Ermənipərəst Nensi Pelosi ofisindən qovuldu
ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi Kevin Makkartinin istefasından sonra ofisindən qovulub.
Bildirilir ki, spiker səlahiyyətlərini icra edən Patrik Makhenri Pelosiyə elektron məktub vasitəsilə Kapitolidəki ofisini tərk etməli olduğu barədə məlumat verib.
"Zəhmət olmasa, ofisi boşaldın, otağın kilidi dəyişdiriləcək", - deyə məktubda vurğulanıb.
Məlumata görə, bura spikerin ofisinin istifadəsinə veriləcək; Nümayəndələr Palatasının yalnız bəzi üzvlərinin Kapitolidə bu tipli əlavə otaqları var, qanunvericilər ənənəvi olaraq binanın Senat qanadındakı ofislərdən istifadə edirlər.
Bundan əvvəl ABŞ Konqresinin səsvermə nəticələrinə əsasən, respublikaçı Kevin Makkartinin (Kaliforniyadan) ABŞ Senatının Nümayəndələr Palatasının sədri vəzifəsindən uzaqlaşdırıldığı məlum olub. Onun yerinə respublikaçı, Şimali Karolina ştatının nümayəndəsi Patrik Makhenri ABŞ Nümayəndələr Palatasının müvəqqəti spikeri təyin edilib.
Qeyd edək ki, kaliforniyalı demokrat Nensi Pelosi ermənipərəst mövqeyi ilə tanınır. O, 75 konqresmenin Co Baydenə Ağ Evi Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran məktubunun təşəbbüskarlarından biridir./Oxu.az
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1446 Tarix: 04 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Terrorizm Yer üzündən silinməlidir - Ben-Qvir
Yaradana və qəhrəman sərnişinlərə təşəkkür edirəm, amma İsrailin təhlükəsizlik doktrinası bir pillə yüksəldilməlidir. xəbər verir ki, bunu İsrail milli təhlükəsizlik naziri İtamar Ben-Qvir deyib. "İsrail son iki il yarım ərzində möhtəşəm iş görüb, amma dayanmaq olmaz. İran, Livan, Qəzza və İorda
30 sentyabrYəmən ordusu husilərin mövqelərinə zərbələr endirib
Yəmənin hökumət qüvvələri Sənada husilərin mövqelərinə, həmçinin ölkənin şimal-qərbindəki Səədə əyalətinə və cənub-qərbindəki Taiz əyalətinə zərbə endirib. xəbər verir ki, bu barədə "Al Jazeera" telekanalı Yəmən ordusunun nümayəndəsi Məcid ən-Nüzeylinin bəyanatına istinadən məlumat yayıb. Onu
2 oktyabrMoldovada PUA partlayıb
Moldovanın Anenii-Noi rayonunda pilotsuz uçuş aparatı (PUA) yerə çırpılaraq partlayıb. Bu barədə "Ziarul de Gardă" nəşri Moldova Polisinə istinadən məlumat yayıb. İlkin məlumata görə, hadisə nəticəsində ölən və ya xəsarət alan olmayıb. Ərazi polis tərəfindən təhlükəsizlik məqsədilə mühasirəy
30 sentyabrRumıniyaya pilotsuz uçuş aparatı düşüb
Rumıniyanın Ukrayna ilə sərhəddə yerləşən ərazisinə naməlum pilotsuz uçuş aparatı (PUA) düşüb. Bu barədə Rumıniyanın "Adevarul" nəşri məlumat yayıb. Nəşrin yazdığına görə, oktyabrın 2-nə keçən gecə Rumıniya Milli Müdafiə Nazirliyinin radar müşahidə sistemi ölkənin Tulça rayonunun şimal hissəsində
2 oktyabrNiderlandda daha dörd nəfər Qərbi Nil virusundan ölüb
Niderlandda son həftələr ərzində dörd nəfər Qərbi Nil virusunun törətdiyi infeksiyadan ölüb, bunun nəticəsində ölkədə bu il xəstəlikdən ölənlərin ümumi sayı doqquza çatıb. "Report" xəbər verir ki, bu barədə Niderlandın İctimai Sağlamlıq və Ətraf Mühit üzrə Milli İnstitutu (RIVM) məlumat verib
1 oktyabrKaliforniya sahillərində vertolyot qəzaya uğrayıb
ABŞ-ın Kaliforniya ştatındakı Santa Katalina adası yaxınlığında tibbi vertolyot qəzaya uğrayıb, nəticədə dörd nəfər xəstəxanaya yerləşdirilib. xəbər verir ki, bu barədə NBC4 telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb. Nəşr bildirib ki, "Vertolyotdan və sudan ən azı dörd nəfər çıxarılara
1 oktyabrLitva Rusiya səfirliyinin nümayəndəsinə etiraz notası təqdim edib
Rusiyanın Litvadakı səfirliyinin nümayəndəsi ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ona etiraz notası təqdim edilib. XİN-in məlumatına istinadən xəbər verir ki, etiraz avqustun 14-dən 15-nə keçən gecə Tallində "Milrem Robotics" şirkətinin binalarının yandırılması insidenti il
30 sentyabr