Milli Məclisdə Beynəlxalq Astronavtika Federasiyasının nazirlər və parlament üzvləri üçün 13-cü beynəlxalq toplantısı keçirilib

Milli Məclisdə Beynəlxalq Astronavtika Federasiyasının nazirlər və parlament üzvləri üçün 13-cü beynəlxalq toplantısı keçirilibOktyabrın 1-də Bakıda Milli Məclisin inzibati binasında Beynəlxalq Astronavtika Federasiyasının (BAF) nazirlər və parlament üzvləri üçün 13-cü beynəlxalq toplantısı keçirilib. Sayca 13-cü olan toplantı oktyabrın 2-dən 6-dək ölkəmizin ev sahibliyi edəcəyi 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi ərəfəsində baş tutub. Toplantıya BAF prezidentinin müşaviri Dominik Tilmans moderatorluq edib.

Sonxeber.az xəbər verir ki, tədbiri açan BAF-ın prezidenti Kley Mouri görüş iştirakçılarını salamlayaraq, 1950-ci ildən etibarən keçirilən Beynəlxalq Astronavtika Konqresinin əhəmiyyətindən danışıb. O, kosmos fəaliyyətinin yeni texnologiyaların inkişafına, insanların həyat şəraitinin yaxşılaşmasına, iqtisadiyyatın, elmin və təhsilin tərəqqisinə təsiri barədə fikirlərini bölüşüb, tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Sonra tədbirdə çıxış edən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili sabah Bakı şəhərində işə başlayacaq 74-cü Beynəlxalq Astronavtika Konqresi ərəfəsində Azərbaycan Respublikasının Milli Məclisi və spiker Sahibə Qafarovanın adından dünyanın müxtəlif ölkələrindən olan parlament üzvlərini, hökumət nümayəndələrini və digər iştirakçıları salamlayıb.
O, bildirib ki, 50 il bundan əvvəl - 1973-cü ildə Bakıda Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə 24-cü Konqres keçirilmişdi. Bu il biz Ulu Öndərin 100 illik yubileyini qeyd edir və onun xatirəsini ehtiramla yad edirik. İndi ölkəmiz ən böyük kosmik hadisəyə - 74-cü Beynəlxalq Astronavtika Konqresinə 2023-cü ildə ev sahibliyi edir. Bu, o deməkdir ki, Beynəlxalq Astronavtika Konqresi yarım əsrdən sonra bölgəmizə qayıdır. Həm məzmununa, həm də iştirakçıların sayına görə bu konqresdə əvvəlkilərdən daha çox nümayəndə təmsil olunur.

Tahir Mirkişili diqqətə çatdırıb ki, Azərbaycanda astronomiya elminə olan maraq hələ qədim zamanlardan mövcuddur. Bölgəmizdəki ən böyük rəsədxanalardan biri Azərbaycandadır. 13-cü əsrin ortalarında Nəsirəddin Tusi tərəfindən inşa edilən bu astronomik rəsədxana dünya astronomiya elminin inkişafında özünəməxsus yer tutur.

Tahir Mirkişili qeyd edib ki, indi 30 illik işğal başa çatdıqdan və Ermənistan tərəfindən Azərbaycan torpaqlarında separatizmə son qoyulduqdan sonra regionumuzda sülh naminə innovasiyaların, texnologiyaların tətbiqi üçün ən münasib vaxtdır. Bu gün Azərbaycan siyasi və iqtisadi cəhətdən sabit ölkədir. Biz ölkəmizi regionun enerji, nəqliyyat və kommunikasiya mərkəzinə çevirə bildik. Hələ qədim İpək Yolu müasir Azərbaycandan keçərək ölkənin tarixini, mədəniyyətini və tolerant dünyagörüşünü formalaşdırmışdır.
Komitə sədri bildirib ki, kosmos böyük bir resursdur, peyk sənayesi elm və texnologiyanın, eləcə də rabitə zəncirinin ayrılmaz hissəsidir. Azərbaycan ilk peykinin buraxılmasından sonra 2013-cü ildən dünya kosmik klubunun fəal üzvü olub. Bir ölkə olaraq, sürətlə inkişaf edən qlobal kosmik ekosistemin bir hissəsi olmaqdan və bu sektorun bütün dünyanın xeyrinə inkişafına töhfə verməkdən məmnunuq.

Tahir Mirkişili çıxışının sonunda Konqresin işinə uğurlar arzulayıb.

Sonra tədbirdə çıxış edən İtaliyanın ölkəmizdəki səfiri Klaudio Taffuri bu tədbiri kosmos sahəsində çox önəmli görüş kimi qiymətləndirib. O, İtaliyada kosmos sahəsinin inkişafı üçün görülən işlər, avadanlıqların istehsalı, bu istiqamətdə həyata keçirilən layihələrdə iştirakı barədə məlumat verib.
Daha sonra tədbirin moderatoru, BAF prezidentinin müşaviri Dominik Tilmans kosmos fəaliyyətinin insanların rifahının təmin edilməsində, iqlim sahəsində risklərin idarə edilməsidə, yeni iş yerlərinin açılmasında, ölkələrin təhlükəsizliyinin təmin edilməsində rolu, peyklərlə bağlı həllərin yerinə yetirilməsi barədə fikirlərini bölüşüb. O, ölkələrin kosmos sahəsindəki strategiyalarının müəyyən olunması baxımından bu görüşün əhəmiyyətini vurğulayıb.

Sonra tədbir iştirakçıları 3 panel mövzuda müzakirələr aparıblar. Birinci panel "Dövlət xidmətlərinin keyfiyyətini yaxşılaşdıran kosmik həllər", ikinci panel "Fəlakətlərin aradan qaldırılması və risklərin idarə edilməsi üçün kosmik həllər", üçüncü panel isə "Resursların idarə edilməsində kosmik həllər" mövzularına həsr olunmuşdu.

Müzakirələr zamanı BAF-ın sabiq prezidenti Jan-İv Le Qal, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Salim Almalik, BAF-ın Slovakiya ofisinin direktoru Mişel Briçta, "Azərkosmos"un İdarə heyəti sədrinin müavini Fuad Aslanov, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev, Türkiyənin sənaye və texnologiya nazirinin müavini Ahmet Yozqatlıgil, Türkiyə Böyük Millət Məclisinin üzvü Zeynep Yıldız, Milli Məclisin komitə sədri Tahir Mirkişili, deputat Vüqar Bayramov, Rumıniya Senatının komitə sədri Marius Humelniçu, Almaniya parlamentinin deputatı Malte Kaufman, Polşa parlamentinin nümayəndəsi Boquslav Uontor, Avstraliya Senatının üzvü və nazir Kris Şaçt və başqaları çıxış edərək, kosmos fəaliyyətinin əhəmiyyəti, dövlət xidmətlərinin kosmos həlləri, bu sahədə həyata keçirilən layihələr, yeni kosmos dövrü və digər məsələlər barədə fikirlərini bölüşüblər.

İclasa yekun vuran Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili və BAF prezidentinin müşaviri Dominik Tilmans bu cür görüşlərin keçirilməsinin əhəmiyyətindən danışıblar, aparılan müzakirələrin faydalı olduğunu diqqətə çatdırıblar, sabah Azərbaycanın ev sahibliyi edəcəyi 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresinin işinə uğurlar arzulayıblar.
Tədbirdən sonra yerli və xarici media nümayəndələri üçün mətbuat konfransı keçirilib. Mətbuat konfransında jurnalistləri maraqlandıran suallara ətraflı cavab verilib.
Milli Məclisdə Beynəlxalq Astronavtika Federasiyasının nazirlər və parlament üzvləri üçün 13-cü beynəlxalq toplantısı keçirilibMilli Məclisdə Beynəlxalq Astronavtika Federasiyasının nazirlər və parlament üzvləri üçün 13-cü beynəlxalq toplantısı keçirilibMilli Məclisdə Beynəlxalq Astronavtika Federasiyasının nazirlər və parlament üzvləri üçün 13-cü beynəlxalq toplantısı keçirilibMilli Məclisdə Beynəlxalq Astronavtika Federasiyasının nazirlər və parlament üzvləri üçün 13-cü beynəlxalq toplantısı keçirilibMilli Məclisdə Beynəlxalq Astronavtika Federasiyasının nazirlər və parlament üzvləri üçün 13-cü beynəlxalq toplantısı keçirilib


