Məhsulların təhlükəsiz, sağlam çatdırılması necə təmin edilir?
"AVT Logistics" bir ayda 1.7 milyon km yol qət edərək 14000 fərqli müştəriyə məhsul çatdırıb
Qida təhlükəsizliyinin təmin edilməsində məhsulların daşınması və saxlanılması prosesinin düzgün qurulması əsas amillərdən biridir. Çünki tədarük zənciri istehsalat nöqtəsindən başlayıb mağaza rəfinə qədər olan böyük bir yoldur.
Ekspertlər də pandemiya dövründə ölkəmizdəki marketlərdə ərzaq qıtlığı baş verməməsini tədarük zəncirinin effektiv idarə olunmasında görür.
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "AVT Logistics" məhsulların düzgün temperaturda, keyfiyyəti pozulmamış, soyuq zəncir prinsiplərinə əməl olunmaqla keyfiyyətli çatdırılmasını təmin etmək üçün investisiyalarını artırır. Logistika mərkəzi yollarda gedilən məsafəni azaltmaq üçün çox temperaturlu avtomobillərə sərmayə yatırır.
Şirkətdən verilən məlumata görə, hər gün 64000 km yol qət edilərək Azərbaycanın 4500 nöqtəsində müştərilərə mal çatdırılır.
Son bir ayda 1.7 milyon km yol qət edilib və 14000 fərqli müştəriyə mal çatdırılması həyata keçirilib.
Logistika Mərkəzi həftənin yeddi günü 24 saat olmaqla fəaliyyət göstərərək Bakı və regionlara vaxtında çatdırılmalar edir. Mərkəzin Mingəçevir, Salyanda anbarları, Xaçmaz, Qax, Gəncə, Şəmkir, Ağcabədi, Göyçay, Lənkəranda isə "X-dock" qəbul platformaları xidmət göstərir. Ötən ay ən çox mal çatdırılma Mingəçevir, Salyan və Şəmkirdəki mağazalara həyata keçirilib.
"AVT Logistics" məhsulun saxlanması, daşınması və çatdırılması zamanı "Qida təhlükəsizliyi və sanitar norma və qaydalar"a həssaslıqla yanaşır.
Qəbul edilən məhsullar keyfiyyətə nəzarət mütəxəssisləri tərəfindən müvafiq nəzarətlərdən keçdikdən sonra anbarın müvafiq bölmələrində FEFO (First Expire First Out) prinsipinə uyğun olaraq yerləşdirilir.
Logistika Mərkəzinə daxil olan məhsulların təhlükəsizliyi Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) laboratoriyalarında yoxlanılır. Məhsullar AQTA-nın uyğunluq sertifikatından sonra müştərilərə təqdim edilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 687 Tarix: 27 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda bu imtahanda iştirak qiyməti 60 manat oldu
Müəllimlərin işə qəbulu (MİQ) ilə bağlı müsabiqədə iştirak etmək üçün ödənişin məbləği təsdiq edilib. xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qeyd olunub ki, müsabiqədə iştirak etmək üçün ödənişin məbləği 60 (altmış) manat müəyyən edilib. Xatırladaq ki, bu il yanvarın 15-də Preziden
24 aprel"Tanışlıqdan 10 gün sonra evlilik təklifi etdi"
Xanımı Nərgiz aparıcı Cavid Güllə tanışlıqları haqda sualı cavablandırıb. Axşam.az xəbər verir ki, izləyicilərinin sualını cavablandıran Nərgiz restoranda tanış olduqlarını bildirib:. "Cavidlə tanışlığımız haqqında çox soruşursunuz, ona görə qərara gəldim ki, daha ətraflı yazım. 2019-cu il idi
25 aprelQeydiyyatdan çıxan şəxslərlə bağlı mühüm qərar qəbul EDİLDİ
Şəxs hər hansı səbəbdən yaşayış yeri üzrə qeydiyyatdan çıxdıqda məhkəmə aidiyyəti həmin şəxsin sonuncu dəfə qeydiyyata alındığı yaşayış yeri üzrə müəyyən ediləcək. Məsələ ilə əlaqədar bir sıra hüquqi aktlarda özünü göstərən uyğunsuzluğa dair yeni qərar qəbul edilib. Cinayət-Prosessual Məcəlləyə əsasən
26 aprelƏtin qiyməti ilə bağlı ŞAD XƏBƏR
2026-cı ildə Azərbaycana xarici ölkələrdən 28 milyon 630,18 min dollar dəyərində 12 min 299,76 ton ət idxal olunub. Bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd olunub. Belə ki, 2025-ci ilin eyni dövründə ölkəyə 24 milyon 824,85 min dollar dəyərində 11 min 889,75 ton ət idxal edilmişdi. Bu is
25 aprelMənzili olanlara VACİB XƏBƏR: Sığortasız evlərə görə cərimələnə bilərsiniz
Azərbaycanda daşınmaz əmlakın icbari sığortası sahəsində illərdir davam edən durğunluğu aradan qaldırmaq və vətəndaşların əmlakını daha etibarlı qorumaq məqsədilə yeni konsepsiya hazırlanıb. Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanovun açıqladığı yeni yanaşmanın əsas hədəfi katastrofi
25 aprelAzərbaycanda bəzi yerlərə yağış yağır - FAKTİKİ HAVA
Azərbaycanda bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə isə (Daşkəsən, Gədəbəy) qar yağır. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin aprelin 25-i saat 12:00-a olan məlumatında qeyd olunub. Bildirilib ki, düşən yağıntının miqdarı Ağstafa və Tovuzda 5, Balakən və Şəmkirdə 2, Culfa
25 aprel