"20 sentyabr Azərbaycan xalqının əsrə bərabər günüdür" - RƏY

"20 sentyabr Azərbaycan xalqının əsrə bərabər günüdür" - RƏY"20 sentyabr Azərbaycan xalqının əsrə bərabər günüdür".

Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O xatırladıb ki, Azərbaycan həyata keçirdiyi antiterror tədbirlərində ikiəsrlik erməni layihəsini bir günə darmadağın edib:

"2023-cü il sentyabrın 20-si dövlətçilik tariximizin ən şərəfli günlərindən birinə çevrilib. Beləliklə, ulu öndər Heydər Əliyevin 20 sentyabr 1994-cü ildə əsrin müqaviləsi ilə başlatdığı iqtisadi müstəqillik yolumuzu müzəffər Ali Baş Komandanımız İlham Əliyev 20 sentyabr 2023-cü il tarixində hüquqi-siyasi müstəqilliyimiz ilə tamamlayıb".

Deputatın fikrincə, 20 sentyabr Azərbaycan xalqının əsrə bərabər günü oldu:
"Bu tarixi uğur xalqımızın gələcək inkişafı və tərəqqisi baxımından mühüm strateji perspektivlər yaratdı. Antiterror tədbirləri əslində sülhü yaxınlaşdırma tədbirləri olmaqla yanaşı, Qarabağda yaşayan erməni icmasını da bir qrup daşnak idealistinin, terrorçunun və separatçının girovluğundan xilas etdi".

H.Babaoğlu vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin xalqımıza müraciətində səsləndirdiyi fikirlər əslində milli dövlətçilik tariximizin ən yeni mərhələsində qarşımızda duran yeni vəzifələr və hazırkı mərhələdə görüləcək işlərin xülasəsi idi:

"Bu çıxış həm də milli dövlətimizin çoxəsrlik ənənələrinə sadiqlik olmaqla yanaşı, xalqımızın humanist mövqeyinin və birgəyaşayış ənənələrinin dünyaya yenidən təqdimatı idi".

"Prezident İlham Əliyev bütün dünyaya göstərdi ki, Ali Baş Komandan kimi nə qədər qətiyyətli, cəsarətlidirsə, Prezident kimi də bir o qədər humanist və yardımsevərdir. Lokal antiterror tədbirləri ilə 200 ildən çoxdur Azərbaycanı bölüb parçalamaq üçün onun düz mərkəzinə yerləşdirilmiş terror yuvası birdəfəlik və həmişəlik dağıdıldı. Bu hadisə həm də Ermənistanla sülhü daha tez əldə etmək və regiona rifah gətirmək baxımından strateji əhəmiyyətli bir hadisə oldu", - deyə deputat əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 863   Tarix: 23 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev: "TDT çox böyük beynəlxalq nüfuza malik təşkilatdır"

"Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan təşkilatdır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Dövlətimizin başçısı deyib ki, çünki müxtəlif formatlarda müzakir

17 sentyabr
.

Türk Dövlətləri Təşkilatının yalnız siyasi inteqrasiyası ilə məhdudlaşmaq olmaz - ŞƏRH

"TDT ilə bağlı bəyanatlar Türk Dövlətləri Təşkilatının maliyyə potensialı və imkanlarının qarşıdakı mərhələdə daha səmərəli şəkildə üzə çıxarılmasına yönəlib. Xoşbəxtlikdən Türk Dövlətləri Təşkilatının demək olar ki, bütün üzvləri zəngin təbii imkanlara, əlverişli coğrafi yerləşmə xüsusiyyətlərin

18 sentyabr
.

Prezidentin sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə əlaqədar videoçarx paylaşılıb. paylaşımı təqdim edir:

20 sentyabr
.

"Azərbaycanın TDT daxilində fəallığı həm də ölkənin çoxşaxəli xarici siyasət kursunun mühüm istiqamətlərindən biridir" - ŞƏRH

"Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın türk dünyasındakı rolunun yalnız siyasi həmrəylik müstəvisində deyil, konkret regional və beynəlxalq təşəbbüslər üzərindən formalaşdığını göstərir. Burada əsas mesaj Azərbaycanın TDT daxilində sadəc

17 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Azərbaycan XİN: "Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb"

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. həmin bəyanatı təqdim edir:. "20 sentyabr dövlət suverenliyimizin bərqərar olduğu, xalqımızın çoxəsrlik dövlətçilik salnaməsinə qızıl hərflərlə yazılmış tarixi gündür. 19-20 sentyabr 2023-cü il tarixlərind

20 sentyabr
.

Azərbaycan Prezidenti: "BMT sistemi normal fəaliyyət göstərsəydi, ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"

Prezident İlham Əliyev sentyabrın 17-də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən beynəlxalq hüququn pozulması hallarından danışıb. AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı bununla bağlı deyib: "Azərbaycan 30 il ərzində bununla üzləşib. Biz öz hüquqlarımız

17 sentyabr
.

İlham Əliyev: "Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib"

"Azərbaycan TDT-yə üzv ölkələrlə ikitərəfli formatda fəal əməkdaşlıq edir". AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən deyib. "Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlar

17 sentyabr