Arvadını döydüyü iddia olunan müstəntiq barədə qərar verildi
Bir neçə ay əvvəl Hərbi Prokurorluğunun İstintaq İdarəsinin mühüm işlər üzrə baş müstəntiqi, ədliyyə polkovnik-leytenantı Ceyhun Hüseynovun həyat yoldaşı Nərgiz Hüseynova media vasitəsilə müraciət yayaraq əri tərəfindən şiddət gördüyünü və xidməti silahla hədələndiyini iddia edib.
N.Hüseynovanın şikayəti prokurorluq tərəfindən nəzarətə götürülüb, araşdırma aparılıb. Araşdırmanın yekununda polkovnik-leytenant C.Hüseynovun əməlində yalnız inzibati xəta tərkibi müəyyən edilib, sonradan vəzifəsindən azad olunub.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Ceyhun Hüseynov İnzibati Xətalar Məcəlləsinin 157-ci ( döymə) maddəsi ilə məhkəmə qarşısına çıxarılıb.
Bakı Hərbi Məhkəməsində keçirilən iclasda eks-baş müstəntiq çıxış edərək iddianı qəbul etmədiyini, protokolda yazılanların uydurma olduğunu deyib. Onun həyat yoldaşı isə məhkəmədə iştirak etməyib.
Hakim elan edib ki, Nərgiz Hüseynova məhkəməyə ərinə qarşı yalan məlumat verdiyini etiraf edən ərizə göndərib.
Bu əsasla Ceyhun Hüseynov inzibati məsuliyyətdən azad olunub, barəsindəki inzibati xəta haqqında icraata xitam verilib.
N.Hüseynovanın vəkili Elməddin Məhərrəmov isə qərardan narazı qalıb. Vəkilin sözlərinə görə, müvəkkili tərəfindən yalan ifadə verməsi ilə bağlı məhkəməyə ərizə göndərilməyib:
"Hazırda sübutların saxtalaşdırılması ilə bağlı prokurorluğa müraciət hazırlayırıq".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI
Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Azərbaycanda bu şəxslər 53 yaşında pensiyaya ÇIXACAQ
Azərbaycanda dörd qanun ləğv ediləcək
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
"Kurtlar Vadisi"nin ssenaristi, keçmiş polis rəisinin ifadəsi ortaya çıxdı
ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq
Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Pünhan Piriyevə qayınatası və qayınanası 1 kq yarım QIZIL HƏDİYYƏ ETDİ - VİDEO
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"