Şagirdlərin esse yazmaq problemi: Ana dilimizə laqeyd münasibət - ARAŞDIRMA

Şagirdlərin esse yazmaq problemi: Ana dilimizə laqeyd münasibət - ARAŞDIRMAOrta ümumtəhsil məktəblərində Azərbaycan dili fənni ilə bağlı kifayət qədər ciddi problemlərin olduğunu Elm və təhsil naziri Emin Əmrullayev bu günlərdə Bakı təhsil işçilərinin sentyabr konfransında səsləndirib. "Azərbaycan dili fənnindən imtahanda maksimal nəticə göstərən şagird bir səhifəlik esse yaza bilmir, danışa bilmir", - deyə nazir bildirib. Onun sözlərinə görə, dil fənninin tədrisi ondan ibarətdir ki, şagird oxuduğunu, yazdığını anlasın.

Müəllimlər də şikayətlənir. Şagirdlərin əksəriyyəti esse yazmaq istəmir və bacarmır. Hər hansı bir uşaqdan "Esse yaza bilərsənmi?" - deyə soruşanda çiyinlərini çəkir və cavab verə bilmir. Azərbaycan dili fənni ilə bağlı buraxılış imtahanlarının nəticələri də bu acı reallığı təsdiqləyir.

Problemin səbəbi aydındır, yalnız onu necə həll etmək yolu hələ müəyyənləşməyib. Baxmayaraq ki, təhsil rəsmiləri də, mütəxəssislər də problemin dərinliyini görür, təkliflər səsləndirirlər, amma...

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Ana dilimizə laqeyd münasibət

Dilçi alim Adil Babayev problemin kökünü ümumən Ana dilimizə laqeyd münasibətdə görür:

"Hər bir millətin dili onun təfəkkürünün daşıyıcısıdır. Dilə sevgi uşaqlıqdan formalaşmalıdır. Uşaqlar mütaliə etməlidirlər. Yazı bacarığının formalaşması üçün mütaliə mütləqdir. Mən həmişə tələbələrə yazmaq üçün sərbəst mövzu verirdim. Sonra ona qrupda qiymət verirdik. Biri o birinin səhvini düzəldirdi. Belə olanda uşaqların oxu vərdişləri də düzəlir, nitqləri də inkişaf edirdi. Tələbələrə "Xortdanın cəhənnəm məktubları"nı keçəndə auditoriyada hamı ağlayırdı. İndi onlara belə təsiri olarmı? Bu, praktik dərsdir. Nitq mədəniyyəti nəzəri kurs deyil. İndi orta məktəb müəllimlərinin öz mütaliələrini də zənginləşdirmək lazımdır. Şagirdlərə mütaliəni sevdirməklə esse yazmaq bacarığına nail olmaq olar. Bu onların fikirlərini düzgün ifadə etməyə, oxuduqlarını qavramağa kömək edəcək".

Ünsiyyət problemi

160 saylı klassik gimnaziyanın Ana dili və ədəbiyyat müəllimi Məlahət Əsgərova bildirib ki, məktəblərin Azərbaycan bölmələrinə nisbətən rus bölmələrində bu problem daha dərindir:

"Elə uşaqlar var ki, səlis nitqləri var və onlar öz fikirlərini formalaşdıra bilirlər. Elələri də var ki, bədii ədəbiyyat oxumadıqları üçün nitqləri inkişafdan qalır və onlar esse də yaza bilmirlər. Rus bölməsində isə bu problem kifayət qədər ciddidir. Elə ailələr var ki, azərbaycanlı olsalar da onlar üçün Ana dili sanki əcnəbi dil hesab olunur. O uşaqlar heç Azərbaycan dilində salamlaşmağı bacarmırlar. Müəllimlər əziyyət çəksələr də nitq formalaşmır. Bunun üçün uşaq bədii ədəbiyyat oxumalı, ünsiyyəti olmalıdır".

Müəllimin fikrincə, bu tədris ilində nazirin əmri ilə rus məktəblərində Ana dili dərsləri həftədə üç dəfəyə qaldırıldığı üçün vəziyyətin yaxşılaşmasına bir qədər ümid var:
"Ümid edirəm ki, artırılan bir saatın hesabına müəyyən irəliləyişə nail ola bilərik. Biz öz məktəbimizdə təşəbbüs irəli sürdük ki, həftənin bir gününü ünsiyyətə həsr edək. Çünki uşaqların ən çox üzləşdiyi problem ünsiyyətlə bağlıdır. Uşaqlar lüğəti əzbərləsələr də, nitqləri formalaşmır. Onlarla çox ünsiyyətdə olmaq lazımdır. Əgər şagirdlər öz fikirlərini ifadə etməyi bacarsalar, esse də yaza biləcəklər".

Müəllim bildirib ki, bizdə ingilis dilinin öyrədilməsində olduğu kimi mükəmməl bir proqram yoxdur. Bu məsələdə yük müəllimlərin üzərinə düşür. Bizim hamımızın öz proqramlarımız var və öz təcrübəmizdən keçirik. Rəsmi şəkildə sistemli bir vəsait olsa, bəlkə daha yaxşı olar. Yoxsa xarici ölkədən gələn vətəndaşlar çox çətinlik çəkirlər.

Müəllim hesab edir ki, problemi yalnız ünsiyyəti genişləndirmək, bədii ədəbiyyat oxumaqla çözmək olar:

"İndi uşaqlar internetdə hər şeyi hazır əldə edirlər. Yarım səhifə yazanda biz sevinirik. Mütaliə vərdişləri yoxdur. Oxuyanda da türk yazarlarının əsərlərini oxuyurlar. Nitq də tamam dəyişir. Şifahi nitqdən o sözləri təmizləmək də olmur. Nəticədə problem daha da dərinləşir".

Esseni ləğv etməyin səhvi

"Sovet dövründə şagirdlərə imla, inşa, ifadə yazdırılardı. Profilindən asılı olmayaraq bütün universitetlərə qəbulda ədəbiyyatdan yazılı imtahan keçirilərdi. İndi biz həmin yazıları esse ilə əvəz etmişik", - deyə təhsil eksperti Nadir İsrafilov bildirir:

"Test sistemindən sonra məlum oldu ki, artıq bu tip yazılara ehtiyac yoxdur və imtahandan çıxarıldı. İnşanın xeyri nə idi? Uşaqlar klassiklərin əsərlərindən ayrı-ayrı surətləri səciyyələndirirdilər. Buna görə ədəbiyyat oxumağa məcbur idilər".

Ekspertin sözlərinə görə, Boloniya prosesinə qoşulandan sonra bir sıra ali məktəblərdə yazılı və şifahi imtahan verməyə başladılar. Məzunlar bu kimi vərdişləri yadırğamışdılar. Ona görə bu, müəyyən narazılıqlara da səbəb oldu. Sonra ekspertlər tərəfindən məsələ qaldırıldı ki, bu qaydalar gərək orta məktəblərdə tətbiq edilsin. Nəticədə 9-cu siniflərin buraxılış imtahanına esse yazmaq da daxil edildi. Ancaq bir il keçməmiş bu qərar ləğv olundu:

"İndi məktəb direktorları, müəllimlər, tələbələr essedən imtahan verirlər. Bunun isə təməli məktəbdə qoyulmalıdır. Biz esseni ləğv etməkdə böyük səhvə yol verdik. Əzbərçiliyə olan meyl ona gətirib çıxardı ki, məzunlar esse yaza bilmirlər. Çünki vərdişlər sıradan çıxıb. Oxuduğunu anlamaq və qavramaq üçün bədii ədəbiyyat oxumaq vacib şərtdir". Ekspert çıxış yolunu məktəblərdə mütaliəyə marağı artırmaqda, yazı tapşırılqarına daha çox yer verməkdə görür.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1660   Tarix: 24 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Sökülən mənzil sahiblərinə ödəniləcək kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının bir neçə ərazisində 20-yə yaxın binanın sökülməsi planlaşdırılır. Söküntü zamanı mənzil sahiblərinə ödəniləcək kompensasiyanın məbləği və onun hesablanma qaydası sakinlər arasında narazılıq yarada bilər. Xüsusilə təklif olunan məbləğin əmlakın real bazar dəyərinə uyğun olub-olmaması mülkiyyətçiləri

2 oktyabr
.

Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"

Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yen

3 oktyabr
.

Dönər həvəskarlarına PİS XƏBƏR

Son dövrlərdə dönərin qiymətində artım müşahidə olunur. Dönərçilərin bildirdiyinə görə, əsas səbəblərdən biri toyuq ətinin alış qiymətinin əvvəlki dövrlə müqayisədə təxminən 25 faiz bahalaşmasıdır. Maraqlıdır ki, mal ətinin qiymətindəki artımdan sonra toyuq ətinin də bahalaşması istehlakçılarda sua

4 oktyabr
.

Azərbaycanda nağdsız ödənişlər 9 %-ə yaxın artıb

Bu ilin avqust ayında nağdsız ödənişlərin məbləği ötən ilin eyni ayı ilə müqayisədə 8,8 % artaraq 8 milyard 88 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bunun 7,682 milyard manatı (86,4 %-i) elektron ticarətin payına düşüb. Ödənişlərin 1 milyar

4 oktyabr
.

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi

Zəngəzurda saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində məhkəmə qərar verib. Bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir. Məlumata görə, məhkəmə istintaqın vəsatətini təmin edib və naməlum şəraitdə Ermənistan ərazisinə keçən Azərbaycan əsgəri Nəsimi Musayevin iki ay müddətinə həbs edilməs

2 oktyabr
.

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? - Mərkəzi Bankdan AÇIQLAMA

Yeni 100 manatlıq əsginasların bəzi ödəniş terminalları tərəfindən qəbul edilməməsi ilə bağlı görüntülər yayılıb. BakuES-in paylaşdığı videoda vətəndaşın terminala yeni 100 manatlıq əsginası yerləşdirməsinə baxmayaraq, cihazın pulu geri qaytardığı görünür. Bəs yeni 100 manatlıqların bəzi terminallard

4 oktyabr
.

Şəhid anasını ağır söyüşlərlə təhqir edən blogger niyə cəzalandırılmır? - VİDEO

Aprel döyüşlərinin və 44 günlük Vətən müharibəsinin iştirakçısı, antiterror əməliyyatı şəhidi Zamin Abbasovun anası hüquq-mühafizə orqanlarına müraciət edib. -ın əldə etdiyi məlumata görə, şəhid anası sosial şəbəkədə onu təhqiramiz ifadələr və ağır söyüşlərlə təhqir edən, blogger kimi tanınan Sevin

3 oktyabr
.

Təcavüzə məruz qalan 23 yaşlı azərbaycanlını Pakistana aparan biznesmen kimdir? - Foto

Pakistanda üç nəfərin təcavüzünə məruz qalan Azərbaycan vətəndaşı Diana Bağıyeva ilə bağlı yeni faktlar ortaya çıxıb. -ın xəbərinə görə, sosial şəbəkənin Pakistan seqmentində Diana Bağıyevanı ilk dəfə bu ölkəyə gətirdiyi iddia olunan şəxslə (böyük ehtimalla əri - red.) fotosu yayılıb. Sözügedən şəxsi

3 oktyabr
.

Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ

Bu islahatlar hərbçilərin daha çox xidmətdə olmasını stimullaşdıracaq". Bakıvaxtı.az-a istinadən xəbər verir ki, bunu deputat Arzu Nağıyev Milli Məclisin 30 sentyabr tarixli iclasında hərbi qulluqçuların pensiya təminatı ilə bağlı dəyişikliklərin müzakirəsi zamanı deyib. O bildirib ki, yeni islaha

4 oktyabr