"Korrupsiya yuvası Avropa Parlamenti bütövlükdə gündəmini Azərbaycana həsr edib" - Bəhruz Məhərrəmov

"Korrupsiya yuvası Avropa Parlamenti bütövlükdə gündəmini Azərbaycana həsr edib" - Bəhruz Məhərrəmov"Korrupsiya yuvası Avropa Parlamenti son bir aya yaxın dövrdə bütövlükdə gündəmini Azərbaycana həsr edib. Nəyə görə, çünki, Azərbaycan beynəlxlaq hüququn aliliyini təmin edib. Separatizmlə mübarizədə effektiv nəticə ilə cənab İlham Əliyev bir çoxlarına ustad dərsi keçib".

Bu sözləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Avropa Parlamentinin Azərbaycan əleyhinə qəbul etdiyi qətnamə ilə bağlı Sonxeber.az-a açıqlamasında bildirib.

Deputat qeyd edib ki, Puçtemonun həbsini ayaqüstə alqışlayan riyakarlar bu gün Qarabağdakı qondarma rejimin "liderlərinin" həbsindən narahatlıq ifadə edir.

"Konstitusiyanın 10-cu maddəsinə əsasən, Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Amma yalnız son 1 aylıq periodu təhlil etsək, Fransa və Avropa İttifaqının Azərbaycana münasibətdə beynəlxalq hüququn prinsiplərinə necə zidd və açıq formada qərəzli davranışlar sərgilədiyinin şahidiyik. 30 il maskalanmağa çalışan Fransa bu gün açıq formada özünü erməni dövləti kimi, aparır. Korrupsiya yuvası Avropa Parlamenti son bir aya yaxın dövrdə bütövlükdə gündəmini Azərbaycana həsr edib. Nəyə görə, çünki, Azərbaycan beynəlxlaq hüququn aliliyini təmin edib. Separatizmlə mübarizədə effektiv nəticə ilə cənab İlham Əliyev bir çoxlarına ustad dərsi keçib. Puçtemonun həbsini ayaqüstə alqışlayan riyakarlar bu gün Qarabağdakı qondarma rejimin "liderlərinin" həbsindən narahatlıq ifadə edir " ,- deyə o vurğulayıb.

Bəhruz Məhərrəmov bildirib ki, Ermənistan üzünü bölgəyə tutmalı, xüsusən Azərbaycan-Türkiyə tandemindən maksimum yararlanmağa çalışmalıdır:

"Bizim mövqeyimiz aydındır, müdafiə olunmağa da, haqqımızı söküb almağa da gücümüz var. Bu prosesdə əsas Ermənistan diqqətli olmalıdır. Ermənistan ilk növbədə məhz Azərbaycanla əməkdaşlıq nəticəsində düşdüyü dalandan çıxa biləcəyini anlamalıdır. Ötən il Zəfər Günündə cənab Prezidentin Şuşadan bəyan etdiyi kimi, Ermənistan başa düşməlidir ki, min kilometrlərlə kənardan heç kim gəlib onların yerinə döyüşməyəcək. Ermənistan anlamalıdır ki, Fransa, yaxud Avropa İttifaqı üçün heç bir erməninin taleyi maraqlı deyil, əksinə onlar indiki məqamda ermənilərdən istifadə edərək bölgədə maraqlarını təmin etmək, niyyətindədirlər. Bu isə kiçik dalan dövləti olan Ermənistan üçün sui-qəsd deməkdir. Ermənistan üzünü bölgəyə tutmalı, xüsusən Azərbaycan-Türkiyə tandemindən maksimum yararlanmağa çalışmalıdır. Xüsusən artıq "Qarabağ" adlı bir problem qalmadığı, bunu etməyin çox daha asan olduğu bir şəraitdə.
Azərbaycan bir reallıq yaradıb, dəyişməz reallıq. İndi Avropa Parlamenti bizə sanksiya tətbiq etdi nə fərq edər, yaxud etmədi nə fərq edər! Biz artıq güclüyük və bir az daha dərindən təhlil edilsə, başa düşmək çətin deyil kim-kimdən daha çox asılıdır və kim kimə möhtacır".

