Ordubad rayonunda 27 Sentyabr – Anım Günü qeyd olunub

Ordubad rayonunda 27 Sentyabr – Anım Günü qeyd olunubSentyabrın 27-də Ordubad Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Anım Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdən əvvəl Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli, Ali Məclisdə rayonumuzu təmsil edən deputatlar, hüquq-mühafizə orqanları rəhbərləri və bir sıra rayon ziyalısı Ordubad şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edib, şəhidlərin ruhuna dualar oxunub.
Daha sonra rayon Mədəniyyət Sarayında davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və konstitusiya quruluşunun müdafiəsi uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli çıxışında müstəqilliyimiz uğrunda mübarizəmizdən, Ümummilli Liderimiz Heydər Əliyevin müdrik siyasəti ilə hələ 90-cı illərdə bugünkü Zəfərin təməlinin qoyulmasından, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun şücaəti ilə 30 illik erməni işğalına, 28 illik Şuşa nisgilinə son qoyulmasından danışıb. Vurğulayıb ki, müzəffər Ordumuz erməni mifini 44 gündə darmadağın etdi, dünya müharibə tarixində yeni mərhələnin təməlini qoydu, dünyaya güclü Azərbaycanın şücaətini göstərdi. Rəcəb Rəhimli bildirib ki, adını tarixə qalib Sərkərdə kimi qızıl hərflərlə yazan Prezident cənab İlham Əliyevin Zəfərimizdən dərhal sonra işğaldan azad edilmiş torpaqlarımıza səfəri tarixi hadisə kimi yaddaşlarda qaldı, Böyük Qayıdışın reallığa çevrilməsi istiqamətində mühüm addım oldu. Dövlətimizin başçısının Sərəncamı ilə təsdiqlənən "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın gələcək inkişafının yol xəritəsidir. Ötən günlərdə Qarabağda antiterror tədbirlərinin uğurla başa çatması isə bu hədəflərin tam reallaşmasına əsaslı zəmin yaratdı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən Qarabağ iqtisadi rayonuna və bütün işğaldan azad olunmuş suveren torpaqlarımıza sülhün, əminamanlığın gətirildiyini qeyd edən Rəcəb Rəhimli vurğulayıb ki, son günlərdə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Naxçıvan Muxtar Respublikasına gəlişi və ölkə başçısı cənab İlham Əliyevlə görüşü 44 günlük Vətən müharibəsi və 19 sentyabr 2023-cü ildə Qarabağda qanunsuz erməni birləşmələrinin tərksilah edilməsi məqsədilə Azərbaycan ordusu tərəfindən başladılan lokal antiterror əməliyyatında rəşadətli ordumuzun əzmkar qələbəsindən sonra bölgədə yaranmış reallıqların həyata keçirilmə prosesinin sürətləndirilməsinə xidmət edir, o cümlədən, antiterror əməliyyatlarında 24 saat tamam olmadan qazanılmış səbatlı qələbə bir daha milli düşüncənin, milli birliyin vəhdətini nümayiş etdirmişdir. Rəcəb Rəhimli çıxışında Vətən müharibəsindən sonra Qarabağ iqtisadi zonasında, eləcə də, bütün ölkə üzrə inkişaf konsepsiyasının, işğaldan azad edilmiş ərazilərdə dirçəlişin iqtisadi aspektlərinin, həmçinin, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı sahəsində Prezident İlham Əliyev tərəfindən aparılan siyasətin dövlətimizin ən mühim starteji vəzifələrindən olduğunu qeyd edib.

Tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərlinin, Azərbaycan Respublikasının Əməkdar müəllimi Könül İsmayılovanın, "Tusi" Xeyriyyə Cəmiyyətinin İdarə Heyətinin sədri Yəyha Babanlının genişməzmunlu çıxışları dinləlinilib. Çıxış edənlər ölkəmizin Vətən müharibəsində qazandığı Qələbə ilə bağlı fikirlərini bölüşüb, tarixi Zəfərin xalqımızda yaratdığı qürur hissindən bəhs ediblər.

Sonda Yəyha Babanlının Vətən müharibəsində şəhadət zirvəsinə ucalan Vətən oğullarına həsr etdiyi "Ordubadın Zəfər zirvəsi" adlı kitabının təqdimatı olub.

Ordubad rayonunda 27 Sentyabr-Anım günü ilə bağlı keçirilən silsilə tədbirlərinin davamı olaraq İcra Hakimiyyəti başçısının iştirakı ilə Dəstə kəndində tədbir keçirilib, Azadkənd, Darkənd, Düylün, Dırnıs, Unus kəndlərində şəhid məzarları ziyarət olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 544   Tarix: 28 sentyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Uşaqları peyvənd edin!.." - Tanınmış pediatrdan ÇAĞIRIŞ

Payız-qış mövsümünün yaxınlaşması ilə infeksiyaların qarşısının alınması, xüsusilə də onların ağır fəsadlarının minimuma endirilməsi üçün peyvəndləmə məsələsi yenidən aktuallaşır. Çünki patogen viruslar bəzi insanlarda yüngül simptomlarla keçsə də, uşaqlar, yaşlılar, hamilə qadınlar və xroniki xəstəliklər

3 oktyabr
.

ŞAD XƏBƏR - Bu şəxslər daha tez pensiya alacaq

Azərbaycan Respublikasının qanunvericiliyi müəyyən kateqoriyadan olan şəxslərə ümumi pensiya yaş həddini gözləmədən, daha tez təqaüdə çıxmaq hüququ verir. Bu güzəştlər əsasən iş şəraiti, xüsusi peşə fəaliyyəti, ailə tərkibi və sağlamlıq vəziyyəti kimi faktorlar nəzərə alınaraq tətbiq edilir. "Yen

4 oktyabr
.

Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"

Bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda kəskin rəqabət gedir və bu şəraitdə Azərbaycanın əldə etdiyi nəticələr çox mühümdür. Bu fikri "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayındakı çıxışın

3 oktyabr
.

40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?

Bakıda ictimai nəqliyyatla bağlı problemlər artıq sərnişinlərin gündəlik həyatını ciddi şəkildə çətinləşdirir. Xüsusilə avqustun 15-dən etibarən "28 May" və "Nizami" metrostansiyaları arasında qatarların hərəkətinin dayandırılması ilə sərnişin yükünün bir hissəsi avtobusların üzərin

2 oktyabr
.

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

İri ticarət mərkəzlərində aldığın məhsulu kassaya yaxınlaşmadan ödəmək imkanı verən qurğuların yerləşdirilməsi diqqət çəkir. Bu texnologiya bir tərəfdən pərakəndə satışda sürət və rahatlıq vəd edir, digər tərəfdən isə kassirlərə olan tələbatın gələcəkdə azalması ehtimalını gündəmə gətirir. Bakıda bəz

3 oktyabr
.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

4 oktyabr
.

Oktyabrın 5-dən Bakıda yeni qayda - QADAĞAN EDİLİR

Bakının bir sıra mərkəzi küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması həftənin bütün günlərini əhatə edəcək. bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir. Məlumata görə, mobilliyin artırılması, piyadaları

4 oktyabr
.

Sökülən mənzil sahiblərinə ödəniləcək kompensasiya necə hesablanmalıdır? - AÇIQLAMA

Bakının bir neçə ərazisində 20-yə yaxın binanın sökülməsi planlaşdırılır. Söküntü zamanı mənzil sahiblərinə ödəniləcək kompensasiyanın məbləği və onun hesablanma qaydası sakinlər arasında narazılıq yarada bilər. Xüsusilə təklif olunan məbləğin əmlakın real bazar dəyərinə uyğun olub-olmaması mülkiyyətçiləri

2 oktyabr
.

Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi

Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi

3 oktyabr