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 839   Tarix: 01 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Uşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər

Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti

4 oktyabr
.

Yeni sistemə keçid: Kassirlərin dövrü başa çatır?

İri ticarət mərkəzlərində aldığın məhsulu kassaya yaxınlaşmadan ödəmək imkanı verən qurğuların yerləşdirilməsi diqqət çəkir. Bu texnologiya bir tərəfdən pərakəndə satışda sürət və rahatlıq vəd edir, digər tərəfdən isə kassirlərə olan tələbatın gələcəkdə azalması ehtimalını gündəmə gətirir. Bakıda bəz

3 oktyabr
.

Suqovuşan qəsəbəsi və Talış kəndinin erməni işğalından azad edilməsindən 6 il ötür

Bu gün Ağdərə rayonunun Suqovuşan qəsəbəsinin və Talış kəndinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsindən altı il ötür. "Report"a istinadən xatırladır ki, 2020-ci il oktyabrın 3-də Azərbaycan Ordusu hər iki kəndi erməni işğalçılarından təmizləyib. Həmin gün Suqovuşan və Talışd

3 oktyabr
.

Rövşən Muradov: "Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir"

Azərbaycan artıq yalnız neft və qaz ixrac edən ölkə deyil, enerji istehsalı, emalı, tranziti və müxtəlif bazarlara çıxışı birləşdirən regional enerji mərkəzinə çevrilmək istiqamətində irəliləyir. Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Rövşən Muradov Prezident İlham Əliyevin Yen

3 oktyabr
.

Kimlər aylıq pensiya əlavəsi alacaq? - Yeni qayda TƏSDİQLƏNDİ

Aylıq pensiya əlavəsi almaq hüququ olan şəxslər müəyyənləşir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən yeni - V-I fəsildə əksini tapıb. Təyin edilən aylıq pensiya əlavəsinin məbləği müvafiq icra hakimiyyəti orqanını

4 oktyabr
.

Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI

Bu ilin geridə qalan iş günlərini təqdim edirik. xəbər verir ki, qarşıdakı aylarda qeyri-iş günlərinin sayı iş həftəsinin formasından asılı olaraq dəyişəcək. Belə ki, oktyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün 9, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 4 istirahət günü olacaq. Noyab

3 oktyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı

Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı

2 oktyabr
.

Bu işlə məşğul olmaq ayda 10 MİN MANAT QAZANDIRIR

Taksi şirkətlərinə və ya sürücülərə maşın kirayə vermək yaxşı gəlir gətirə bilər. Amma burada əsas məsələ maşının xərclərini və alacağınız avtomobilin modelini düzgün seçməkdir. Çünki taksidə sürülən maşınlar çox yol qət edir, tez köhnəlir və təmiri üçün vaxtaşırı pul ayırmaq lazım gəlir. "Yen

4 oktyabr
.

40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?

Bakıda ictimai nəqliyyatla bağlı problemlər artıq sərnişinlərin gündəlik həyatını ciddi şəkildə çətinləşdirir. Xüsusilə avqustun 15-dən etibarən "28 May" və "Nizami" metrostansiyaları arasında qatarların hərəkətinin dayandırılması ilə sərnişin yükünün bir hissəsi avtobusların üzərin

2 oktyabr