Kreml AÇIQLADI Türkiyədə Qarabağla bağlı görüş olub, lakin..
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Qarabağla bağlı Türkiyədə danışıqlar apardığını təsdiqləyib
BiG.AZ TASS informasiya agentliyine istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə bildirib.
Dmitri Peskovun sözlərinə görə, "Politico" qəzetinin görüşlə bağlı təqdim etdiyi təfərrüatlar reallığa uyğun gəlmir.
"Avropa İttifaqı, ABŞ və Rusiya nümayəndələri sentyabrın 17-də İstanbulda Qarabağdakı vəziyyətlə bağlı "açıqlanmayan fövqəladə danışıqlar" aparıblar. Bu, onların təsvir etdiyi kimi deyildi. Hesabatda çoxlu qeyri-dəqiqliklər və səhvlər var. Qarabağ məsələsi ilə bağlı müəyyən təmaslar olub, amma söhbət məqalədə göstərilən danışıqlardan getmirdi.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da öz növbəsində bildirib ki, Brüssel və Vaşinqton böhran başlamazdan əvvəl Dağlıq Qarabağ məsələsi ilə bağlı görüş üçün Moskva ilə əlaqə saxlayıb. Diplomat keçirdiyi brifinqdə izah edib ki, Rusiya, ABŞ və Aİ Qarabağla bağlı müntəzəm fikir mübadiləsi aparıblar.
Sentyabrın 19-da Dağlıq Qarabağda yenidən gərginlik yaranıb. Bakı hərbi əməliyyata başladığını elan edib. İrəvan da öz növbəsində baş verənləri "genişmiqyaslı təcavüz aktı" kimi qiymətləndirib. Rusiya tərəfləri qan tökülməsinə son qoymağa və problemin diplomatik yolla həlli üçün səylər göstərib.
Sentyabrın 20-də Rusiyanın sülhməramlı missiyasının vasitəçiliyi ilə atəşkəs razılaşması əldə olunub. Sentyabrın 21-də Azərbaycanın Yevlax şəhərində Azərbaycan rəsmiləri və Qarabağ ermənilərinin nümayəndələri reinteqrasiya məsələlərini müzakirə etmək üçün görüşüblər. Samvel Şahramanyan sentyabrın 28-də tanınmamış dövlətin 2024-cü il yanvarın 1-dən ləğv edilməsi haqqında fərman imzalayıb" deyə Peskov bildirib.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1823 Tarix: 04 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Yerdə temperatur 65°C-yə çatacaq: Son bitkilər nə vaxt yox olacaq?
Müəllifləri Ceykob Hakk-Misra və Erik Vulf olan, "JGR Atmospheres" elmi jurnalında dərc edilmiş araşdırmada beynəlxalq alimlər qrupu Yer kürəsinin gələcək təkamülünü modelləşdirərək belə nəticəyə gəlib ki, təxminən 1,9 milyard ildən sonra planetin səthində orta temperatur 65C-yə çata bilər
13 iyulFransa mediası süni intellektlə dezinformasiya yayır?
Fransa kütləvi informasiya vasitələri saxta məlumatlar yaratmaq məqsədilə süni intellektdən (Sİ) istifadə edərək Mali dövlətinə qarşı dezinformasiya kampaniyası həyata keçirir. xəbər verir ki, bu barədə Keçid Şurasının müdafiə komissiyasının vitse-prezidenti Fuseynu Uattara bildirib. Fransız mətbuatın
12 iyulBritaniyanın konteyner gəmisi Oman sahillərində hücuma məruz qalıb
Konteyner gəmisi Oman sahillərindən 16 km şərqdə zədələnib, bundan sonra göyərtədə yanğın baş verib. "Report" xəbər verir ki, bu barədə Böyük Britaniyanın Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb. "UKMTO Omandan 16 km şərqd
12 iyulDünyada xərçəng xəstələrinin sayı ikiqat arta bilər - HESABAT
Ümumdünya Səhiyyə Təşkilatı xərçəng hallarının sürətlə artdığını açıqlayıb. xarici mediaya istinadən bildirir ki, yeni qlobal hesabata görə, profilaktika, erkən aşkarlama və müalicə yaxşılaşdırılmadıqda, 2050-ci ilə qədər yeni xərçəng hallarının illik sayı təxminən 35 milyona çata bilər. Hesabatda qey
12 iyulAFP: Livan İsraillə Romada keçiriləcək danışıqlarda iştirak edəcək
Livan iyulun 15-16-da Romada İsraillə keçirilməsi planlaşdırılan danışıqlarda iştirak edəcək. "Report" xəbər verir ki, bu barədə AFP-yə Livanın yüksəkrütbəli rəsmisi məlumat verib. "Bu qərar İsrailin gələn həftənin əvvəlində Livan ordusunun nəzarəti altında "pilot zonalar"ı
12 iyulElbrus dağında turist ÖLDÜ: İstintaq başladıldı
Elbrus dağında bir turist gözlənilmədən ölüb. xəbər verir ki, bu barədə Kabarda-Balkariya üzrə İstintaq Komitəsinin idarəsi məlumat yayıb. "Rusiya Federasiyası İstintaq Komitəsinin Kabarda-Balkariya Respublikası üzrə istintaq orqanları tərəfindən Elbrus dağında turistin ölümü faktı ilə bağlı ilki
11 iyul