Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteylinin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.

Səudiyyə Ərəbistanı Krallığı ilə Azərbaycan arasında qardaşlıq əlaqələrinin və ölkə rəhbərləri ilə arasında dostluq münasibətlərinin olduğunu qeyd edən Prezident İlham Əliyev Səudiyyə Ərəbistanına səfərlərini məmnunluqla xatırlayıb. Dövlətimizin başçısı bütün dövrlərdə - həm işğal zamanı, həm də torpaqlarımızın işğaldan azad olunmasından sonrakı dövrdə Azərbaycanın ərazi bütövlüyünün qorunması və bərpası məsələlərində Səudiyyə Ərəbistanı Krallığının birmənalı şəkildə göstərdiyi mənəvi və siyasi dəstəyi bir daha yüksək qiymətləndirib. Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin bir-birinə qarşılıqlı dəstəyinin ənənəvi xarakter aldığını məmnunluqla qeyd edib.

İqtisadi əməkdaşlığa toxunan dövlətimizin başçısı enerji sahəsində yaxşı nümunələrin olduğunu bildirərək, Səudiyyə Ərəbistanı şirkətinin Azərbaycanda bu sahəyə böyük sərmayə qoymasının önəmini vurğulayıb. Dövlətimizin başçısı bütün digər sahələrdə də əlaqələrimizin yüksək səviyyədə olduğunu deyib.

Səfir İssam bin Saleh əl-Cuteyli, ilk növbədə, İki Müqəddəs Ocağın Xadimi, Kral Salman bin Əbdüləziz Al Səudun və Vəliəhd, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səudun salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını İki Müqəddəs Ocağın Xadiminə və Vəliəhdə çatdırmağı xahiş edib.

Ölkəmizə səfir təyin olunmasından böyük şərəf hissi duyduğunu deyən İssam bin Saleh əl-Cuteyli Azərbaycanın Səudiyyə Ərəbistanı üçün dost və qardaş ölkə olduğunu vurğulayaraq, müxtəlif sahələrdə əlaqələrin inkişaf etdirilməsi ilə bağlı konkret təlimatlar aldığını bildirib.
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - FOTOPrezident İlham Əliyev Səudiyyə Ərəbistanının ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - FOTOPrezident İlham Əliyev Səudiyyə Ərəbistanının ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - FOTOPrezident İlham Əliyev Səudiyyə Ərəbistanının ölkəmizə yeni təyin olunmuş səfirini qəbul edib - FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 845   Tarix: 05 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr