Ata 2 yaşlı oğluna 9 bıçaq vurdu - Bakıda QANDONDURAN CİNAYƏT

Ata 2 yaşlı oğluna 9 bıçaq vurdu - Bakıda QANDONDURAN CİNAYƏT2022-ci il noyabrın 23-ü saat 19 radələrində Səbail rayonu Yüzbəy Mürsəlov küçəsində Saqi Kərimov 2 yaşlı oğlu İsmayıla bıçaq xəsarətləri yetirərək, onu öldürmək istəyib. Bu barədə azyaşlının anası Xeyrənsə Kərimova Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə müraciətində bildirib.

Məlumat əsasında Çevik Polis Alayının əməkdaşları həmin evə yollanıb və Saqi Kərimovu gətirərək bölməyə təhvil veriblər.

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Saqi Kərimov 1990-cı ildə Yevlax şəhərində anadan olub, 2018-ci ildə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə 1 il müddətinə islah işləri cəzasına məhkum olunub.

Sonxeber.az xəbər verir ki, "lent.az" hadisənin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, noyabrın 23-də Saqi Kərimov qayınatası Təyyar Əliyevin evinə gələrək, arvadı Xeyrənsə Kərimovadan onunla birlikdə getməsini tələb edib.

Yoldaşı bundan imtina edib, onunla birlikdə yaşamayacağını və boşanacağını, eləcə də azyaşlı övladı ilə görüşməyə imkan verməyəcəyini bildirib.

Bundan sonra o, qadından qisas almaq istəyib. Qadına mənəvi iztirab vermək üçün, ondan 2 yaşlı oğlu ilə axırıncı dəfə görüşmək üçün şərait yaratmasını xahiş edib.

Yoldaşı razı olduqda, Saqi Kərimov uşağı yataq otağına aparıb, arvadı, qayınatası və qayınanasına əzab verəcəyini düşünərək, bıçaqla oğlu İsmayıla 9 dəfə zərbə endirib.

Yetirdiyi xəsarətlərin ağrısından qışqıran uşağın səsinə nənəsi Əminə Əliyeva içəri daxil olub və kürəkəninə mane olmağa çalışıb.

Buna baxmayaraq, o, qadına da 2 dəfə bıçaqla zərbə vurub. Azyaşlıya ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edilib.

İş üzrə dindirilmiş Saqi Kərimov bildirib ki, 2020-ci ilin fevral ayında Xeyrənsə Kərimova ilə rəsmi nikaha daxil olub. Dekabrın 18-də övladları İsmayıl Kərimov anadan olub:

"Ailə qurandan sonra Bakıda kirayədə yaşayırdıq. Aramızda mübahisələr yarandığından 2022-ci ilin avqust ayında Xeyrənsə uşağı götürüb, atası Təyyar Əliyevin evinə getdi.

Tez-tez gedib uşaqla görüşüb arvadıma geri qayıtmasını təklif etsəm də, o, imtina edirdi. Noyabrın 23-də

"20-ci sahə"yə çatarkən, xırdavat mağazasından bıçaq alıb gödəkçəmin cibinə qoydum. Evdə söhbət zamanı qaynatamdan xahiş etdim ki, ailəmi buraxsın, amma Təyyar Əliyev qızının mənimlə getməyəcəyini bildirdi.

Qayınatamın sözlərindən sonra, özümü və oğlumu öldürməyi qərarlaşdırdım. Xeyrənsə İsmayılı döşəmənin üzərindən götürüb mənə verəndə, uşağı qucaqlayıb yataq otağına apardım.

Azyaşlını çarpayının üzərinə uzatdım və bıçaqla ürəyinə zərbə vurdum. Ardınca 8 zərbəni necə vurduğumu xatırlamıram".

Zərərçəkmiş İsmayıl Kərimovun qanuni nümayəndəsi Xeyrənsə Kərimova ifadəsində göstərib ki, əri Saqi Kərimov dəfələrlə, əgər boşansa övladını və onun ailə üzvlərini öldürəcəyini bildirib:

"Noyabrın 23-ü səhər saat 9-dan başlayaraq, yoldaşım zəng vurdu və İsmayılı götürüb şəhərə gəzməyə getməyi təklif etdi.

Mən isə Saqiyə uşağın xəstə olduğunu, buna görə də onu çölə çıxarda bilməyəcəyimi dedim. Yoldaşım bundan əsəbiləşərək, üstümə qışqırdı.

Həmin axşam Saqi evdən getməyə hazırlaşarkən, uşağı qucaqlayıb sağollaşmaq istədiyini dedi. Ərim uşaqla birlikdə yataq otağına keçəndən bir müddət sonra, İsmayılın ağladığını eşitdim. Otağa girəndə, İsmayılı çarpayının üzərində, qana bulaşmış vəziyyətdə gördüm və qışqırmağa başladım".

Zərərçəkmiş Əminə Əliyeva ifadəsində göstərib ki, kürəkəni Saqi Kərimov hər gün arvadı Xeyrənsəni döyüb:

"Buna baxmayaraq, qızım döyüldüyünü bizdən gizlətməyə çalışırdı. Saqi evinə 1 manat pul belə pul gətirmir və evin kirayə pulunu ödəyə bilmirdi.

Ailəsini biz saxlayırdıq. Noyabrın 23-ü saat 19 radələrində evimizə gələn kürəkənim qayınatasına yoldaşını və oğlunu aparmaq istədiyini deyəndə, Təyyar ona borclarını qaytardıqdan sonra Xeyrənsəni apara biləcəyini söylədi.

Bundan sonra Saqi ovladını öpüb gedəcəyini bildirdi. Həmin vaxt İsmayıl qonaq otağında, döşəmənin üzərində oturub oynayırdı. Xeyrənsə uşağı götürüb Saqiyə verdi. Yataq otağından nəvəmin səsini eşidən kimi mən, ardımca da qızım içəri qaçdıq.

Saqinin İsmayıla bıçaqla zərbələr vurduğunu görüb "qoymayın uşağı öldürdü" deyə, qışqırdım. Əllərimlə bıçaqdan və qolundan tutub kürəkənimi divara çırpdım".

Zərərçəkmiş qeyd edib ki, hazırda nəvəsinin barmaqlarında problem var. Dili tutulub, danışmaqda çətinlik çəkir və buna görə müalicə olunur.

Məhkəmə iclasında Saqi Kərimov ittiham üzrə özünü qismən təqsirli bilib.

Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi bildirib ki, ərini bağışlamır və ona qanuna uyğun cəza verilməsini xahiş edib. Zərərçəkmiş Əminə Əliyeva təqsirləndirən şəxsə ömürlük cəza təyin edilməsini istəyib.

Məhkəmə hesab edib ki, Saqi Kərimovun əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd), 29, 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı qəsdən öldürməyə cəhd) və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə düzgün tövsif olunub. O, həmin maddələrlə təqsirli bilinməli və cəzalandırılmalıdır.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saqi Kərimov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 14 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.
Ata 2 yaşlı oğluna 9 bıçaq vurdu - Bakıda QANDONDURAN CİNAYƏTAta 2 yaşlı oğluna 9 bıçaq vurdu - Bakıda QANDONDURAN CİNAYƏTAta 2 yaşlı oğluna 9 bıçaq vurdu - Bakıda QANDONDURAN CİNAYƏTAta 2 yaşlı oğluna 9 bıçaq vurdu - Bakıda QANDONDURAN CİNAYƏTAta 2 yaşlı oğluna 9 bıçaq vurdu - Bakıda QANDONDURAN CİNAYƏT


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 2631   Tarix: 05 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ata qızı ilə birgə kürəkəni niyə qətlə yetirib?

Xəbər verdiyimiz kimi, Bakının Binəqədi rayonunda kürəkənini öldürməkdə ittiham olunan ata və qızının cinayət işi üzrə məhkəmə başa çatıb və hökm oxunub. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə hadisənin səbəbi ilə bağlı bəzi faktlar üzə çıxıb. Məlu

18 sentyabr
.

Bakıda 27 yaşlı oğlan öldürüldü - Qardaşı saxlanıldı

Bakıda qətl törədilib. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə saat 23 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsində qeydə alınıb. 199-cu il təvəllüdlü Hikmət Əlipaşa oğlu Quluzadə bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qardaşı 1995-ci il təvəllüdl

22 avqust
.

Azərbaycanda DƏHŞƏT: Kişi namaz qılarkən öldürüldü, arvadı saxlanıldı

Abşeron rayonunun Masazır qəsəbəsində baş verən qətl hadisəsinin təfərrüatı məlum olub. -a istinadən xəbər verir ki, hadisə səhər saatlarında Abşeron rayonu, Masazır qəsəbəsi, Murad Mirzəyev küçəsi, 7 saylı evdə baş verib. Ehtimallara görə, ev sahibi 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov səhər saatlarınd

19 avqust
.

Havvaxanım Rüstəmovaya hökm oxundu

"Moon Kids" Uşaq Bağçasının külli miqdarda dələduzluqda ittiham olunan direktoru Havvaxanım Rüstəmovanın iki ildən çoxdur davam edən məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo" xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Hökmə əsasən, ev dustaqlığınd

16 sentyabr
.

Qubada qəzada 5 nəfər yaralandı, biri uşaqdır - Foto

Bu gün saat 14 radələrində Bakı-Quba yolunun Quba rayonunun Pirvahid kəndi ərazisindən keçən hissəsində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, "Mercedes" markalı minik avtomobil ilə "İveco" markalı yük avtomobili toqquşub. Hadisə nəticəsində 5 nəfər xəsarət alıb

17 avqust
.

Bakıda 1 ildir yoxa çıxan qadın qətlə yetirilibmiş - Oğlu tutuldu

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən birgə və koordinasiyalı şəkildə aparılmış kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il itkin düşmüş, 1954-cü il təvəllüdlü Timofeyeva Lyudmila Veniaminovnanın qəsdən öldürülməsi müəyyə

11 avqust
.

Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən antikorrupsiya əməliyyatı ilə cinayət məsuliyyətinə cəlb edilən daha üç vəzifəli şəxsin məhkəmə araşdırması başa çatıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Qaradağ Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub. İş üzrə Qaradağ Rayo

2 sentyabr
.

Xırdalanda ailə faciəsi - Kişi öldü, qadının vəziyyəti ağırdır-Yenilənib

Xırdalan şəhərində ər və arvad arasında baş verən mübahisə hər ikisinin ölümü ilə nəticələnib. "Report"a istinadən xəbər verir ki, ər-arvad arasında yaşadıqları evdə başlayan mübahisə sonda onların bir-birini bıçaqlaması ilə yekunlaşıb. Nəticədə, kişi aldığı xəsarətlərdən evdə ölüb, qadın is

3 avqust
.

Əvvəl bacısını, sonra özünü bıçaqladı

Bakıda bacı və qardaşı bıçaq xəsarətləri alıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 16 radələrində Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində qeydə alınıb. 1990-cı il təvəllüdlü Rəfael Səfərəli oğlu Qurbanov və 1992-ci il təvəllüdlü bacısı Sura Qurbanova bıçaq xəsarətləri ilə Sabunç

2 sentyabr