"27 sentyabr Azərbaycan dövlətçilik tarixində yeni era deməkdir"- ŞƏRH

"27 sentyabr Azərbaycan dövlətçilik tarixində yeni era deməkdir"- ŞƏRH"100 illər ərzində torpaq itirən, müharibələrdə məğlub olan Azərbaycan məhz 3 il əvvəl başlanan Vətən müharibəsində cənab İlham Əliyevin müzəffər Ali Baş Komandanlığı ilə qazandığı şanlı Qələbə sayəsində qalib, itirdiyi torpaqları geri qaytaran yanlız özünün yox, bütövlükdə bölgəmizin taleyini dəyişən güc sahibinə çevrildi. Bilirsiniz ki, Azərbaycan regionda heç vaxt qarşıdurma arzulamır".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, ərazilərimizin işğal olduğu bir dövrdə, 1995-ci ildə Konstitusiyamız qəbul olunarkən Ulu Öndər Azərbaycan Respublikasının ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməsini ali konstitusion niyyət kimi Konstitusiyamıza daxil etmişdir.

"Biz konstitusion şəkildə beynəlxalq münaqişələrin həlli kimi müharibəni rədd edirik. Lakin Ermənistan nəinki təcavüzkar niyyətindən əl çəkmirdi, hətta 2020-ci ilin ortalarında artıq yeni müharibə və yeni ərazilər ritorikasını rəsmən dövlət səviyyəsində gizlətmirdi. Elə bu niyyətlə 27 sentyabr 2020-ci ildə hücuma keçən ermənilərin nəinki qarşısı alındı, üstəlik 30 il ərzində möhkəmlənən mövqelər, qurulan istehkamlara baxmayaraq Azərbaycan bu işğala cəmi 44 gündə son qoydu. Bu gün Qələbəmiz barədə düşünündə yanlız bir qənaətə gəlmək olar: Bizi qələbəyə aparan güclü siyasi iradə, vətən sevgisi və hərbiçilərimizin peşəkarlığı oldu. Həqiqətən də 30 il ərzində Ermənistanın havadarları bütün dünyaya, eyni zamanda Azərbaycan xalqına təlqin etməyə çalışırdılar ki, Azərbaycan öz ərazi bütövlüyünü heç vaxt müharibə yolu ilə bərpa edə bilməz. Eyni zamanda vasitəçilər, qlobal güclər israr edirdilər ki, bu münaqişənin hərbi həlli yoxdur. Faktiki olaraq az qala bütün dünya bizi işğal faktoru ilə barışmağa vadar edirdi. Lakin cənab İlham Əliyev tam iqtisadi müstəqilliyə nail olmaqla, siyasi suverenliyimizi isə möhkəmləndirməklə, həmçinin ordu quruculuğu prosesini peşakar formada həyata keçirməklə, cəmiyyətdə ideoloji işi ən yüksək səviyyədə qurmaqla, bütün dünyanı qarşısına alaraq öncə hərbi, daha sonra isə siyasi Qələbə əldə edərək yeni bir Azərbaycan yaratdı. Qalib, qüdrətli Dəmir yumruq ətrafında bir nəfər kimi cəm olan gücə çevrildik. Lakin qələbələrimiz bununla bitmədi. Məlumdur ki, müharibədən çıxmış bir ölkə olmağımıza baxmayaraq dünyada hökm sürən təlatümlərə rəğmən qələbədən dərhal, cəmi 8 gün sonra Prezident İlham Əliyev və ölkənin birinci xanımı Mehriban Əliyeva işğaldan azad olunmuş rayonlara səfər etdilər və elə həmin tarixdən də bərpa-quruculuq prosesinə başlanıldı. Cənab Prezidentin dediyi kimi, bütün bu işlərin yeganə maliyyə mənbəyi Azərbaycan büdcəsi oldu. Cəmi 8 aya Hava Limanı tikildi, il yarıma artıq Böyük Qayıdışın ilk köçü reallaşdı. Bu gün isə artıq bilirsiniz ki, Ağalı, Talış, Laçın, Zabux, Füzulidə hər gün sayı artmaqda olan soydaşlarımız əbədi olar məskunlaşıblar. Bütün bunlar göstərir ki, Azərbaycanın idarəçiliyi doğru əllərdə və milli iradədədir. Doğru idarəçilik nəticəsində mövcud iqtisadiyyatımız dayanıqlı iqtisadiyyatdır, siyasətimizi milli maraqlara təmin edə biləcək siyasət kimi bütün dünya qiymətləndirir. Ordumuz regionun ən güclüsüdür. Cəmiyyətimizdə isə döyüş ruhu kifayət qədər yüksəkdir. Bu gün biz keçmiş SSRİ məkanında yeganə qalib xalqıq. Bir sözlə, biz bu gün tarixin ən güclü dövrünü yaşayırıq. Məhz bu güc, bu qüdrət ən əsası isə möhtərəm Prezidentin qətiyyəti ilə sentyabrın 19-da lokal antoterror xarakterli tədbirlərlə dövlətimiz bütövlükdə nəinki nölgədə, hətta dünyada separatizmlə mübarizədə real nəticəyə nail olaraq, Qarabağda Konstitusiya quruluşunu bərpa etdi. Müzəffər Ali Baş Komandan separatizmlə mübarizədə Azərbaycan modelini ortaya qoyaraq cəmi 23 saat ərzində 44 günlük savaşımızda yarımçıq qalmış bir prosesin nöqtəsi qoyuldu. Beləliklə, Azərbaycanın hər qarışında özünün nəzarətini. yurisdiksiyasını bərpa etdi. Azərbaycan xalqı heç şübhəsiz ki, bu reallığı yaradan Böyük Lider cənab İlham Əliyevə, onun Qalib Ordusuna həmişə minnətdarlıq duyacaq. Biz hər zaman şəhidlərimizi ehtiramla anacağıq, onların qəhrəmanlığı ilə qürur duyacağıq".
AYSEL ƏKBƏR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1306   Tarix: 27 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

