Bakıda piyadanın vurulmasının ANBAAN VİDEOSU
Bakıda 57 yaşlı şəxsi avtomobil vuraraq öldürüb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, hadisə bu gün saat 7 radələrində Suraxanı rayonu, Heydər Əliyev prospekti şəhər istiqamətində baş verib. Elşən Mirzəli oğlu Mehdizadənin idarə etdiyi "Toyota Prius" markalı avtomobil Polad Qaçay oğlu Əliyevi vurub. Nəticədə o, hadisə yerində vəfat edib.
BDYPİ-nin rəsmisi polis mayoru Araz Əsgərli açıqlamasında bildirib ki, hadisə məhz yerüstü piyada keçidinin altında qeydə alınıb. Onun sözlərinə görə, hadisə zamanı təyin edilməyən yerdən keçən piyadanı avtomobil vurub.
"Bu hadisə ilə bağlı dərin təəssüf hissi ilə bildiririk ki, hələ də öz həyatına, həmçinin ətrafındakı insanların həyat və sağlamlığına son dərəcə məsuliyyətsiz yanaşanlar var. Belə ağır hadisələrin baş verməməsi üçün sürücülərdən diqqətli olmaq tələb olunsa da, bəzi piyadaların qaydaları heçə sayması ağır faciələrlə nəticələnir.
Vətəndaşlarımızdan xahiş edirik, öz hərəkətlərinə intizamlı formada yanaşsınlar. Sadə qaydalara riayət edərək ağır sonluqlu faciələrə yol açmasınlar. Yerüstü və yeraltı piyada keçidlərinin olduğu ərazilər kifayət qədər təhlükəlidir. Piyada keçidinin yaxınlığında ondan istifadə etməmək isə təhlükəli olmaqla yanaşı, yanlış seçimdir. Yollarda ehtiyatlı olmağı, real təhlükəni bilərək həyatı lüzumsuz bəhanələrə qurban verməməyi bir daha bütün hərəkət iştirakçılarından xahiş edirik", - A.Əsgərli əlavə edib.
Sonxeber.az
Telegramda izləyin
Hadisə Baxılıb: 2117 Tarix: 03 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Burulğan 20 min cücənin tələf olmasına səbəb oldu - VİDEO
Türkiyənin Adana vilayətinin İmamoğlu rayonunda leysan yağışla birlikdə meydana gələn burulğan iki toyuq fermasına ciddi ziyan vurub. xarici mediaya istinadla xəbər verir ki, hadisə nəticəsində təxminən 20 min cücənin tələf olduğu bildirilib. Ağzıkaraca məhəlləsində baş verən burulğan fermaların damların
29 sentyabrAvtobusda daşlı hücuma məruz qalıb, görün necə reaksiya verdilər - VİDEO
Türkiyə Super Liqasında Amedspor ilə Beşiktaş arasında keçirilən oyundan sonra qonaq komandanın azarkeşlərini daşıyan avtobus Diyarbəkirdə daşlı hücuma məruz qalıb. xarici mediaya istindla xəbər verir ki, hadisə Beşiktaş azarkeşlərinin matçdan sonra şəhərdən ayrılması zamanı baş verib. Azarkeşləri daşıya
21 sentyabrUşaqlıqdan tanış olan iki qadın illər sonra bacı olduqlarını öyrəndi
Hindistanın Mumbay şəhərindəki iki fərqli uşaq evindən 1980-ci illərin əvvəllərində övladlığa götürülən Meena Geltink və Minal Tijssen illər sonra Hollandiyada bir-birlərinin doğma bacısı olduqlarını öyrəniblər. xarici mediaya istinadla xəbər verir ki, hazırda 43 və 44 yaşlarında olan qadınlar yeniyetməli
24 sentyabrBakı-Sumqayıt yolunda TIR avtomobilin üzərinə aşdı - VİDEO
Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. -ın əldə etdiyi məlumata görə, hadisə yolun Abşeron rayonu, Masazır qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Yolda hərəkətdə olan TIR minik avtomobilin üzərinə aşıb. Qəza nəticəsində ölən və yaralıların olduğu bildirilir. Hadis
23 sentyabrİnfarkt keçirən kişi yanaraq öldü - Təfərrüat
Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı detallar məlum olub. APA-ya istinadən xəbər verir ki, köşkün gözətçisi olan Ağayar Əliyev ürək tutması nəticəsində yanan sobanın üzərinə yıxılıb. Nəticədə köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir. Faktla bağlı Xəta
3 oktyabr