Hikmət Hacıyev: "Qranada görüşündən imtinanı Ermənistanla danışıqlardan imtina kimi təqdim etmək düzgün deyil"
"Azərbaycanın Qranada görüşündə iştirakdan imtinasını Ermənistanla danışıqlardan imtina kimi təqdim etmək düzgün deyil".
"Report" xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin "X" hesabındakı paylaşımda yer alıb.
"Fransanın Cənubi Qafqazda regional sülh və sabitliyi ciddi şəkildə pozan, Avropa İttifaqının regionla bağlı ümumi siyasətini riskə atan qərəzli hərəkətləri və hərbiləşdirmə siyasəti, həmçinin rəsmi Bakının təkidinə baxmayaraq, Türkiyənin region ölkəsi kimi iştirakına razılıq vermədiyinə görə Azərbaycan Qranada görüşündə iştirak etməmək qərarına gəlib. Biz də İspaniyanın bu formatda ev sahibi ölkə kimi iştirakını dəstəkləmişik. Bəzi beynəlxalq media resurslarında bunu Azərbaycanın Ermənistanla danışıqlardan imtinası kimi təqdim etmək düzgün deyil", - paylaşımda qeyd olunub.
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1302 Tarix: 05 oktyabr 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Türk dünyasının yeni strateji erası
Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel
18 sentyabrCeyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb
20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu
20 sentyabrİlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı
Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı
19 sentyabrPrezidentdən Famil Mustafayevlə bağlı sərəncam
Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi
17 sentyabrOnlar üçün viza proseduru sadələşdirildi
Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə
21 sentyabr