Diqqət! Oktyabrın 5-i ilə bağlı əhaliyə XƏBƏRDARLIQ EDİLDİ
Fövqəladə Hallar Nazirliyi gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Nazirlikdən Sonxeber.az-a daxil olan məlumata görə, oktyabrın 5-i axşamadək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel və daşqın keçəcəyi, şimşək çaxacağı, arabir güclü külək əsəcəyi proqnozlaşdırılır.
FHN əhaliyə müraciət edərək gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır:
"Yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqından qorunmaq üçün sel və daşqın təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur. Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.
Həmçinin, ildırımın yaratdığı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir. Təhlükə zamanı 112-yə zəng edin".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 19544 Tarix: 03 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
YAP sədrinin səlahiyyət müddəti ilə bağlı məhdudiyyət aradan qaldırılıb
Yeni Azərbaycan Partiyasının sədrinin seçki proseduru dəyişib. APA-ya istinadla xəbər verir ki, bunu YAP Təftiş Komissiyasının üzvü, deputat Nizami Səfərov partiyanın VII Qurultayında Nizamnaməyə təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib. Nizami Səfərov bildirib ki, hazırda qüvvədə olan Nizamnaməy
2 oktyabrSabah da Bakıya yağış yağacaq?
Bakıda və Abşeron yarımadasında oktyabrın 4-də arabir yağış yağacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, gecə bəzi yerlərdə qısamüddətli leysan xarakterli olacağı ehtimalı var. Səhər tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvə
3 oktyabrAzərbaycan banklarına depozit qoyuluşu il ərzində 11 %-dən çox artıb
Bu il sentyabrın 1-nə Azərbaycan banklarının depozit portfeli 46 milyard 053 milyon manat təşkil edib. "Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 3,5 % çox, ilin əvvəli ilə müqayisədə 10,4 % çox, ötən il sentyabrın 1-nə nisbətən isə 11,1 % çoxdur
3 oktyabrUşaqpulu ilə bağlı mühüm YENİLİK - Tezliklə iki qərar verilə bilər
Demoqrafik göstəricilərlə bağlı müzakirələrin artdığı bir dövrdə Azərbaycanda uşaqpulunun bərpası məsələsi yenidən gündəmə gəlib. Son günlər sosial şəbəkələrdə və ictimai müzakirələrdə bu ödənişin yenidən verilməsi ilə bağlı müxtəlif iddialar səsləndirilir. -a danışan Sosial-strateji Tədqiqatlar və Analiti
4 oktyabrZəngəzurda saxlanılan əsgərimizin taleyi necə olacaq? - AÇIQLAMA
Azərbaycanlı hərbçi Nəsimi Musayev naməlum şəraitdə Ermənistan ərazisinə keçib. Oktyabrın 1-də yerli vaxtla saat 14:15-də Zəngəzurun Şəki kəndində Azərbaycan əsgəri Ermənistan təhlükəsizlik orqanları tərəfindən saxlanılıb. Oktyabrın 2-də Ermənistanın Baş Prokurorluğu naməlum şəraitdə sərhədi keçərə
3 oktyabrBakının bu yolu birdəfəlik bağlanır - Tarix açıqlandı
"İçərişəhər" qoruq ərazisində sakinlərin rahatlığının təmin edilməsi, gündəlik hərəkət zamanı izafi yürüş məsafəsinin minimuma endirilməsi, habelə Qoşa Qala meydanında mobilliyin artırılması və təhlükəsizliyin qorunması məqsədilə geniş piyadalaşmış ərazinin yaradılması üçün nəqliyyatın hərəkətini
3 oktyabr