Brüssel və Kişineu Aİ-nin Moldovadakı missiyasının statusu haqqında saziş imzalayıb
Avropa İttifaqı (Aİ) və Moldova Avropa missiyasının ölkədəki statusu haqqında sənəd imzalayıblar, onun əsas vəzifəsi kənar müdaxilələrə qarşı mübarizə və ittifaqa daxil olmağa hazırlaşmaq olacaq.
Sənədi Kişineuda Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell və Moldovanın daxili işlər naziri Adrian Efros imzalayıblar.
"Aİ Moldovanın hibrid təhdidlərə və xüsusən də Rusiyadan gələn xarici müdaxilələrə dayanıqlığını dəstəkləməyə sadiqdir. Mən bu gün nazir Efros ilə Moldovayla yeni tərəfdaşlıq missiyamızın statusu haqqında saziş imzaladım və bu, onun tam fəaliyyətə başlamasına imkan verəcək", - Borrell deyib.
Kişineuya səfəri zamanı o, həmçinin Moldova Prezidenti Maya Sandu ilə də görüşüb və Moldovanın Aİ-yə daxil olmasına dəstək məsələsini müzakirə edib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 483 Tarix: 01 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
WSJ: İranın yeraltı anbarlarda minlərlə raketi var
İranın minlərlə raketi var və məhv edilən raket buraxılış məntəqələrini bərpa etməyə qadirdir. "Report" "Wall Street Journal"a istinadən xəbər verir ki, bunu ABŞ kəşfiyyatı müəyyənləşdirib. "İranın hələ də yeraltı anbarlarda yerləşən qurğulardan istifadə edərək buraxa biləcəy
12 aprelTramp: İranın nüvə silahı olmamalıdır
ABŞ Prezidenti Donald Tramp hər hansı bir razılaşmada İranın nüvə silahına malik olmamasının təmin edilməsinin prioritet olduğunu da bildirib. "Report" xəbər verir ki, bu barədə "Al Jazerra" məlumat yayıb. "Nüvə silahı olmamalıdır, məsələnin 99 faizi budur", - Tramp vurğulayıb
12 aprelRusiyada həkimlər divan yeyən uşağı xilas ediblər
Rusiyanın paytaxtı Moskva şəhərinin Morozov Uşaq Xəstəxanasının həkimləri qeyri-adi vərdiş səbəbindən kəskin qida pozuntusu yaranan uşağı xilas ediblər. -ın -ya istinadən xəbərinə görə, bu barədə Moskva Səhiyyə Departamentindən məlumat verilib. Məlumata görə, oğlan uşağı bir neçə gün ərzində divan örtüy
12 aprelPentaqon: İranla münaqişədə ən azı 390 amerikalı hərbçi yaralanıb
ABŞ və İsrailin İranda apardığı əməliyyat zamanı ən azı 390 amerikalı hərbi qulluqçu yaralanıb. "Report" xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb. Daha əvvəl Pentaqon 380 amerikalı hərbçinin yaralandığını açıqlamışdı. Əsgərlərin əksəriyyəti İranın pilotsuz uçuş aparatlarının hücumlar
12 aprelİran XİN: "ABŞ ilə danışıqlarda iki-üç mühüm mövzuda fikirlər ayrılıb"
"İran və ABŞ bəzi məsələlərdə anlaşma əldə ediblər, lakin iki-üç mühüm mövzuda fikirlər ayrılıb". "Tasnim" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqai bildirib. "Bir sıra məsələlər üzrə qarşılıqlı anlaşma əldə olunub
12 aprel