Qadın ölümcül xəstəlikdən sonra sağ qalıb

Qadın ölümcül xəstəlikdən sonra sağ qalıbAvstraliyalı qadın mal-qara və marallara ziyan vuran "Clostridium chauvoei" bakteriyası ilə nadir və eyni zamanda ölümcül infeksiya nəticəsində sağ qala bilib. Daha əvvəl məlum olan insanların bu mikroorqanizmə iki yoluxma halı ölümlə nəticələnib.

Məlumdur ki, xəstəliyin klinik əlamətləri üzə çıxmazdan az əvvəl qadın bağçada əlcəksiz işləyib. Eyni zamanda, ev pişiyinin onun əlini cırması nəticəsində əllərində çoxsaylı cırmaq izi olub.

Həkimlərin sözlərinə görə, çox vaxt torpaqda rast gəlinən bakteriya xəstənin bədəninə zədələnmiş dəri vasitəsilə daxil olub.

İnək, qoyun, uzunqulaq və camışlarda "Clostridium chauvoei" emkar (emfizematoz karbunkul) kimi tanınan ağır qeyri-yoluxucu xəstəliyə səbəb olur və çox vaxt heyvanın ölümü ilə nəticələnir. Amma insanların bu bakteriyaya yoluxması müstəsna haldır.

Qadın demək olar ki, üç gün evdə həzm pozğunluğundan, qarın və əzələlərdə çox şiddətli ağrılardan əziyyət çəkib. Həkimlər ehtiyat tədbiri olaraq xəstəyə antibiotik terapiyası təyin ediblər ki, bu da çox ehtimal ki, onun həyatını xilas edib. Çünki nəhayət diaqnoz qoyulanda xəstə artıq ölmüş ola bilərdi.

Bu halda qadının bağırsağının bir hissəsi kəsib götürülməli və hiperbarik oksigen terapiyası təyin edilməli olub.

Alimlərin fikrincə, xəstəliyin ilkin mərhələsində müalicəyə başlanıldığı üçün xəstə sağ qala bilib./Oxu.az


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 1810   Tarix: 03 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Pentaqon Meksika ilə sərhəddə dronların istifadəsini genişləndirə bilər

Pentaqon pilotsuz uçuş sistemlərinin uğurlu sınaqlarından sonra Rio-Qrande çayında və Meksika körfəzində müşahidə aparmaq üçün ekipajsız katerlərlərdən istifadənin genişləndirilməsi imkanını nəzərdən keçirir. "Report" "Reuters"ə istinadən xəbər verir ki, söhbət yanvar ayından bər

2 oktyabr
.

Süni intellekt bioloji silah yarada bilərmi?

"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl

1 oktyabr
.

İraq və Türkiyə neft və qaz sektorunda uzunmüddətli əməkdaşlıq barədə danışıqlara başlayıblar

İraq və Türkiyə neft və qaz sektorunda uzunmüddətli əməkdaşlıq haqqında çərçivə sazişi imzalamaq üçün danışıqlara başlayıblar. xəbər verir ki, İraqın neft naziri Bəssam Məhəmməd Xudayr və Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktars Ankarada görüşüblər. İraq Neft Nazirliyinin açıqlamasın

3 oktyabr
.

Almaniyanın aparıcı siyasi fondu Tbilisi ofisini bağlayıb

Almaniyanın Konrad Adenauer adına aparıcı siyasi fondu Tbilisidəki ofisini bağlamaq barədə qərar qəbul edib. Bu barədə təşkilatın yaydığı bəyanatda bildirilib. Qeyd olunub ki, nümayəndəliyin bağlanması Gürcüstan hökuməti tərəfindən müəyyən edilmiş siyasi və hüquqi mühitin birbaşa nəticəsidir. "B

2 oktyabr
.

Yəmən ordusu husilərin mövqelərinə zərbələr endirib

Yəmənin hökumət qüvvələri Sənada husilərin mövqelərinə, həmçinin ölkənin şimal-qərbindəki Səədə əyalətinə və cənub-qərbindəki Taiz əyalətinə zərbə endirib. xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı Yəmən ordusunun nümayəndəsi Məcid ən-Nüzeylinin bəyanatına istinadən məlumat yayıb. Onu

2 oktyabr
.

UKMTO, Hörmüz boğazında tankerin naməlum mərmi ilə vurulduğunu bildirir

Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) cümə axşamı günü Hörmüz boğazından keçərkən naməlum mərmi ilə tankerin vurulduğunu və nəticədə yanğına səbəb olduğunu bildirib. The Jerusalem Post-a istinadən xəbər verir ki, UKMTO əlavə edib ki, heyət təhlükəsiz vəziyyətdədir, zərər və ətra

2 oktyabr
.

Minsk Lukaşenko ilə Tramp arasında görüş təşkil etməyə çalışır

Belarus xarici işlər naziri Maksim Rıjenkov BMT Baş Assambleyasının iclası çərçivəsində RİA Novosti agentliyinə verdiyi müsahibədə bildirib ki, Minsk Belarus prezidenti Aleksandr Lukaşenko ilə ABŞ prezidenti Donald Tramp arasında görüş ehtimalını nəzərdən keçirir və onun təşkili üçün addımlar atır. xəbə

3 oktyabr
.

Makron Trampla dünya enerji bazarındakı vəziyyəti müzakirə edib

Fransa Prezidenti Emmanuel Makron və ABŞ Prezidenti Donald Tramp gecə telefon danışığı zamanı dünya enerji bazarındakı vəziyyəti müzakirə ediblər. "Report" Fransa mediasına istinadən xəbər verir ki, bu barədə Yelisey sarayının mətbuat xidmətinin bəyanatında bildirilib. Fransa administrasiyasını

2 oktyabr
.

ABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə Patriot batareyaları göndərir

ABŞ Səudiyyə Ərəbistanı və Qətərdəki neft və qaz obyektlərini qorumaq üçün əlavə iki "Patriot" raket batareyası göndərib. xəbər verir ki, bu barədə "Axios" məlumatlı mənbələrə istinadən xəbər verib. Onların sözlərinə görə, ötən ay ABŞ ordusu əsas neft obyektini qorumaq üçün Səudiyy

2 oktyabr