Dəllər dəmiryol stansiyasında sərnişindaşıma bərpa edilib

Dəllər dəmiryol stansiyasında sərnişindaşıma bərpa edilib"Azərbaycan Dəmir Yolları" QSC ölkədaxili sərnişindaşımanın daha da genişləndirilməsi və sərnişin məmnunluğunun təmin edilməsi məqsədilə 1 oktyabr 2023-cü il tarixindən etibarən Bakı-Ağstafa-Bakı marşrutu üzrə Şəmkir rayonunun Dəllər stansiyasına dayanacağın verilməsini həyata keçirir. QSC-dən bildirilib ki, bununla da Şəmkir rayonu daxil olmaqla Gədəbəy və qonşu rayonların sakinləri də ADY-nin müasir "Stadler" qatarlarından istifadə etməklə səfərlərini rahat və təhlükəsiz təşkil edə biləcəklər.

Qeyd edək ki, vaxtilə ölkədaxili sərnişindaşımada yataq tipli vaqonlardan ibarət sərnişin qatarları fəaliyyət göstərdiyi zaman Dəllər stansiyasında da həmin növ qatarlara dayanacaq verilirdi. Hazırda Bakı-Ağstafa-Bakı marşrutu üzrə "Stadler Rail Group" şirkətinin istehsalı olan sürətli qatarlar hərəkət edir və həmin qatarların standartlarına uyğun hündür sərnişin platformaları bütün stansiyalarda mövcud deyil. Sərnişinlərin tələbatının qarşılanması məqsədilə hündür sərnişin platformasının olmadığı sözügedən stansiyada sürətli sərnişin qatarlarına dayanacağın verilməsi məqsədilə zəruri tədbirlər görülüb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişindaşıma xidmətinin rəisi Təranə Bədəlova Dəllər stansiyasına dayanacağın verilməsinin sərnişin məmnunluğunun artmasına müsbət təsirini qeyd edərək bildirib ki, qərb zonasında yaşayan yüzlərlə sakin gündəlik olaraq sürətli qatarların xidmətindən istifadə etmiş olacaq: "Sərnişindaşıma xidmətinin Dəllər stansiyasında da bərpa olunması üçün tərəfimizdən dəmir yolu infrastrukturunda müvafiq təmir-bərpa işləri aparılıb, platformada sərnişinlərin ‘’Stadler’’ qatarına rahat minib-düşmələri üçün xüsusi konstruksiyalı mobil pilləkənlər quraşdırılıb. Bu stansiyaya dayanacağın verilməsi Şəmkir və Gədəbəy ilə yanaşı qonşu rayonların sakinlərinə də qatarlarımızla rahat səfər üçün geniş imkanlar yaradır".

İlkin hesablamalara əsasən müvafiq marşrutun bərpa olunması Şəmkir-Gədəbəy rayonlarından illik təxminən 40 minə yaxın sakinin sürətli sərnişin qatarlarından istifadəsini təmin edəcək.

Qeyd edək ki, ölkədaxili sərnişindaşımada böyük paya malik Dəllər stansiyasından COVID-19 pandemiyasından öncə 2019-cu il ərzində ümumilikdə 30 minə yaxın sərnişin Bakıya və əks istiqamətə səfər edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 864   Tarix: 01 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər

Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti

4 oktyabr
.

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

İri ticarət mərkəzlərində aldığın məhsulu kassaya yaxınlaşmadan ödəmək imkanı verən qurğuların yerləşdirilməsi diqqət çəkir. Bu texnologiya bir tərəfdən pərakəndə satışda sürət və rahatlıq vəd edir, digər tərəfdən isə kassirlərə olan tələbatın gələcəkdə azalması ehtimalını gündəmə gətirir. Bakıda bəz

3 oktyabr
.

Suqovuşan qəsəbəsi və Talış kəndinin erməni işğalından azad edilməsindən 6 il ötür

Bu gün Ağdərə rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən altı il ötür. "Report"a istinadən xatırladır ki, 2020-ci il oktyabrın 3-də Azərbaycan Ordusu hər iki kəndi erməni işğalçılarından təmizləyib. Həmin gün Suqovuşan və Talışd

3 oktyabr
.

Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"

Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yen

3 oktyabr
.

Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ

Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni - V-I fəsildə əksini tapıb. Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanını

4 oktyabr
.

Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI

Bu ilin geridə qalan iş günlərini təqdim edirik. xəbər verir ki, qarşıdakı aylarda qeyri-iş günlərinin sayı iş həftəsinin formasından asılı olaraq dəyişəcək. Belə ki, oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq. Noyab

3 oktyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı

Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı

2 oktyabr
.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

4 oktyabr
.

40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?

Bakıda ictimai nəqliyyatla bağlı problemlər artıq sərnişinlərin gündəlik həyatını ciddi şəkildə çətinləşdirir. Xüsusilə avqustun 15-dən etibarən "28 May" və "Nizami" metrostansiyaları arasında qatarların hərəkətinin dayandırılması ilə sərnişin yükünün bir hissəsi avtobusların üzərin

2 oktyabr