Ötən il bəraət almışdı - 10 il həbs cəzası verildi

Ötən il bəraət almışdı - 10 il həbs cəzası verildi2,5 milyon manatlıq dələduzluqda ittiham edilərək bəraət alan keçmiş polis Elvin Həşimlinin cinayət işi yenidən araşdırılıb.

Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, Ali Məhkəmənin qanun pozuntuları aşkar etdiyi işə Bakı Apellyasiya Məhkəməsində təkrar hüquqi qiymət verilib.

Baxış iclasında prokuror çıxış edərək E.Həşimliyə bəraət verilməsi ilə bağlı hökmün qanunsuz olduğunu deyib. Prokuror bəraət hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxsin məhkəmə zalında həbs edilməsini tələb edib. Müdafiə tərəfi isə hökmün hüquqazidd olmadığını qeyd edərək qüvvədə saxlanılmasını istəyib.

Hakim Elmar Rəhimovun sədrlik etdiyi hakimlər heyəti prokurorun protestini əsaslı hesab edib. Qərara əsasən, Elvin Həşimli xüsusilə külli miqdarda dələduzluqda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbsə alınıb.

Qeyd edək ki, Elvin Həşimli xüsusilə külli miqdarda dələduzluqda ittiham olunub. O, zərərçəkmiş Möhkəm Səmədova biznes qurmaq adı ilə yalan vədlər verərək, onun 2,5 milyon manatını dələduzluq yolu ilə ələ keçirib. Ona qarşı Cainayət Məcəlləsinin 178.4-cü( xüsusilə küllü miqdarda dələduzluq etmə) maddəsi ilə ittiham irəli sürülüb.

Cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azxad Məcidovun sədrliyi ilə araşdırılıb. Prokuror təqsirləndirilən şəxsə 12 il həbs cəzası tələb edib. Sonuncu iclasda məhkəmə Elvin Həşimlinin təqsiri sübuta yetirilmədiyini elan edərək ona bəraət verib. Bakı Apellyasiya Məhkəməsi isə hökmü qüvvədə saxlayıb.

Sonradan Ali Məhkəmə prokurorun kassasiya şikayətini təmin edib. İş araşdırılması üçün apellyasiya baxışına təyin olunub.

Elvin Həşimli əvvəllər Xətai Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsində əməliyyatçı işləyib. O, Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sabiq rəisi Elçin Həşimlinin oğludur.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1633   Tarix: 02 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

40 dəqiqə soyuqda avtobus gözləyən sərnişin: AYNA və BakuBus bu nəqliyyat problemini nə vaxt görəcək?

Bakıda ictimai nəqliyyatla bağlı problemlər artıq sərnişinlərin gündəlik həyatını ciddi şəkildə çətinləşdirir. Xüsusilə avqustun 15-dən etibarən "28 May" və "Nizami" metrostansiyaları arasında qatarların hərəkətinin dayandırılması ilə sərnişin yükünün bir hissəsi avtobusların üzərin

2 oktyabr
.

Yeni 100 manatlıqlar niyə terminallarda qəbul edilmir? - Mərkəzi Bankdan AÇIQLAMA

Yeni 100 manatlıq əsginasların bəzi ödəniş terminalları tərəfindən qəbul edilməməsi ilə bağlı görüntülər yayılıb. BakuES-in paylaşdığı videoda vətəndaşın terminala yeni 100 manatlıq əsginası yerləşdirməsinə baxmayaraq, cihazın pulu geri qaytardığı görünür. Bəs yeni 100 manatlıqların bəzi terminallard

4 oktyabr
.

Xınalıqda ilk qar - Video

Quba rayonunun Xınalıq kəndinə mövsümün ilk qarı yağıb. "Qafqazinfo" xəbər verir ki, kənddə qarın hündürlüyü 10 santimetrə çatıb. Yağıntı nəticəsində Xınalığın dağlıq ərazisi ağ örpəyə bürünüb. Kənddə qış mənzərəsi yaranıb. Hazırda qar yağması davam edir

3 oktyabr
.

"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı

Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı

2 oktyabr
.

Tahir Mirkişili: "Azərbaycanın əsas hədəfi maliyyə gücünü məhsuldar iqtisadiyyata çevirməkdir"

Bu gün dünyada investisiyaların cəlb edilməsi uğrunda kəskin rəqabət gedir və bu şəraitdə Azərbaycanın əldə etdiyi nəticələr çox mühümdür. Bu fikri "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının (YAP) VII Qurultayındakı çıxışın

3 oktyabr
.

Zəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - AÇIQLAMA

Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərə

3 oktyabr
.

Şəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi

Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi

3 oktyabr
.

Yağıntılı havanın nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı

3 oktyabr
.

Ağdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı

Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib

2 oktyabr