Ermənistanda döyüş meydanından qaçmış polkovnikə ittiham irəli sürüldü
Ermənistanda 44 günlük müharibə zamanı döyüş meydanından qaçmış polkovnik Manuk Badalyana qarşı ittiham irəli sürülüb.
Bu barədə Ermənistan baş prokurorluğundan məlumat verilib.
Məlumata görə, 2020-ci il oktyabrın 3-də Hadrut rayonunun Tuğ kəndindəki Mexakavan hərbi hospitalına Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının komandir müavini, polkovnik Manuk Badalyan müraciət edib. Badalyan sağ diz oynağından zədə aldığını bildirib.
Lakin tibbi ekspertiza zədənin xidmətə mane olmayacağını müəyyən edib və ona xidmətə davam etməsi barədə göstəriş verilib. Sağlamlığına görə hərbi xidməti dayandırmağın qeyri-mümkün olduğunu başa düşən Manuk Badalyan döyüş əməliyyatları zamanı yaralandığı ilə bağlı illüziya yaratmaq qərarına gəlib. Bunun üçün sağ diz oynağının şişmiş hissəsinə dəfələrlə yod vurub, üzərini eyni maye ilə isladılmış sarğı ilə sarıyıb və bu da 2-ci dərəcəli yanıqların əmələ gəlməsinə səbəb olub.
Bir həftə sonra, 10 oktyabr 2020-ci il tarixində saat 11:00-dan 12:00-dək diviziyanın komandanlıq məntəqəsinə keçid zamanı polkovnik Manuk Badalyanın və həmkarının olduğu avtomobil atəşə tutulub. Atışma nəticəsində yalnız sürücü qəlpə yaraları alıb. Eyni avtomobildə tapılan və heç bir xəsarət almayan Manuk Badalyan isə vəziyyət barədə heç kimin məlumatlı olmamasından istifadə edərək işçilərə mərmi atəşi nəticəsində yaralandığını deyib və xidməti yerini tərk edib./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 2243 Tarix: 03 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Pentaqon Meksika ilə sərhəddə dronların istifadəsini genişləndirə bilər
Pentaqon pilotsuz uçuş sistemlərinin uğurlu sınaqlarından sonra Rio-Qrande çayında və Meksika körfəzində müşahidə aparmaq üçün ekipajsız katerlərlərdən istifadənin genişləndirilməsi imkanını nəzərdən keçirir. "Report" "Reuters"ə istinadən xəbər verir ki, söhbət yanvar ayından bər
2 oktyabrSüni intellekt bioloji silah yarada bilərmi?
"Mindgard" təhlükəsizlik şirkətinin apardığı sınaqlar zamanı çinli süni intellekt şirkəti "Moonshot"ın iki modelində mürəkkəb təlimatlarla təhlükəsizlik məhdudiyyətlərinin aşılmasının mümkün olduğu üzə çıxıb. Tədqiqatçılar modellərdən normal şəraitdə cavab verməməli olduqları təhlükəl
1 oktyabrAlmaniyanın aparıcı siyasi fondu Tbilisi ofisini bağlayıb
Almaniyanın Konrad Adenauer adına aparıcı siyasi fondu Tbilisidəki ofisini bağlamaq barədə qərar qəbul edib. Bu barədə təşkilatın yaydığı bəyanatda bildirilib. Qeyd olunub ki, nümayəndəliyin bağlanması Gürcüstan hökuməti tərəfindən müəyyən edilmiş siyasi və hüquqi mühitin birbaşa nəticəsidir. "B
2 oktyabrYəmən ordusu husilərin mövqelərinə zərbələr endirib
Yəmənin hökumət qüvvələri Sənada husilərin mövqelərinə, həmçinin ölkənin şimal-qərbindəki Səədə əyalətinə və cənub-qərbindəki Taiz əyalətinə zərbə endirib. xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı Yəmən ordusunun nümayəndəsi Məcid ən-Nüzeylinin bəyanatına istinadən məlumat yayıb. Onu
2 oktyabrUKMTO, Hörmüz boğazında tankerin naməlum mərmi ilə vurulduğunu bildirir
Böyük Britaniya Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) cümə axşamı günü Hörmüz boğazından keçərkən naməlum mərmi ilə tankerin vurulduğunu və nəticədə yanğına səbəb olduğunu bildirib. The Jerusalem Post-a istinadən xəbər verir ki, UKMTO əlavə edib ki, heyət təhlükəsiz vəziyyətdədir, zərər və ətra
2 oktyabrMinsk Lukaşenko ilə Tramp arasında görüş təşkil etməyə çalışır
Belarus xarici işlər naziri Maksim Rıjenkov BMT Baş Assambleyasının iclası çərçivəsində RİA Novosti agentliyinə verdiyi müsahibədə bildirib ki, Minsk Belarus prezidenti Aleksandr Lukaşenko ilə ABŞ prezidenti Donald Tramp arasında görüş ehtimalını nəzərdən keçirir və onun təşkili üçün addımlar atır. xəbə
3 oktyabrMakron Trampla dünya enerji bazarındakı vəziyyəti müzakirə edib
Fransa Prezidenti Emmanuel Makron və ABŞ Prezidenti Donald Tramp gecə telefon danışığı zamanı dünya enerji bazarındakı vəziyyəti müzakirə ediblər. "Report" Fransa mediasına istinadən xəbər verir ki, bu barədə Yelisey sarayının mətbuat xidmətinin bəyanatında bildirilib. Fransa administrasiyasını
2 oktyabrABŞ Səudiyyə Ərəbistanı və Qətərə əlavə Patriot batareyaları göndərir
ABŞ Səudiyyə Ərəbistanı və Qətərdəki neft və qaz obyektlərini qorumaq üçün əlavə iki "Patriot" raket batareyası göndərib. xəbər verir ki, bu barədə "Axios" məlumatlı mənbələrə istinadən xəbər verib. Onların sözlərinə görə, ötən ay ABŞ ordusu əsas neft obyektini qorumaq üçün Səudiyy
2 oktyabr