Qapanmalar olacaq? - "Ölkəmizdə koronavirusun yeni növü yayıla bilər"
"Ölkəmizdə koronavirusun yüksək yoluxuculuğu olan EG.5 variantının ("Eris") yayılma ehtimalı var".
Sonxeber.az xəbər verir ki, bu barədə "Trend"ə infeksionist-hepatoloq Mərdan Əliyev deyib.
Onun sözlərinə görə, bu ilin fevral ayında koronavirusun yüksək yoluxuculuğu olan EG.5 variantına ("Eris") yoluxanların sayı dünyada artmaqdadır.
"Payız-qış mövsümündə koronavirusa yoluxma daha da çoxalır. Ölkəmizdə hələ koronavirusun EG.5 variantına ("Eris") yoluxma qeydə alınmayıb. Lakin bu növün yayılma ehtimalı var. Koronavirusun bu növünə yoluxanlar tez sağalırlar. Belə ki, ağırlaşma və ölüm halları az olur. Ancaq risk qrupuna daxil olan şəxslər mütləq peyvənd olunmalıdır.
Yeni tədris ilinin başlanması da COVID-19-un sürətlə artımına şərait yaradır. Amma əvvəlki illərdə olduğu kimi, qapanmalar olmayacaq. Ölkəmizdə vaksinasiya prosesinin sürətli getməsi əhalidə kütləvi immunitet yaradıb", - deyə o qeyd edib.
Qeyd edək ki, Azərbaycanda son bir həftə ərzində (18-24 sentyabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Həmin müddətdə infeksiyaya 229 yeni yoluxma faktı qeydə alınıb, 132 nəfər müalicə olunaraq sağalıb.
Azərbaycanda indiyədək ümumilikdə 832 809 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 822 263 nəfər müalicə olunaraq sağalıb, hazırda 225 aktiv xəstə var. Bu günə qədər 10 321 nəfər vəfat edib. Bildirilib ki, son həftə ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 729, bu günə qədər isə ümumilikdə 7 684 217 test icra olunub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2126 Tarix: 02 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
YAP sədrinin səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb
Yeni Azərbaycan Partiyasının sədrinin seçki proseduru dəyişib. APA-ya istinadla xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Nizami Səfərov bildirib ki, hazırda qüvvədə olan Nizamnaməy
2 oktyabrSabah da Bakıya yağış yağacaq?
Bakıda və Abşeron yarımadasında oktyabrın 4-də arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
3 oktyabrAzərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb
Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur
3 oktyabrUşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər
Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti
4 oktyabrZəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - AÇIQLAMA
Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərə
3 oktyabrBakının bu yolu birdəfəlik bağlanır - Tarix açıqlandı
"İçərişəhər" qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətini
3 oktyabr