermənistan" qurmaq olduğunu açıqlayaraq, yeni ərazilər uğrunda yeni müharibələr etmək arzusuna düşmüşdü.
İlham Əliyev Prezident seçiləndən sonra ermənilərin arzuları ürəklərində qaldı. Çünki Prezident İlham Əliyevin vətəninə, torpağına olan böyük sevgisi, ölkənin milli maraqlarını hər şeydən üstün tutması və regionun tarixini yaxşı bilməsi, beynəlxalq siyasət və diplomatiya sahəsində peşəkar olması düşmənləri bütün platformalarda tərksilah etməsinə və Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmasına yol açdı. Bununla da ölkədə milli birlik və həmrəylik güclənir, iqtisadi və siyasi müstəqillik təmin olunur və müasir ordu yaradılır. Beləliklə, Azərbaycan 2020-ci ildə sözünü demiş, öz gücünü düşmənlərə göstərməklə Ermənistanın "Böyük Ermənistan" ideyasını cəhənnəmə göndərmiş oldu".

"Azərbaycan son 200 illik tarixində işğallara məruz qaldığı halda, 2020-ci ildə 44 günlük Vətən müharibəsində ilk dəfə öz torpaqlarını işğaldan azad edə bildi. Torpaqlarını işğaldan azad etməsi və Ermənistanla sərhədlərin nəzarətə alınması heç də daxildə qara yara kimi qalmış erməni separatizmi problemini bitirməmişdi. Yəni, zamanı yetişməmişdi. Prezident İlham Əliyevin dediyi "Nəyi, necə və nə zaman etmək lazımdırsa, mən bilirəm" ifadəsinin doğruluğunu zaman sübut etdi", - deyə Milli Məclisin üzvü xatırladıb.

A.Badamov vurğulayıb ki, Prezident İlham Əliyev müharibənin başa çatdığı üç ilə yaxın bir zamanda beynəlxalq müstəvidə məsələləri çox diplomatik formada tənzimləyib və sentyabrın 19-da ermənilərin törətdiyi mina terrorunun cavabı olaraq antiterror tədbirlərinin keçirilməsinə tapşırıq verib:

"Ordumuz 24 saata yaxın bir müddətdə Ermənistanın 10 min qeyri-qanuni silahlısının tutduğu mövqelərin böyük bir hissəsini məhv etməklə separatçıları ağ bayraq qaldırmağa məcbur etdi. Ermənistan uzun illər xain fikirlərini özündə yaşatdığına görə bir daha məğlubiyyətə düçar oldu. Ermənistanın "Böyük Ermənistan" xülyalarına birdəfəlik nöqtə qoyuldu. Azərbaycan hər zaman "Qarabağ Azərbaycandır!" deyirdi, lakin separatçılar bu ərazilərdə qondarma dövlətlər qurur və müxtəlif şoular düzəldərək beynəlxalq ictimaiyyəti yalan məlumatlara inandırmağa çalışırdı.

Yalanın ayaq tutub yerimədiyini zaman bir daha sübut etdi. Bu gün Azərbaycan erməni separatizminin yuvasını dağıtmaqla özünün bütün suveren ərazilərində konstitusion dövlət quruluşunu bərpa edib. Azərbaycan bu illər ərzində təkcə Ermənistana qarşı vuruşmayıb, həm də Ermənistanı dəstəkləyən böyük güclərə qarşı mübarizə apararaq qalib gəldi və öz ədalətli haqqını bərpa etdi. Dünyada Azərbaycan kimi ədaləti öz gücü ilə bərpa edən dövlətlər çox azdır. Biz bu imzanı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında atdıq. Biz öz torpaqlarımızı azad etməklə ermənilərin region ölkələrinə olan ərazi iddialarını da məhv etmiş olduq".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 799   Tarix: 23 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr