"Əminəm ki, Ankarada iki polisin yaralanmasına səbəb olan terrorçular qısa müddət ərzində layiq olduqları cəzanı alacaqlar" - DEPUTAT
Ankarada Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında terror aktı törədilib, iki polis yaralanıb.Terror təşkilatı PKK Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktına görə məsuliyyəti üzərinə götürüb.
Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə Ankarada baş verən terror aktı pislədiyini və xəsarət alan polis əməkdaşlarına şəfa arzuladığını bildirib:
"PKK terror təşkilatı Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb. Əslində bizi təəccübləndirmədi. PKK terror təşkilatı bu cür ucuz şoularla Türkiyə xalqını qorxutmağa çalışır. İllərdir ki, qardaş Türkiyə daxildə və Suriyada, İraqda PKK, PYD, İŞİD, YPG kimi terror təşkilatları ilə mübarizə aparır.
Hücuma cəhd edən 2 terrorçu Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən zərərsizləşdirilib və birinin də şəxsiyyəti müəyyən edilib. Əminəm ki, iki polisin yaralanmasına səbəb olan terrorçular qısa müddət ərzində layiq olduqları cəzanı alacaqlar. Hər kəs yaxşı bilir ki, PKK Türkiyəyə qarşı törətdyi terrorları təkbaşına həyata keçirmir. Bu gün aktiv şəkildə PKK-nı dəstəkləyən və maliyyələşdirən ölkələr var. Qərb hər zaman Türkiyəyə qeyri-səmimi münasibət bəsləyib. Terroçular və onları himayə edənlər heç vaxt iyrənc planlarını reallaşdıra bilməyəcəklər. Azərbaycan və qardaş Türkiyənin uğurlarını qəbul etməyən qüvvələr gec-tez layiqli cavablarını alacaqlar".
Deputat qeyd edib ki, Azərbaycan və Türkiyə hər zaman bir-birinin yanında olan iki qardaş ölkədir:
"Biz bir millət, iki dövlətik. Bu gün Azərbaycan-Türkiyə arasındakı dostluq və qardaşlıq münasibətləri ən yüksək səviyyəyə çatıb. Bilirsiniz ki, hazırda bir çox ölkələr arasında çox ciddi etimadsızlıq mövcuddur. Belə bir vəziyyətdə Azərbaycan və Türkiyənin strateji dostluğu dünya ölkələrinə örnəkdir. Bu gün heç bir dövlət beynəlxalq terrorun hədəfinə çevrilməkdən sığortalanmayıb. Ankarada baş verən bu terror dünya liderləri üçün bir çağırışdır. Hesab edirəm ki, dünya ölkələri terrorla bağlı köklü mübarizəyə başlamalıdır".
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Zəngəzurda saxlanılan Azərbaycan əsgəri ilə bağlı Ermənistan məhkəməsi qərar verdi
Azərbaycanda 3 gün ardıcıl İŞ OLMAYACAQ: TARİXLƏR AÇIQLANDI
Azərbaycanda dörd qanun ləğv ediləcək
Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır (VİDEO)
"Bakı Metropoliteni" kanat yolları ilə sərnişin daşıyacaq
Yağıntılı hava nə vaxtadək davam edəcək? - TARİX
82 yaşlı Hacıbala Abutalıbov illər sonra görüntüləndi - Video
Prezident: "Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq"
Bakıda restoran sakinlərin narazılığına səbəb olub: "Gecələr rahat yata bilmirik" - Video
Trampdan İrana yeni zərbə mesajı: ABŞ Yaxın Şərqə 10 min hərbçi göndərir
Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
Şagirdlər evdən gətirilən şirniyyatı yedilər - 14 nəfər zəhərləndi - Yenilənib