Şəhidlərdən ikisi polkovnik-leytenant olub - FOTO
Lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçularımızın arasında yüksəkrütbəli şəxslər də var.
"Qafqazinfo" xəbər verir ki, onlardan ikisi polkovnik-leytenant rütbəsi daşıyıb.
Həmin iki şəxsdən biri DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu Hüseynov Rəşad Rəhim oğludur. Gəncədə yerləşən N saylı hərbi hissədə xidmət edən və antiterror tədbirlərində dəstə rəhbəri kimi iştirak edərkən şəhid olan 1980-ci il təvəllüdlü R.Hüseynov Şirvan şəhərində dəfn edilib.
Şəhid olan digər polkovnik-leytenant isə Müdafiə Nazirliyinin hərbçisi Vüsal Rüstəmovdur. 1984-cü il təvəllüdlü V.Rüstəmov Xaçmaz rayonunda dəfn olunub.
Fotoda şəhid polkovnik-leytenant Rəşad Hüseynov

Fotoda şəhid polkovnik-leytenant Vüsal Rüstəmov


Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 5097 Tarix: 27 sentyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR
Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları
4 oktyabrAğdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı
Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib
2 oktyabrYAP sədrinin səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb
Yeni Azərbaycan Partiyasının sədrinin seçki proseduru dəyişib. APA-ya istinadla xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Nizami Səfərov bildirib ki, hazırda qüvvədə olan Nizamnaməy
2 oktyabr