O əlavə edib ki, Qafqaz əsrlərdir möhtac qaldığı sülhə məhz Prezident İlham Əliyevin sayəsində heç vaxt olmadığı qədər yaxındır:

"Möhtərəm Prezident Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki tarixi çıxışında bəyan etdi ki, "İndi Qafqazda sülh üçün vaxt yetişib".

Həqiqətən bu gün Qafqaz əsrlərdir möhtac qaldığı sülhə məhz Prezident İlham Əliyevin sayəsində heç vaxt olmadığı qədər yaxındır.

Bu gün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün faktiki olaraq heç bir prinsipial maneə qalmayıb.
Biz sülhün bir addımlığındayıq. Amma görünən odur ki, Avropa Parlamenti, Fransa, Almaniya kimi subyektlər bu bir addımlıq məsafəyə israrla burunlarını soxmaq istəyirlər. Əlbəttə bizim üçün onların nə sözlərinin, nə özlərinin heç bir qiyməti yoxdur. Amma eyni zamanda bilsinlər ki, Avroparlamentdə şərəfini satmış siyasətçiləri kim, necə və neçəyə danışdırır bizə bəllidir.
Ona görə də möhtərəm prezidentin dediyi kimi hər kəs öz işi ilə məşğul olsun və bizim səbrimizlə oynamasınlar. Hər bir halda itirən biz olmayacağıq. Heç kim möhtərəm Prezidentin iradəsinə təsir edə bilməz. Vətən müharibəsində bizə məğlub olanlar bundan sonra mübarizədə israrlı olacaqlarsa, məğlubiyyətlər seriyasına hazır olmalıdırlar".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1211   Tarix: 06 oktyabr 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident: "Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır"

"Azərbaycanda xain, antimilli, satqın strukturlar, mahiyyət etibarilə son dərəcə marjinal xarakter daşıyır. Ən başlıcası isə onlar xalqımızın mütləq əksəriyyəti tərəfindən ittiham olunur. Çünki Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik, yenə də əsas istiqamətdir, başlıc

17 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Şahramanyanın imzaladığı sənədin hər hansı rolu, əhəmiyyəti və məzmunu yoxdur - ŞƏRH

"2023-cü il sentyabrın 28-də qondarma "Artsax" rejiminin özünü lider kimi təqdim edən Samvel Şahramanyan tərəfindən imzalanmış sənədin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpa olunması tarixində heç bir əhəmiyyəti, dəyəri və məzmunu yoxdur. Çünki Şahramanyan həmin sənədi imzalayan

21 sentyabr
.

Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfərə yola düşüb

20 sentyabrda xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-nin Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Səfər çərçivəsində nazir Ceyhu

20 sentyabr
.

İlham Əliyev neft sənayesi işçilərini təltif etdi - Siyahı

Prezident İlham Əliyev neft sənayesi işçilərinin təltif edilməsi ilə bağlı Sərəncam imzalayıb. -a istinadən xəbər verir ki, onlar Azərbaycan neft sənayesinin inkişafında xidmətlərinə görə təltif ediliblər. 3-cü dərəcəli "Əmək" ordeni ilə. Bağırova Ülviyə Adil qızı. Bayatlı Tamam Fərman qızı

19 sentyabr
.

Prezident İlham Əliyev: "Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır"

"Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir". AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən səsləndirib. "Döyüşə

17 sentyabr
.

Prezidentdən Famil Mustafayevlə bağlı sərəncam

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. -a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. O, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə bu təltifə layi

17 sentyabr
.

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olublar. AZƏRTAC-a istinadən xəbər verir ki, tarixi Pir Ömər Sultan ziyarətgahı Şamaxı rayonunun Avaxıl kəndində yerləşir

17 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr