Həbsxanada milyonçu oldu

Həbsxanada milyonçu olduVenesuelada 17 il həbs cəzası çəkən 'Nino' ​​(uşaq) ləqəbli dəstə lideri Hektor Qerreronun (39) ildə 3 milyon dollar qazandığı məlum olub.

BiG.AZ xarici mənbəyə istinadən xəbər verir ki, Nino ölkənin ən güclü karteli Tren de Araquanın liderlərindən biridir. Onun qaldığı Tocoron həbsxanasında hovuz, zoopark, gecə klubları, barlar, restoranlar və uşaq meydançası kimi müəssisələr qurduğu müəyyən edilib. Dəstə üzvləri ilə birlikdə həbsxanaya nəzarəti ələ keçirən Nino bu yerləri işlətməklə pul qazanıb.

Onun bu yerlərdən istifadə etmək müqabilində məhbuslardan həftəlik 15-20 dollar pul aldığı müəyyən edilib. Nino həbsxanadakı ikimərtəbəli iqamətgahlardan birini dəbdəbəli villaya çevirib. Qeyd edək ki, səlahiyyətlilər həbsxanaya nəzarəti bərpa etmək üçün 11 min əsgərlə əməliyyat başladıb.

Bu əməliyyatdan əvvəl Nino xəbərdar edilib və 400-500 dəstə üzvü ilə qaçıb. Qaçan dəstə üzvlərindən 60-ı saxlanılıb. Ninonun Peru və ya Kolumbiyaya qaçdığı güman edilir. Məlum olub ki, həbsxanada bitkoin qazma maşınları ilə dolu bir otaq da Ninonun işidir.

Həbsxananın içərisində əl qumbaraları ilə dolu otaq da tapılıb. Dörd həbsxana məmuru dəstəyə silah qaçaqmalçılığına kömək etdikləri üçün həbs edilib. Dəstənin basqına qarşı iğtişaş törətməyə hazırlaşdığı məlum olub. Ölkədəki 53 həbsxanadan 8-i dəstənin nəzarəti altındadır.


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 7087   Tarix: 25 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Dünyada ağcaqanad xəstəliyi yayılır - Ölümcüldür

Avropanın bir sıra məşhur turizm ölkələrində ağcaqanadların yaydığı təhlükəli viruslara yoluxma halları artır. Həkimlər xəbərdarlıq edirlər ki, bu infeksiyalardan bəziləri sinir sistemini zədələyə, iflicə, beyin iltihabına və hətta ölümə səbəb ola bilər. xarici mediaya istinadla xəbər verir ki, ən riskl

12 iyul
.

Xəzərdən daha böyük dənizlər: Yerə bənzəyir, amma...

NASA-nın məlumatına görə, Saturnun peyki Titan Yer istisna olmaqla, Günəş sistemində səthində daimi maye mövcud olan yeganə məlum səma cismidir. Ekstremal şəraitə baxmayaraq, burada Yerinkinə bənzər tam hidrologiya dövranı fəaliyyət göstərir. Qaynarinfo xəbər verir ki, bu barədə "SpaceDaily"

13 iyul
.

Çin Ayda naqilsiz enerji ötürməyi təklif edir - Yeni texnologiya

Çin alimləri Ayda elektrik enerjisinin naqillərdən istifadə olunmadan ötürülməsini mümkün edə biləcək yeni konsepsiya hazırlayıblar. Bu yanaşmanın gələcəkdə Ayın cənub qütbündə aparılacaq elmi tədqiqat missiyalarının enerji təminatını xeyli asanlaşdıra biləcəyi bildirilir. Qaynarinfo xəbər verir ki

13 iyul
.

Çində "Bavi" qasırğası səbəbindən 2,8 mindən çox aviareys ləğv ediləcək

Çin aviaşirkətləri "Bavi" qasırğası ilə əlaqədar iyulun 12-də 2,8 mindən çox daxili aviareysi ləğv etməyi planlaşdırır. "Report" xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb. Sərnişinlərə hava şəraitini və uçuşlarının statusunu diqqətlə izləmələri tövsiyə olunub

12 iyul
.

AFP: Livan İsraillə Romada keçiriləcək danışıqlarda iştirak edəcək

Livan iyulun 15-16-da Romada İsraillə keçirilməsi planlaşdırılan danışıqlarda iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə AFP-yə Livanın yüksəkrütbəli rəsmisi məlumat verib. "Bu qərar İsrailin gələn həftənin əvvəlində Livan ordusunun nəzarəti altında "pilot zonalar"ı

12 iyul
.

Zelenski: Rusiyanın hücumları nəticəsində Kiyevdə 11 nəfər xəsarət alıb

Kiyevdə Rusiya Silahlı Qüvvələrinin gecə saatlarında hücumları zamanı 11 nəfər, o cümlədən bir uşaq xəsarət alıb. "Report" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib. "Mülki infrastruktur hava həyəcanı ela

11 iyul
.

Kanadada festivalda baş verən atışma zamanı iki nəfər ölüb, xəsarət alanlar var

Kanadanın Toronto şəhərində naməlum silahlı şəxs atəş açaraq iki nəfəri öldürüb, daha beş nəfəri yaralayıb. "Report"un məlumatına görə, bu barədə Toronto polisi "X" sosial şəbəkəsində bildirib. "Beş nəfər güllə yarası ilə aşkarlanıb, iki nəfər hadisə yerində ölüb", - paylaşımd

12 iyul
.

ABŞ-nin İrana hücumları nə qədər davam edib?

ABŞ hərbi qüvvələri üç saatdan artıq müddət ərzində İranın hədəflərinə zərbələr endiriblər. xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ rəsmisinə istinadən məlumat yayıb. Onun sözlərinə görə, son vaxtlar həyata keçirilən hücumlarla müqayisədə bu əməliyyat nisbətən uzun davam edib. ABŞ Mərkəzi Komandanlığını

13 iyul
.

Abbas Əraqçi ABŞ-nin sanksiyalarına etiraz edib

ABŞ Maliyyə Nazirliyinin İranla əlaqəli olduğu ehtimal olunan şəxs və şirkətlərə qarşı sanksiya tətbiq etməsi Tehranda etirazla qarşılanıb. "Report" xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi buna görə ABŞ-ni İslamabad Anlaşma Memorandumunu pozmaqda günahlandırıb. "Qarşılıql

12 iyul