"Uşaqları peyvənd edin!.." - Tanınmış pediatrdan ÇAĞIRIŞ

Payız-qış mövsümünün yaxınlaşması ilə infeksiyaların qarşısının alınması, xüsusilə də onların ağır fəsadlarının minimuma endirilməsi üçün peyvəndləmə məsələsi yenidən aktuallaşır. Çünki patogen viruslar bəzi insanlarda yüngül simptomlarla keçsə də, uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliklər

3 oktyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

4 oktyabr
.

Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"

Bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda kəskin rəqabət gedir və bu şəraitdə Azərbaycanın əldə etdiyi nəticələr çox mühümdür. Bu fikri "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayındakı çıxışın

3 oktyabr
.

40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?

Bakıda ictimai nəqliyyatla bağlı problemlər artıq sərnişinlərin gündəlik həyatını ciddi şəkildə çətinləşdirir. Xüsusilə avqustun 15-dən etibarən "28 May" və "Nizami" metrostansiyaları arasında qatarların hərəkətinin dayandırılması ilə sərnişin yükünün bir hissəsi avtobusların üzərin

2 oktyabr
.

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

İri ticarət mərkəzlərində aldığın məhsulu kassaya yaxınlaşmadan ödəmək imkanı verən qurğuların yerləşdirilməsi diqqət çəkir. Bu texnologiya bir tərəfdən pərakəndə satışda sürət və rahatlıq vəd edir, digər tərəfdən isə kassirlərə olan tələbatın gələcəkdə azalması ehtimalını gündəmə gətirir. Bakıda bəz

3 oktyabr
.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

4 oktyabr
.

Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR

Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları

4 oktyabr
.

Sökülən mənzil sahiblərinə ödəniləcək kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının bir neçə ərazisində 20-yə yaxın binanın sökülməsi planlaşdırılır. Söküntü zamanı mənzil sahiblərinə ödəniləcək kompensasiyanın məbləği və onun hesablanma qaydası sakinlər arasında narazılıq yarada bilər. Xüsusilə təklif olunan məbləğin əmlakın real bazar dəyərinə uyğun olub-olmaması mülkiyyətçiləri

2 oktyabr
.

Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi

Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi

3 oktyabr