Boşanmalar çoxalır, nikahlar azalır, qocalma sürətlənir: Çıxış yolu nədir?

Boşanmalar çoxalır, nikahlar azalır, qocalma sürətlənir: Çıxış yolu nədir?Azərbaycanda nikahların, doğulan körpələrin sayı azalır, boşanmalar isə artır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 5,8-dən 4,8-ə düşüb, boşanmaların sayı isə 1,5-dən 2,1-ə qədər artıb. Cari ilin yanvar-iyun aylarında ölkə üzrə 53 min 918 doğulan körpə qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici azalaraq 12,2-dən 10,7-yə düşüb. Ölkədə doğulanlar arasında cins nisbətinin pozulmasını da nəzərə alsaq, vəziyyətin nə dərəcədə kritik olduğu açıq görünür. Bəs nə etməli? Belə davam edərsə, gələcəkdə hansı fəsadlarla qarşılaşa bilərik?

"Kaspi" qəzeti növbəti araşdırmasında bu və digər suallara cavab axtarıb.

Zorakılıq, erkən nikah, sosial şəbəkələr...

Əvvəlcə boşanmaların sayının artması və nikahların azalmasından başlayaq. Məlumdur ki, Azərbaycan ailə institutu uzun illərdir nümunəvi model hesab olunub. Hazırkı statistika isə bu modelin sarsılmağa doğru getdiyini göstərir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov hesab edir ki, ailə institutuna ənənəvi problemlərlə yanaşı, son illər sosial şəbəkələr ciddi şəkildə təsir edir. Mütəxəssisin sözlərinə görə, boşanmaya səbəb olan digər faktorlar zorakılıq, övlad sahibi olmamaq və erkən nikahlardır: "Boşanmalarda tərəflər əksər hallarda xarakter uyğunsuzluğunu əsas gətirirlər. Araşdırdıqda, digər problemlər özünü büruzə verir. Əksər ailələrdə ərlə arvad vaxtlarının çoxunu sosial şəbəkədə keçirir, bu da ailə üzvləri arasında ünsiyyəti azaldır, nəticədə ailədaxili münaqişə üçün bünövrə yaradır".

Xilaskar - ailə psixoloqu, ağsaqqallar institutu

Qurum rəsmisi düşünür ki, problemin həll yolu ağsaqqallar institutunun formalaşması və ailə psixoloqlarının fəaliyyət göstərməsidir: "Əvvəllər ailələrin möhkəmlənməsində mühüm rolu ağsaqqallar institutu oynayırdı. Hazırda bu institutun fəaliyyəti iri şəhərlərdə müşahidə olunmur, rayon və kəndlərdə isə qismən də olsa, qalır. Bu gün insanların psixoloji problemlərlə daha çox rastlaşdığını görürük. Komitə olaraq hazırda bu sahədə bir sıra işlər aparırıq. Qurum ailə psixoloqu institutunun yaradılmasında maraqlıdır. Çalışırıq ki, həmin institutu Azərbaycanda tam olaraq formalaşdıraq".

Nikahı ikinci plana keçirən faktor
Nikahların azalmasına gəldikdə isə, mütəxəssis vurğulayır ki, hazırda gənclərin prioriteti ailə qurmaq yox, karyeradır: "Nikahlar daha çox orta yaş dövrünə qədər, yəni 24-30 yaşlarda olan şəxslər arasında bağlanır. Müşahidələrimiz göstərir ki, gənclərin prioriteti ailə qurmaq yox, daha çox təhsil almaq, karyera qurmaqdır. Nəticədə nikahın bağlanması ikinci plana keçir. Hazırda ən çox nikah bağlanma yaşı 28-dən yuxarıdır".

Demoqrafiyanı təhdid altına qoyan növbəti yaralı yerimiz gender əsaslı cins seçiminə (GƏCS) görə dünyada birinci yerdə olmağımızdır. Dünyaya gələn uşaqların cins nisbəti bioloji normaya görə, 100 qıza 102-106 oğlan nisbətindədir. Hazırda Azərbaycanda bu rəqəm 100 qıza 112 oğlan nisbətindədir. Yəni, qızların sayı azalır, oğlanlar çoxalır. Açıqlanan sonuncu statistika da bunu bir daha sübut edir. Ötən illə müqayisədə doğulanlar arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,2 faiz, qız uşaqlarının isə 46,8 faiz olub. Bəs bunun fəsadları nədir?

Oğlan uşaqlarının sayı qızlardan xeyli çox olarsa, nə baş verər?

BMT-nin Əhali Fondunun (UNFPA) hesablamalarına görə, Azərbaycanda doğulan uşaqlar arasında cinsə görə nisbətin ciddi şəkildə pozulması davam edərsə, 2050-ci ilə qədər hər il doğulan oğlan uşaqlarının sayı qız uşaqlarının sayından 12000-15000 nəfər çox olacaq. Fondun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev müsahibəsində bildirib ki, hər 100 qıza nisbətdə 112 oğlanın doğulması gələcəkdə oğlanlarının sayının qızlardan xeyli çox olması deməkdir. Bunun isə fəsadları ağır ola bilər: "Cins nisbətinin pozulması nəticəsində kişilərin sayının çoxalması təhsildə daha kəskin gender fərqi, əmək bazarında qadınların xüsusi çəkisinin azalması, ictimai həyatın bütün sahələrində kişilərin sayının kəskin artması (maskulinizasiya), eyni zamanda ölkədə zorakı davranış hallarının geniş yayılması nəticəsində ümumi kriminogen durumun ağırlaşması, qızqaçırma, erkən nikahlar, insan alveri və s. bu kimi mənfi hallara səbəb ola bilər".

Doğulan uşaqların azlığı qocalma tendensiyasını sürətləndirir

Həmçinin, ölkədə yeni doğulanların sayının azalması əhalinin qocalma tendensiyasına da təsir edir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov deyir ki, hazırda dünya bu problemlə mübarizə aparır. Azərbaycanda da çoxuşaqlı ailələrdən azuşaqlıya keçid, nikahların azalması, doğulan uşaqların azlığı bu tendensiyanı sürətləndirir: "İnkişaf etmiş ölkələrdə yaranmış disbalansı bərpa etmək üçün miqrasiya siyasəti həyata keçirilir. Xaricdən olan gənc kadrları öz ölkələrinə cəlb edirlər. Ölkədə təbii artımda azalmaların baş verməsi demoqrafiyamızı ciddi şəkildə zərbə altında qoya bilər".

Sonda mütəxəssislər vurğulayırlar ki, demoqrafik fəlakətlə üz-üzə gəlməmək üçün artıq tədbirlər görülməlidir. Çünki bu statistika həyəcan təbilidir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1298   Tarix: 01 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər

Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti

4 oktyabr
.

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

İri ticarət mərkəzlərində aldığın məhsulu kassaya yaxınlaşmadan ödəmək imkanı verən qurğuların yerləşdirilməsi diqqət çəkir. Bu texnologiya bir tərəfdən pərakəndə satışda sürət və rahatlıq vəd edir, digər tərəfdən isə kassirlərə olan tələbatın gələcəkdə azalması ehtimalını gündəmə gətirir. Bakıda bəz

3 oktyabr
.

Suqovuşan qəsəbəsi və Talış kəndinin erməni işğalından azad edilməsindən 6 il ötür

Bu gün Ağdərə rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən altı il ötür. "Report"a istinadən xatırladır ki, 2020-ci il oktyabrın 3-də Azərbaycan Ordusu hər iki kəndi erməni işğalçılarından təmizləyib. Həmin gün Suqovuşan və Talışd

3 oktyabr
.

Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"

Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yen

3 oktyabr
.

Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ

Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni - V-I fəsildə əksini tapıb. Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanını

4 oktyabr
.

Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI

Bu ilin geridə qalan iş günlərini təqdim edirik. xəbər verir ki, qarşıdakı aylarda qeyri-iş günlərinin sayı iş həftəsinin formasından asılı olaraq dəyişəcək. Belə ki, oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq. Noyab

3 oktyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı

Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı

2 oktyabr
.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

4 oktyabr
.

40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?

Bakıda ictimai nəqliyyatla bağlı problemlər artıq sərnişinlərin gündəlik həyatını ciddi şəkildə çətinləşdirir. Xüsusilə avqustun 15-dən etibarən "28 May" və "Nizami" metrostansiyaları arasında qatarların hərəkətinin dayandırılması ilə sərnişin yükünün bir hissəsi avtobusların üzərin

2 oktyabr