"Vitali Balasanyan qaçıbsa, Azərbaycan bu cinayətkarı Ermənistandan tələb etməlidir" - POLİTOLOQ

"Vitali Balasanyan qaçıbsa, Azərbaycan bu cinayətkarı Ermənistandan tələb etməlidir" - POLİTOLOQXəbər verdiyimiz kimi, Xocalı qatili Vitali Balasanyanın hazırda harada olduğu bəlli olub. Bununla yanaşı, Vitali Balasanyan 1992-ci ildə əsir götürdüyü azərbaycanlı döyüşçü Natiq Qasımovun cinayətkarı olaraqa tanınır. Natiq Qasımovun dəhşətli işgəncələr nəticəsində şəhid olduğu güman edilir. Bu günədək onun harada dəfn edildiyi məlum deyil. Vitali Balasanyan Ermənistanda olduğu təqdirdə Azərbaycana necə gətirilə bilər? Bu əliqanlı cinayətkarı hansı cəza gözləyir?

Bununla bağlı BiG.AZ-a danışan poltoloq Turab Rzayev deyib ki, Qarabağda baş verən 30 illik münaqişə dövründə Azərbaycan əhalisinə, istər hərbiçilər, istərsə də mülki əhaliyə qarşı cinayətlərə yol vermiş, kütləvi qətllər törətmiş qatillər var. Ola bilsin ki həmin şəxslər orqan ticarətində belə istifadə edilib. Eyni zamanda Azərbaycan əhalisinin əmlakına zərər vermiş yüzlərlə cani var. Bu cinayət əməllərini törədən şəxslər Azərbaycan dövləti tərəfindən müəyyən edilir:

"Vitali Balasanyan kimi cinayət əməllərini törətmiş şəxslərin həbsi həyata keçirilir. Belə şəxslər hələ də Qarabağdadırsa Azərbaycan dövləti həmin şəxsin axtarışını həyata keçirəcək. Onlar Laçın yoluna və Xocalı aeroportuna çıxan zaman həbs olunacaqlar. İkinci variantda isə gizləndikləri yerlərə əməliyyatların həyata keçirilməsi zəruridir. Amma əgər Vitali Balasanyan Ermənistana keçibsə Azərbaycan həmin şəxsi Ermənistandan tələb edə bilər. Onun birbaşa təkcə Natiq deyil, bir neçə əsgərin qətlində, onların sorğusunda iştirakı təsdiq edilib. Vitali Balasanyan Xocalı şəhərinə hücumu planlaşdıranlardan biridir. Ordakı qətliamları törədən şəxslərin başında durub".

Politoloqun sözlərinə görə, Azərbaycanda 4 minə yaxın itkin şəxs var. Bu şəxslərin nə ölüsü, nə dirisi tapılıb. Əsir kimi işlədikləri, orqanları satılması, həyatda olmaqları hələ də bəlli deyil: "Onların bir neçəsinin qalıqları tapılıb. 10 dan çox kütləvi məzarlıq aşkar edilib. Görünür bu kütləvi məzarlıqların sayı artmaqda davam edəcək. Burada məsuliyyət daşıyan bütün şəxslər aydın məsələdir ki, Azərbaycan dövləti tərəfindən həbs olunacaq. Xüsusilə Xocalı qatili Vitali Balasanyan adı hallanır. Həm Xocalı soyqırımında, həmdə Natiqin istintaqın da iştirakına görə Vitali Balasanyanın adı simvola çevrilib. Azərbaycan dövləti bu cinayətkarı tələb etməlidir. Hazırda o tapıla bilmirsə, ya Qarabağdan qaçıb, ya da gizlənib. İkinci variantda Laçın yolundan istifadə edərək qaçıb. Biz onu mütləq tutacağıq".

Turab Rzayev bildirib ki, təkcə Vitali Balasanyan yox, yüzlərlə şəxs həbs ediləcək. Azərbaycan açıq şəkildə Qarabağda erməni vətəndaşları ilə bağlı şərtini ortaya qoyub:

"Əgər kimin əli qana batmayıbsa, mülki əhaliyə terrorda iştirak etməyibsə o şəxslər Azərbaycan ərazisində qalıb, vətəndaşlığı alıb yaşaya bilərlər. Yaxud köçüb gedə bilərlər. Amma kimlərsə cinayət əməllərində iştirak edibsə biz o şəxsləri mühakimə edəcəyik. Vaxtilə Gəncəyə atılan raketin yeri qalmaqdadır. Mülki əhaliyə qarşı bu terroru törədən şəxslər həbs edilməlidir. Bu dünyada bir presedent yaradacaq ki, həm ermənilər görəcəklər müharibə törədən şəxslər cinayətə cəlb olunur. Ona görə də müharibə cinayətlərindən uzaq durmaq lazımdır. Eyni zamanda dünyada münaqişədə iştirak edən canilər cəzasız qalmayacağını, əvvəl-axır cavab verəcəklərini görəcəklər".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2252   Tarix: 05 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr