Plastik zibil qabları nə qədər etibarlı və təhlükəsizdir? - ARAŞDIRMA
Hazırda Bakıda müasir standartlara cavab verdiyi bildirilən müxtəlif zibil konteynerləri qoyulub. Plastik qablar üçün ayrı, kağızlar üçün ayrı... Lakin zibil qabları ilə bağlı bəzən xoşagəlməz hallar da ortaya çıxır. Məsələn, onların yanması kimi. Bu konteynerlər yandığı zaman ətrafdakı avtomobillərə, obyektlərə də çox ziyan dəyir. Bu günlərdə paytaxtın Əhmədli qəsəbəsi, Qaçaq Nəbi küçəsində baş vermiş yanğın hadisəsini xatırlatmaq kifayətdir. Hadisə nəticəsində iki avtomobil tamamilə yanıb. Yanğının plastik zibil qablara görə baş verdiyi güman edilir. Əvvəllər zibil qabları dəmirdən idi. Amma zamanla həmin konteynerlər yeni plastikdən olan qablarla əvəzləndi.
Bu zaman sual yaranır: plastik zibil qabları nə qədər etibarlı və təhlükəsizdir?
"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
Vahid qaydalar, standartlar yoxdur
Təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayevin sözlərinə görə, zibil qabının plastik və ya dəmirdən olmasının heç bir fərqi yoxdur. Mütləq tələblərə əməl olunmalıdır:
"Zibil qabları üçün yer təyin edərkən mütləq normativ tələblər nəzərə alınmalı, sanitar gigiyenik normalar gözlənilməlidir. Qabların yerləşdiyi yerin arxa və kənar hissəsində qoruyucu hasar olmalıdır. Üzəri də sukeçirməz materialla bağlanılmalıdır. Hər bir ərazi üzrə zibil qablarının sayı insan sayına uyğun formalaşdırılmalıdır. Yəni nə az, nə də çox olmalıdır. Zibil qablarının yerləşdiyi məntəqələr yaşayış mənzillərindən, uşaq və idman meydançalarından ən azı 20 metr məsafədə olmalıdır. Ətraf mühitin mühafizəsi və infeksion xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə zibillər sutka ərzində ən azı bir dəfə daşınmalıdır. Ölkəmizdə zibil qablarının təşkili və onlara nəzarətlə bağlı vahid qaydalar, standartlar heyf ki, yoxdur. Ümid edirik ki, beynəlxalq normalara əsaslanaraq vahid qaydalar qısa zamanda hazırlanacaq və tətbiqi ilə bağlı müvafiq addımlar atılacaq".
Plastik zibil qabları dəmirdən daha əlverişlidir
Ekspertin fikrincə, plastik zibil qabları dəmirdən daha əlverişlidir:
"Dəmir qabların plastiklə əvəz olunmasının bir sıra müsbət tərəfləri var. Onların ən önəmlisi odur ki, plastik qutularda qapaq var. Dəmir qabların isə üstü açıq idi. Küləkli hava şəraitində və ya qablar dolduqda zibillər ətraf mühitə yayılırdı və təbiətə çox ciddi ziyan vururdu. Qarşısını almaq isə mümkün olmurdu. Plastik qablar o baxımdan əlverişlidir ki, qapaqları mövcuddur və yalnız zibil atarkən ayaq hərəkəti ilə qapağını açmaq mümkündür. Zibillərin daşınması zamanı da dəmir qablar çətinlik yaradırdı. O baxımdan ki, dəmir zibil qabı ilə plastik konteynerlər arasında ciddi çəki fərqləri var".
İnsanlar sönməmiş siqaret və kibrit atırlar
O.Musayevin sözlərinə görə, zibil qablarında yanğınların baş verməməsi üçün tədbirlər görülməlidir:
"Məntəqələr ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalı, orada xüsusi məlumatlandırıcı və xəbərdaredici nişanların yerləşdirilməsi həyata keçirilməlidir. Həmçinin, zibil qablarından istifadə təlimatı da olmalıdır ki, insanlar hansı məişət tullantılarını atmalı olduqlarını bilsinlər. Çünki bəzi hallarda təhlükəli tullantıların zibil qablarına atılması səbəbinə görə yanğın hadisələri baş verir. Bəzi hallarda tam söndürülməmiş siqaret və kibrit çöpü atılır. Bu da öz növbəsində yanğına səbəb olur. Bu cür yanğın hadisələri baş verdikdə mütləq qaydada sudan istifadə edərək yanğının ilkin mərhələsində qarşısını almaq lazımdır ki, daha da şiddətlənib ətrafda yaşayan sakinlərə, yaşayış binalarına, obyektlərə zərər yetirməsin".
Plastik zibil qablarının özünün də yanma ehtimalı var
Ekspert bildirdi ki, hər iki materialdan olan qabların yanğın riski eynidir:
"Plastik zibil qablarının yanğına xüsusi davamlılığı yoxdur. Lakin əgər təhlükəli davranışlar baş verərsə, dəmir konteynerlərdə olan zibillər də yana bilər. Hər iki halda yanğın baş verməsi ehtimalı eynidir. Lakin plastik zibil qablarının özlərinin də yanma ehtimalı var. Ancaq plastik zibil qablarında yanğının baş vermə riski daha azdır. Çünki yanğının baş verməsi üçün üç əsas elementin olması vacibdir. Oksigen, yanan maddə, temperatur. Bu üç element birləşməlidir ki, yanğın hadisəsi baş versin. Plastik zibil qablarının da qapaqları bağlı olduğu halda orada oksigen olmur. Oksigen olmadığına görə də yanğının baş vermə riski açıq dəmir konteynerlərdə olan riskdən daha azdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda dörd qanun ləğv ediləcək
Yağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib