XİN başçısı: Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolu daha da genişlənib
Azərbaycanın qlobal enerji təhlükəsizliyində rolu daha da genişlənib. Belə ki, ölkəmiz ənənəvi xam neft istehsalçısından etibarlı təbii qaz təchizatçısına çevrilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının "Etimadın yenidən qurulması və qlobal həmrəyliyin yenidən alovlandırılması: 2030-cu il Gündəliyi və onun Dayanıqlı İnkişaf Məqsədləri üzrə sülh, firavanlıq, tərəqqi və hamı üçün dayanıqlılıq istiqamətində fəaliyyətin sürətləndirilməsi" mövzusunda ümumi müzakirələri zamanı çıxışında bildirib.
"Avropanın ən böyük infrastruktur layihəsi olan Cənub Qaz Dəhlizinin tikintisi başa çatdıqdan sonra Azərbaycan daha beş Avropa ölkəsinə təbii qaz tədarükçüsünə çevrilib. Avropanın enerji təhlükəsizliyinin misli görünməmiş çətinliklərlə üzləşdiyi bir vaxtda yeddi ölkə Azərbaycandan təbii qaz istehlak edir. Yaxın gələcəkdə bu rəqəm on Avropa ölkəsinə qədər artacaq", - o qeyd edib.
Nazir vurğulayıb ki, təmiz mühit və yaşıl inkişaf yeni milli inkişaf strategiyamızın beş prioritet istiqamətindən birinə çevrilib: "Azərbaycan könüllü olaraq 2050-ci ilə qədər istixana qazı tullantılarını 40 %-ə endirməyi və Qarabağ və Şərqi Zəngəzur bölgələrində yaşıl enerji zonası yaratmağı öhdəsinə götürüb".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əbədi yaşamaq mümkündürmü? - Fizikdən açıqlama
David Seliverstov Çingiz Qənizadəyə qarşı xüsusi ittiham qaldırdı - məhkəmə iclası təyin edildi
Bank kredit borcuna görə borclunun qohumlarına zəng edə bilər? - AÇIQLAMA
Bədən bu yaşdan sonra daha sürətlə qocalır?
Qanunsuz hər yeri zəbt edən şəxs kimdir? - VİDEO
Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH
Əkinçilik və heyvandarlıqla məşğul olanların nəzərinə - Yeni qaydalar müəyyənləşir
Tacir Şahmalıoğlu XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ - FOTO
Bakıda maraqlı toy karvanı - Video
Bakının iki rayonunda İŞIQ OLMAYACAQ
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
Məktəblərin iş dəftəri problemi: Müəllim valideyndən iş dəftərini almağı tələb edə bilə?
HAVA DƏYİŞİR: Bakıya yağış, rayonlara leysan və dolu gəlir
Zaur Kamaldan ÜZÜCÜ XƏBƏR
Ağdamda işləyən mühafizəçinin quyudan meyiti tapılıb