"İnanıram ki, tezliklə terrorla mübarizədə Türkiyə qalib olacaq" - DEPUTAT
"Tarix boyu PKK törətdiyi müxtəlif terror aktları ilə qardaş Türkiyəni zəiflətməyə və bölgədəki rolunu sarsıtmağa çalışır".
Bunu Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib.
Deputat vurğulayıb ki, PKK-nın dünən Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında törətdiyi terror aktı nəticəsində iki polis yaralanıb:
"Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında törədilən terror aktını pisləyir və yaralanan polislərə Allahdan şəfa diləyirəm. Qardaş Türkiyə özünü müdafiə etməyə qadir olan güclü dövlətdir. İnanıram ki, tezliklə terrorla mübarizədə Türkiyə qalib olacaq. Qardaş Türkiyə uzun müddətdir ki, terrordan əziyyət çəkən dövlətlərdən biridir. PKK və digər terror təşkilatı hər zaman Türkiyəyə qarşı xain və məkrli planlar qurmaqdadırlar. Məhz buna görə də Türkiyə daxildə və Suriyada, İraqda daim antiterror əməliyyatları keçirir. Azərbaycan hər zaman Türkiyənin yanındadır. Azərbaycan da Türkiyə kimi terrorizmindən əziyyət çəkən ölkədir. Tarix boyu biz erməni terrorrizimindən əziyyət çəkmişik.Terrorla yalnız bir ölkə mübarizə apara bilməz. Bütün ölkələr həmrəy olub, terrorla birgə mübarizə aparmalıdır. Terror dünya ölkələrin birgə probleminə çevrilməlidir. Təəssüf ki, qardaş Türkiyədə də terror halları tez-tez baş verir. Bu gün heç bir ölkə terrordan sığortalanmayıb. Biz bunu 23 il öncə sentyabrın 11 Nyu-Yorkda törədilən terror aktında gördük. Terror nəticəsində 2977 nəfər ölüb, 6300 nəfərə yaxın isə yaralanıb. 23 il öncə Nyu-Yorkda baş verənləri bir daha sübut edir ki, istənilən ölkədə terror təhlükəsi var. Ona görə də düşünürəm ki, terrrorla mübarizədə bütün ölkələr birlik olmalıdır".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1073 Tarix: 02 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Xınalıqda ilk qar - Video
Quba rayonunun Xınalıq kəndinə mövsümün ilk qarı yağıb. "Qafqazinfo" xəbər verir ki, kənddə qarın hündürlüyü 10 santimetrə çatıb. Yağıntı nəticəsində Xınalığın dağlıq ərazisi ağ örpəyə bürünüb. Kənddə qış mənzərəsi yaranıb. Hazırda qar yağması davam edir
3 oktyabr"Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim turu başladı
Şou Prodakşının layihəsi olan "Azərbaycan Gözəli - 2026" Milli Gözəllik Yarışmasının seçim mərhələsinə rəsmi olaraq start verilib. 17-30 yaş aralığında olan, özünə güvənən, səhnə mədəniyyətinə və fərdi istedada malik xanımlar qeydiyyatdan keçərək yarışmanın iştirakçısı ola bilərlər. Tanınmı
2 oktyabrZəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - AÇIQLAMA
Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərə
3 oktyabrŞəhid anası Sevinc Hüseynova ilə bağlı DİN rəhbərinə müraciət etdi
Aprel döyüşləri, 44 günlük Vətən müharibəsi, Laçın əməliyyatı və antiterror əməliyyatlarında iştirak edən şəhid Abbasov Zamin Xaqani oğlunun anası Sevda xanım Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edib. xəbər verir ki, müraciətin səbəbi Sevinc Hüseynovanın onu təhqir etməsi ilə bağlıdır. Şəhidi
3 oktyabrYağıntılı havanın nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli intensiv yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, 2-dən 3-nə keçən gecə və səhər yağışın güclü olacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Bakıda havanı
3 oktyabrAğdamda 15 yaşlı qız oğlana qoşulub qaçdı
Ağdamda 15 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Səfərli kəndində baş verib. 2011-ci il təvəllüdlü S.Soltanova (şərti) ailəsindən xəbərsiz yaşadığı evi tərk edib. Onun evlənmək məqsədilə tanış olduğu şəxslə birgə getdiyi bildirilib
2 oktyabr