Qaçqın sayı Almaniya hökumətini qorxuya salıb

Qaçqın sayı Almaniya hökumətini qorxuya salıbAlmaniya kansleri Olaf Şolts bildirib ki, ölkəyə gələn qaçqınların sayı həddən artıq çoxdur. Onun sözlərinə görə, hakimiyyət məhdudlaşdırıcı tədbirlər tətbiq etməlidir.

Kansler Almaniyanın artıq İsveçrə və Çexiya ilə sərhədlərdə birgə patrullara başladığını bildirib.

"Vəziyyəti əvvəlki kimi saxlamaq olmaz: Almaniyaya gələn bütün qaçqınların 70%-dən çoxu əvvəllər qeydiyyata alınmayıb, baxmayaraq ki, onların demək olar ki, hamısı Avropa İttifaqının hansısa başqa ölkəsinə səfər edib. Bu baxımdan, biz uzun müddətdir ki, Avropanın xarici sərhədlərini qorumaq səylərini dəstəkləmişik", deyə kansler RND-yə bildirib.

2023-cü ilin əvvəlindən 204 min insan sığınacaq üçün Almaniya hakimiyyətinə müraciət edib. Bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 77% çoxdur. Almaniya sentyabrın 27-dən ölkənin Polşa və Çexiya ilə sərhədində müvəqqəti yoxlamalar tətbiq edib. Qərar Polşada vizaların rüşvətlə verildiyi məlum olduqdan sonra verilib.Bunun ardınca Olaf Şolts dəfələrlə miqrant axınına nəzarətin gücləndirilməsinin və baş verənləri Polşa hökuməti ilə müzakirə etməyin zəruriliyini bildirib. "Reuters"in məlumatına görə, Almaniya 2024-cü ildə qaçqınların qəbulu və inteqrasiyası xərclərini ödəmək üçün federal ştatlara ayrılan yardımı iki dəfə azaltmaq niyyətindədir.

Qaynarinfo


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 920   Tarix: 01 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Paşinyan ölkəsindəki korrupsiyaya həll yolunu "tapdı": "Ermənistan vətəndaşı Tanrıya inanmalıdır"

"Bu gün "inanclı" sözü hələ də mənfi mənada qəbul edilir, çünki bir inanclılar var, bir də sadəcə normal vətəndaşlar var". -ın Ermənistan KİV-ə istinadən xəbərinə görə, bu barədə ölkənin baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, mövqeyi dəyişməz olub və dəyişməz qalacaq

3 oktyabr
.

Tokayevdən sərt qərar: Nazir müavinlərini və baş komandanı işdən çıxardı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müdafiə nazirinin iki müavinini və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin baş komandanını vəzifələrindən azad edib. -ın xəbərinə görə, bu barədə "Akorde" nəşri məlumat verib. Prezidentin mətbuat xidmətindən qeyd edilib ki, dövlət başçısı bir sıra sərəncamla

3 oktyabr
.

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə Patriot batareyaları göndərir

ABŞ Səudiyyə Ərəbistanı və Qətərdəki neft və qaz obyektlərini qorumaq üçün əlavə iki "Patriot" raket batareyası göndərib. xəbər verir ki, bu barədə "Axios" məlumatlı mənbələrə istinadən xəbər verib. Onların sözlərinə görə, ötən ay ABŞ ordusu əsas neft obyektini qorumaq üçün Səudiyy

2 oktyabr
.

Hörmüz boğazında neft tankerinə hücum edilib

Avropa mediasının Böyük Britaniya Dəniz Ticarət Ofisinə (UKMTO) istinadən verdiyi məlumata görə, neft tankeri Hörmüz boğazından keçərkən hücuma məruz qalıb. xəbər verir ki, məlumata görə, gəmidə yanğın baş verib. Başqa heç bir təfərrüat bildirilməyib. Neft dağılmasının baş verib-verməməsi barədə hələli

2 oktyabr
.

Pentaqon Meksika ilə sərhəddə dronların istifadəsini genişləndirə bilər

Pentaqon pilotsuz uçuş sistemlərinin uğurlu sınaqlarından sonra Rio-Qrande çayında və Meksika körfəzində müşahidə aparmaq üçün ekipajsız katerlərlərdən istifadənin genişləndirilməsi imkanını nəzərdən keçirir. "Report" "Reuters"ə istinadən xəbər verir ki, söhbət yanvar ayından bər

2 oktyabr
.

Tramp ABŞ-ın strateji neft ehtiyatlarının tezliklə bərpa olunacağını açıqladı

ABŞ prezidenti Donald Tramp ABŞ-ın tezliklə strateji neft ehtiyatlarını artırmağa başlayacağını açıqlayıb. xəbər verir ki, Tramp Alabama ştatının Mobil şəhərində keçirilən seçki kampaniyası zamanı deyib: "Biz strateji ehtiyatlarımızı çox tezliklə pulsuz şəkildə artıracağıq". Eyni zamanda, AB

3 oktyabr
.

Rus ordusu Xarkovun 3 kəndini işğal etdi

Rusiya ordusu Xarkov vilayətinin Nesternoye, Rublenoye və Vısokoya Yaruqa yaşayış məntəqələrini işğal edib. xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb

1 oktyabr
.

Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan kişini xilas etdilər

Dağıstanda həkimlər ürəyi 11 dəfə dayanan 61 yaşlı kişinin həyatını xilas ediblər. xəbər verir ki, bu barədə respublika rəhbərinin administrasiyasının "Telegram" kanalında məlumat verilib. Məlumata görə, kişi kəskin miokard infarktı diaqnozu ilə Respublika Təcili Yardım Xəstəxanasına yerləşdirilib

3 oktyabr
.

Pentaqon Meksika ilə sərhəddə dronların istifadəsini genişləndirə bilər

Pentaqon pilotsuz uçuş sistemlərinin uğurlu sınaqlarından sonra Rio-Qrande çayında və Meksika körfəzində müşahidə aparmaq üçün ekipajsız katerlərlərdən istifadənin genişləndirilməsi imkanını nəzərdən keçirir. xəbər verir ki, söhbət yanvar ayından bəri sərhədin qanunsuz keçilməsi və narkotik qaçaqmalçılığını

2 oktyabr